Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Qobustan Təbiət Qoruğunda Zəfər Günü münasibətilə tədbir keçirilib

Qobustan Təbiət Qoruğunda Zəfər Günü münasibətilə tədbir keçirilib

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Qobustan Milli Tarix-Bədii Qoruğunun təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Vətən müharibəsində Zəfərin dördüncü ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, açıq havada keçirilən tədbirin proqramına musiqiçi və rəqqasların iştirakı ilə şou-konsert, təsviri incəsənət üzrə ustad dərsləri və əl işlərinin satış yarmarkası daxil edilib. İyirmiyə yaxın sahibkar fiziki imkanları məhdud şəxslərin yaratdıqları məmulatları təqdim edib. Sərgidə, həmçinin Zəfər Gününə həsr olunmuş işlər və milli naxışlarla bəzədilmiş əşyalar nümayiş etdirilib.

Tədbirdə şəhid anaları oğulları ilə fəxr etdiklərini bildiriblər, onların sayəsində bu şanlı Qələbənin Azərbaycan tarixinə əbədi yazılacağını vurğulayıblar.

“Mən bir şəhid anası kimi oğlumla qürur duyuram. Şəhidlərimiz, qazilərimiz olmasaydı, biz bu Qələbəni qeyd edə bilməzdik. Hər kəsin bayramını təbrik edirəm! Biz özümüz də bilmədən öz evimizdə qəhrəmanlar böyütmüşük”, - deyə şəhid Pünhan Abbasovun anası bildirib.

Qazi Vüqar Məmmədov 8 Noyabr - Zəfər Gününün əhəmiyyətini vurğulayıb: “Şəhidlərimiz Vətən uğrunda, xalq uğrunda qan tökməsəydilər, özlərini qurban verməsəydilər biz bu günü qeyd edə bilməzdik. Biz bu gün bu bayramı təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da qeyd edirik. Azərbaycan xalqının Zəfəri haqqında hər kəs məlumatlıdır. Biz bu şərəfli günü tarixə qanla, şəhid yoldaşlarımızla, arxa cəbhədəki xalqın dəstəyi ilə yazdıq”.

O, həmçinin deyib: “Biz ayıq olmalıyıq. “Mən bir əsgər, ehtiyatda olan xüsusi təyinatlılar əsgəri kimi Azərbaycan Respublikasının azadlığını, suverenliyini və müstəqilliyini müdafiə etməyə daha da əzmlə hazırlaşmağı qarşıma məqsəd qoymuşam”.

Qazi Bəhram Rəcəbli AZƏRTAC-ın müxbiri ilə söhbətində hər kəsi bayram münasibətilə təbrik edib, soydaşlarımızın Qərbi Azərbaycana - Zəngəzura qayıtmasına inamını ifadə edib: “Mən xüsusi təyinatlıların kəşfiyyat bölməsində Füzuli və Qubadlının azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişəm. İnanıram ki, bizi qarşıda daha çox qələbələr gözləyir və biz mütləq Zəngəzura qayıdacağıq. Bizə bu Zəfəri bəxş edən Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, eləcə də şəhidlərimizə, qazilərimizə minnətdarıq”.

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev jurnalistlərlə söhbətində bildirib ki, bu tədbirin məqsədi Azərbaycan xalqının bu böyük Zəfərini Azərbaycanın ən qədim yerlərindən birində - Qobustanda qeyd etməkdir.

Direktor Zəfər Gününün təsis edilməsinin əhəmiyyətini də vurğulayıb.

“Qobustanın mədəniyyət mərkəzi və qoruğu olaraq bu Zəfər Gününü qazilərimiz və şəhid ailələrimizlə birgə keçirmək bizim üçün şərəf idi”, - deyə V.İsayev əlavə edib.

“8 Noyabr təkcə Zəfər günü deyil, həm də Azərbaycan xalqının birlik günüdür. 44 gün ərzində xalqımız bir-biri ilə, Ali Baş Komandanla, Ordumuz ilə həmrəylik nümayiş etdirib və biz hamımız bunun canlı şahidi olduq”, - deyə direktor vurğulayıb.

Bayram tədbiri konsert proqramı ilə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Noyabr 2024 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri