Icma.az
close
up
RU
Qoca argentinalının “erməni sevgisi”nin PƏRDƏARXASI: Okampo Ermənistanı necə “xilas etmək” istəyir? KONKRET

Qoca argentinalının “erməni sevgisi”nin PƏRDƏARXASI: Okampo Ermənistanı necə “xilas etmək” istəyir? KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru argentinalı Luis Moreno Okampo “İrəvan son 3-4 ildə Ermənistan ərazisində və ya “Dağlıq Qarabağda” baş verən hadisələrin təhqiqatını dayandıra bilməz”, fikrini səsləndirib. O, Paşinyanın Azərbaycana qarşı beynəlxalq məhkəmələrdən iddialarını geri götürülə biləcəyi ilə bağlı bəyanatını şərh edərkən belə deyib:

“Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsindən iddialarını geri götürmək hüququ var. Lakin prokurorun cinayətləri araşdırmaq hüququ özündə qalır. Xatırladaq ki, 2023-cü il sentyabrın 28-də Ermənistan “Dağlıq Qarabağ”ın erməni əhalisinə qarşı irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın iddiasını pozması” ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı iddia qaldırıb. Bundan əlavə, Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsinə də şikayət təqdim edib. Orada çoxlu məsələlərdən bəhs edilir. Guya Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisinə “təcavüz edib”. Son şikayət isə Qarabağın guya blokadaya alınması, insan hüquqlarının kütləvi şəkildə pozulması və etnik təmizləmə ilə bağlıdır.

2023-cü ilin oktyabr ayının əvvəlində Azərbaycanın Qarabağ bölgəsinə səfər edən BMT missiyasının hesabatında deyilir:

“BMT komandasının üzvləri kənd təsərrüfatı infrastrukturunun dağılması və ya heyvanların öldüyünü görmədilər. Eyni zamanda faktaraşdırıcı missiya Qarabağda hər hansı etnik təmizləmənin aparılması faktıyla qarşılaşmadı ”.

Beləliklə, BMT missiyası qəti şəkildə bəyan edir ki, Qarabağda insan hüquqlarının kütləvi şəkildə pozulması və etnik təmizləmə ilə bağlı hər hansı iddiadan söhbət gedə bilməz. Ermənilər Qarabağı öz xoşlarıyla tərk ediblər.

Azərbaycan da boş dayanmır və Ermənistanın ölkəmizə qarşı törətdiyi cinayətlərlə bağlı Beynəılxalq Məhkəmədə iddia qaldırıb. Eyni zamanda 2024-cü il noyabrın 19-da Azərbaycan hökuməti Ermənistana qarşı iddia irəli sürüb. Ermənistan tərəfi Azərbaycanın enerji resurslarına dair suveren hüquqlarını pozmaqda ittiham olunur. Azərbaycan tərəfinin məhkəməyə təqdim etdiyi təkzibolunmaz faktlar qarşısında çıxılmaz vəziyyətdə qalan Ermənistan isə guya təcavüzə məruz qalması haqqında hay-küy salıb. Əslində dünya ictimaiyyəti də yaxşı anlayır ki, Ermənistan ərazilərinin 1 merti belə hər hansı dövlət tərəfindən işğal olunmayıb. Onların Cermuk istiqamətindəki mövqelərlə bağlı iddiaları isə tamamilə cəfəngiyyatdır. Çünki həmin istiqamətdə sərhədlər müəyyən edilməyib və hər hansı delimitasiya və demarkasiya işi aparılmayıb. Şərti sərhədlə bağlı isə hər hansı iddia absurdur. Bunu onların özləri də yaxşı anlayır və Azərbaycanın iddialarına qarşı cavab tədbirləri aparmağa hesablanmış addım atırlar.

Üstəlik Nikol Paşinyanın “beynəlxalq məhkəmələrdən iddiaların qarşılıqlı geri çəkilməsi” təklifiinin kökündə də bu amil dayanır. O, anlayır ki, 30 il ərzində Azərbaycanın ərazilərini darmadağın edən, daşı-daş üstündə qoymayan Ermənistan günahkardır və etdiyi cinayətə görə layiqli cəzasını almalıdır. Bu cəza isə Ermənistan üçün ağır ola bilər və düşmən ölkə Azərbaycana dəyən ziyanı əraziləri hesabına kompensasiya etmək məcburiyyətində qalar. Beynəlxalq Cinayət Məhkəməsində isə ermənipərəst qüvvələr yetərincədir. Keçmiş prokuror Okampo da onların xidmətlərinə güvənir və erməni diasporundan aldığı milyonlar hesabına onlara təsir etməyi düşünür. Amma argentinalı qoca yanılır. O, sadəcə başa düşmür ki, Donald Trampın Beynəlxalq Cinayət Məhkəməsinin məsul şəxslərinə qarşı sanksiyaların tətbiq edilməsi haqqında sərəncamı fonunda, BCM prokurorlarının heç bir araşdırma aparmağa vaxtı olmayacaq.

Okamponun özünə gəlincə, məlum olub ki, qocanın Karib hövzəsində ofşor şirkətləri məhz Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru postunu tutduğu vaxtlarda yaradılıb. Həmin şirkətlər vasitəsi ilə qanunsuz pulların yuyulması prosesi aparılıb. Bu pulların böyük hissəsi erməni diaspor təşkilatlarından ötürülən vəsaitlərdir. Okampo isə korrupsiya yolu ilə yığdığı milyonları Argentina banklarına etibar etmir. Dələduzluqla milyonlar əldə edən BCM-in keçmiş prokuroru ənənəsinə sadiq qalaraq Ermənistana dəstəyini nümayiş etdirir. Paşinyanın bəyanatlarından xoflanan Okampo Azərbaycana qarşı başladığı işin yarımçıq qalmasından, erməni diasporunun vəd etdiyi milyonların əlindən çıxacağından qorxur. Ermənistan baş nazirinin məhkəmə iddialarına qarşılıqlı xitam verilməsi haqqında bəyanatından təşvişə düşən Okampo bildirir ki, Paşinyanın dediklərinin heç bir əsası yoxdur və Azərbaycan “etnik təmizləmədə” ittiham olunmalıdır. Məsələyə “it hürər, karvan keçər”, prinsipiylə yanaşsaq, Okampo hələ ölkəmizə qarşı çox ağız atacaq. Cavabı isə çoxdan verilib.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Fevral 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri