Qobustanda keçirilən əməliyyatda xeyli silah sursat tapılıb FOTO
Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ədliyyə Nazirliyi Penitensiar xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat-axtarış tədbiri keçirib.
PX-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində İbadov Vaqif İmanxan oğluna məxsus 1 ədəd lüləsi və qundağı kəsik ov tüfəngi, 2 ədəd F-1 markalı əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1171 ədəd müxtəlif kalibrli patron və 1 ədəd siqnal tapançası Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində dəmiryolunun kənarında sahibsiz tikilinin yaxınlığında aşkar edilərək götürülüb.
Əl qumbaraları Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:133
Bu xəbər 22 Fevral 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















