Icma.az
close
up
RU
Makron və Meloni üz üzə: Avropada nə baş verir? Foto

Makron və Meloni üz üzə: Avropada nə baş verir? Foto

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Avropa İttifaqının (Aİ) aparıcı dövlətlərindən olan Fransa və İtaliya arasında siyasi fikir ayrılıqları, iqtisadi maraqların toqquşması və "qoca qitə"nin gələcək inkişaf modeli ilə bağlı fərqli yanaşmalar müşahidə olunur. Gələn il postunu tərk edəcək Fransa Prezidenti Emmanuel Makronla İtaliyanın Baş naziri Corcia Meloni arasında münasibətlər isə bu ziddiyyətlərin ən aydın təzahürlərindən birinə çevrilib. Söhbət yalnız iki siyasi liderin şəxsi münasibətlərindən getmir. Burada Avropada siyasi gündəliyi kimin müəyyənləşdirəcəyi, sağ və mühafizəkar qüvvələrin gələcək mövqeyi, milli suverenliklə Avropa inteqrasiyası arasındakı münasibətlərin necə qurulacağı kimi fundamental məsələlər ön plana çıxır.

Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Uzunmüddətli inamsızlıq

Fransanın nüfuzunu və Avropa inteqrasiyasını gücləndirməyə çalışan Makronla milli maraqları, sərhəd təhlükəsizliyini və miqrasiyaya daha sərt yanaşmanı ön plana çəkən Meloninin siyasi baxışları bir sıra məsələlərdə üst-üstə düşmür. Bununla belə, iki ölkənin iqtisadi, təhlükəsizlik və diplomatik sahələrdəki qarşılıqlı asılılığı onların münasibətlərinin açıq qarşıdurma səviyyəsinə yüksəlməsini məhdudlaşdırır.

Fransanın "Le Monde" qəzeti yazır ki, Meloninin Fransa ilə münasibətlərində uzunmüddətli inamsızlıq hökm sürür. Nəşrin yanaşmasına görə, İtaliya Baş nazirinin Fransadakı sağ və ifrat sağ siyasi dairələr arasında nüfuz qazanması iki ölkə arasındakı münasibətlərə əlavə siyasi ölçü gətirir.

Keçmiş bankir və avropapərəst liberal siyasətçi kimi tanınan Makrondan fərqli olaraq Meloni 15 yaşından etibarən ifrat sağçı hərəkatın üzvü olub və özünü açıq şəkildə "millətçi" adlandırır. 2020-ci ilin oktyabrında, reytinqlərinin sürətlə yüksəldiyi bir vaxtda, gələcək baş nazir belə bir şüar irəli sürmüşdü: "Makron, Monblandan əlini çək!"

O, Fransanı Avropanın ən yüksək zirvəsini "ilhaq etməkdə" ittiham edirdi.

Liderlərin fərqləri

İki ölkə lideri arasındakı münasibətlərin mürəkkəbliyini anlamaq üçün ilk növbədə onların təmsil etdikləri siyasi yanaşmalara nəzər salmaq lazımdır. Makron Avropa inteqrasiyasının dərinləşdirilməsini, müdafiə və iqtisadi sahələrdə strateji müstəqilliyinin gücləndirilməsini müdafiə edən siyasətçi kimi tanınır. Onun siyasi baxışlarında Aİ-nin beynəlxalq proseslərdə vahid aktor kimi çıxış etməsi mühüm yer tutur. Paris ənənəvi olaraq Avropa siyasətində aparıcı rolunu qorumağa, müdafiə sənayesində, enerji siyasətində və beynəlxalq diplomatiyada təşəbbüskar mövqeyini saxlamağa çalışır.

Corcia Meloni isə milli suverenliyi, ənənəvi dəyərləri, sərhədlərə nəzarəti və miqrasiyanın məhdudlaşdırılmasını siyasi fəaliyyətinin əsas istiqamətləri kimi təqdim edir. Bununla yanaşı, onun hakimiyyəti dövründə İtaliya Aİ institutları ilə münasibətlərdə praqmatik xətt də yürüdüb. Meloni bütün məsələlərdə Brüsselə qarşı çıxan siyasətçi obrazı ilə kifayətlənmir; o, Avropa institutlarının imkanlarından istifadə etməklə İtaliyanın mövqeyini gücləndirməyə çalışır.

Paris və Roma arasındakı əsas fikir ayrılığı

İki ölkə arasındakı münasibətlərin ən həssas istiqamətlərindən biri miqrasiya ilə bağlıdır. Aralıq dənizi marşrutu ilə Avropaya gələn miqrantların mühüm hissəsi əvvəlcə İtaliya sahillərinə çatır. Bu vəziyyət Meloni hökumətinin üzərinə ciddi siyasi, maliyyə və təşkilati yük qoyur. İtaliya hakimiyyəti dəfələrlə miqrasiya məsələsində Avropa ölkələri arasında məsuliyyət bölgüsünün daha ədalətli aparılmasını tələb edib.

Fransa isə öz sərhədlərinin və təhlükəsizlik maraqlarının qorunmasını əsas gətirərək miqrasiya məsələsində fərqli mövqe sərgiləyir. İki ölkə arasında bu sahədəki fikir ayrılıqları 2022-ci ilin noyabrında "Ocean Viking" xilasetmə gəmisinin Fransada qəbul edilməsi ilə bağlı mübahisə zamanı xüsusilə kəskinləşmişdi. Roma və Paris arasındakı qarşılıqlı ittihamlar göstərirdi ki, Aİ-nin ümumi miqrasiya siyasəti üzv dövlətlərin milli maraqlarını uzlaşdırmaq baxımından ciddi çətinliklərlə üzləşir. Bu problemin mahiyyəti ondan ibarətdir ki, Avropa ölkələri miqrasiyanı ümumi təhlükəsizlik və humanitar məsuliyyət məsələsi kimi qəbul etsələr də, onun yaratdığı yükün bölüşdürülməsinə eyni cür yanaşmırlar. İtaliya coğrafi mövqeyinə görə daha çox təzyiqlə üzləşdiyini düşünür, Fransa isə qəbul edilən qərarların öz sərhədlərinə və daxili siyasi vəziyyətinə təsirini nəzərə alır.

Fransada Meloni modelinə maraq artır

Fransa-İtaliya münasibətlərinin diqqətçəkən tərəflərindən biri də Meloninin Fransada müəyyən siyasi dairələr üçün nümunəyə çevrilməsidir. Fransada sağ və ifrat sağ siyasi qüvvələrin bir hissəsi Meloninin hakimiyyət təcrübəsini diqqətlə izləyir. Onun hökumətinin siyasi sabitliyi qorumaq, mühafizəkar elektoratı bir arada saxlamaq və Aİ institutları ilə münasibətlərdə praqmatik mövqe tutmaq bacarığı bu dairələrdə maraq doğurur. Burada mühüm məqam var: Meloninin siyasi uğurunun səbəblərini yalnız ideoloji yaxınlıqla izah etmək olmaz. Onun Avropa institutları ilə açıq qarşıdurmadan yayınması, beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirməsi və eyni zamanda daxili siyasətdə sərt miqrasiya mövqeyini qoruması fərqli elektorat qruplarına müraciət etmək imkanı yaradır.

Bu model Fransa siyasətində də müzakirə olunur. Çünki Fransa uzun müddətdir siyasi parçalanma, büdcə problemləri və hökumətin fəaliyyət imkanları ilə bağlı çətinliklərlə üzləşir.

"Le Monde" qəzeti yazır ki, indi İtaliya hökumətinin başçısı Fransada sağçı və ifrat sağçı qüvvələr arasında müttəfiq axtarır...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://moderator.az
archiveBu xəbər 31 Oktyabr 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri