Icma.az
close
up
RU
Qoca Bayden, örtülən qapı və “qara dosye”

Qoca Bayden, örtülən qapı və “qara dosye”

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Demokratların son dördillik hakimiyyəti xəyanət, müharibələr  və qarşıdurmalarla yadda qalacaq

Bu administrasiyanın hətta “son nəfəsdə” atdığı addımının da Ağ evin xarici siyasət dosyesinin “qara səhifəsi” hesab olunacağı şübhəsizdir. Söhbət işğalçı və separatçı Ermənistanla ABŞ-ın imzaladığı strateji müttəfiqlik xartiyasından gedir. 

“Demokrat” Co Baydenin hakimiyyətdən gethagetdə haylara göstərdiyi “ayı xidməti”, təsəlliverici “hədiyyəsi” ABŞ-ın Cənubi Qafqdakı maraqlarına endirilən zərbə kimi dəyərləndirilə bilər. Bu, rəsmi Vaşinqtonun son dörd ildə onsuz da dünyanın müxtəlif bölgələrində milli və dövlət mənafelərinə zidd xarici siyasətinin son akkordu sayılmalıdır. 

Bayden administrasiyasının “qara dosye”sinə əlavə olunacaq bu akkord, əslində, yanvarın 20-dən supergücün lideri kimi səlahiyyətlərinin icrasına başlayacaq respublikaçı Donald Tramp komandası üçün daha çox “tələlər” düzmək, minalanmış sahələrin coğrafiyasını genişləndirmək məqsədinə xidmət edir.

***

Rəsmi Vaşinqtonun, ən azı, son iki ildə yürütdüyü Cənubi Qafqaz siyasətinin konturlarına diqqət yetirəndə görürük ki, ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken tərəfindən sülh danışıqlarında Ermənistan üçün “münbit şəraitin” yaradılması istiqamətində göstərdiyi cəhdlərin heç birinin faydası olmadı. Bayden–Blinken duetinin İrəvanı mümkün sülhdən yayındırmaq, onu separatizmə və revanşizmə sürükləmək planları da tamamilə iflasa uğradı. Hətta fərz etsək ki, Vaşinqtonun bölgədə gərginliyin artırılmasına, münaqişənin yenidən alovlandırılmasına yönəlik məkrli səyləri baş tutsaydı, Ermənistan bu varianta hazır idimi? Bu suala Hayastanın özündə belə müsbət cavab verənləri barmaqla göstərmək olar.

Axı, ermənipərəst Ağ evin tərəfləri sülh finalından yayındıran ikiüzlü siyasətinin, təxribatçı addımlarının İrəvan üçün bumeranq effektinə çevriləcəyi ehtimalını da unutmaq olmazdı. Məgər demokratların məqsədi məğlub Ermənistanın “qalib tərəf” kimi zühur etməsinə nail olmaq idi? Xeyr! ABŞ Dövlət Departamentinin “strateji planı” Hayastandan “maşa” kimi yararlanmaqla Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq olduğunu siyasətdən uzaq erməni də yaxşı bilir. Bu zaman Ağ ev bölgədə təsir imkanlarını gücləndirməyi hədəfləyən Qərb dövlətləri ilə birləşib regionda söz və güc sahibinə çevrilmiş Azərbaycanla ikitərəfli münasibətləri korlamaqla, əslində, özlərinin Cənubi Qafqaza bayraqlarını sancmaq istəklərini basdırmış oldu. Bayden administrasiyasının “qara dosye”sini zənginləşdirən səhvlərindən biri də budur.  

Mövzu ilə bağlı XQ-yə açıqlama verən Qərbi Kaspi Universitetinin professor, politoloq Fikrət Sadıxov bu fikirdədir ki, Bayden idarəetməsinə dövrünə nəinki onun opponentlərinin, mövqeləri üst-üstə düşən siyasətçilərin də münasibəti neqativdir. Bunun ciddi səbəbləri var. Cinayətkarlığın artması, miqrasiya problemi bu qəbildəndir. Rusiya–Ukrayna müharibəsində uğursuzluq. Doğrudur, Bayden Kiyevi ən müasir silahlarla təmin etməyə, vahid koaslisiya yaratmağa çalışdı, hətta Ukraynaya Rusiya ərazisini vurmağa icazəı verildi, amma bunların nəticəsi olmadı. Daxildə yaşanan problemlərin fonunda Ukrayna çoxmilyardlıq yardım paketlərinin verilməsi, əlbəttə ki, ciddi narazılıqlar doğurdu. Bayden bunu Rusiyanı zəiflətməkdən ötrü qəsdən edirdi. Yaxud, İstail–Fələstin müharibəsini götürək. Bayden və Blinken hesab edirlər ki, guya, bu yolla nəyəsə nail olublar. Bu, qətiyyən elə deyil. Çünki İsrail, demək olar ki, Qəzzanı tamamilə məhv eləyib, HƏMAS-ın liderlərini də öldürüb. Dövlət katibi Antoni Blinkenin Tel-Əvivə çoxsaylı səfərləri, Netanyahunu yola gətirmək cəhdləri, faktiki olaraq, puça çıxdı. Yəni, bu münaqişədə də Bayden administrasiyasının heç bir müsbət rolu olmayıb. Digər uğursuzluq ABŞ-ın Əfqanıstandan biabırçı şəkildə qaçmasıdır. Bunu da nizamlı və sistemli şəkildə etmədilər. Bu ölkədə Amerika tərəfdarı olan on minlərlə insan təqib olunur, öldürülür. Demokrat Ağ evin öz müttəfiqlərinə “himayəsi” bundan ibarətdir. Nəhayət, Vaşinqtonun Ermənistanla imzaladığı strateji müttəfiqliq xartiyası məsələsi. Bəs, dünənədək Ağ ev Ermənistan və Azərbaycanı ABŞ-a dəvət edirdi, onları bərabər tərəflər kimi eyni masaya oturtmağa çalışırdı, indi nə oldu? Deməli, onun “xoşməramlı sülh missiyası” da blef imiş. Bunun da arxasında real və məkrli siyasət dayanıbmış. Deməli, Bakı ABŞ-ın sülh vasitəçiliyindən imtina etməkdə tamamilə haqlı imiş”.              

***

Co Bayden doqquz maddə üzrə ittiham olunan əyyaş, narkoman, cinayət əməlləri məhkəmə tərəfindən sübuta yetirilən oğlunu əfv edərək azadlığa buraxmaqla təkcə səlahiyyətlərindən sui-istifadə etmədi, həm də qanuna, insan hüquqlarına və demokratiyaya tüpürmüş oldu. ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp xələfinin bu addımını səlahiyyətdən sui-istifadə və hüququn aliliyinin pozulması kimi səciyyələndirdi. Olayla bağlı bəzi ekspertlər və siyasilər bunu “amerikasayağı demokratiya” kimi ironiya ilə qarşıladılar. Qoca Baydenin prezident çamadanının ağzını məhz bu biabırçı dosye ilə bağlaması da ABŞ tarixinə yazılan ilklərdən biri kimi xatırlanacaq. Azərbaycan kimi öz yolu ilə gedən, müstəqil siyasət yürüdən ölkələrə demokratiyadan, qanunun aliliyindən dərs keçməyə girişən Bayden administrasiyası ən ali səviyyədə qanunsuzluğa imza atmaqdan çəkinmədi. Məsələnin maraqlı tərəfi odur ki, o, bunu dünyanın, demokratiya “donu” geymiş Qərbin, beynəlxalq təşkilatların gözləri qarşısında etdi və onlar bu siyasi və hüququ nonsensə səssiz qaldılar.

Bir daha ABŞ-la Ermənistan arasında imzalanan xartiya mövzusuna qayıdaraq deməliyik ki, sənəddə “Dağlıq Qarabağ” ifadəsini işlədən Bayden administrasiyasının, dövlət katibi A.Blinkenin son dörd ildə planetin müxtəlif nöqtələrində həyata keçirdiyi dağıdıcı, riyakar siyasət beynəlxalq platformalarda supergücə etimadı xeyli zəiflətdi. Çünki bu hakimiyyət Yaxın Şərq, Afrika, Latın Amerikası, Avropa – bir sözlə dünyanın bütün bölgələrində qanlı qarşıdurmaların, üsyanların, qətliamların, milyonlarla insanın qaçqına çevrilməsinin və öz yurd-yuvasından didərgin düşməsinin baiskarıdır. Bunlardan savayı, demokratlar on illər boyu nizama salınmış siyasi və iqtisadi sistemlərin çökməsinin, bütöv ölkələrin parçalanıb dağılmasının, xalqların məhrumiyyətlərə düçar olmasının, faciələr yaşamasının səbəbkarıdır. Bu bəlaların əsas müəllifi yaşı səbəbindən tez-tez ayağı büdrəyən, başı helikopterin qapısına dəyən, ölkələrin və adamların adlarını dəyişik salan, bir sözlə, anlaqsız duruma düşmüş ABŞ Prezidentİ Co Baydendən daha çox özünü dünyaya sülhpərvər, mələk qiyafəsində təqdim edən, əslində isə yalançı, xəyanətkar, üzündən riyakarlıq təbəssümü əskik olmayan Dövlət katibi Antoni Blinkendir. Bu gün Ukraynada müşahidə etdiyimiz qanlı mənzərə, öz torpağını qoyub dünyanın müxtəlif bölgələrinə pənah aparan, döyüş bölgələrində ölən milyonlarla ukraynalının qanı məhz Bayden administrasiyasının, Blinkenin vicdanına yazılacaq. Elə Yaxın Şərqdə yaşanan faciə də dünyanı qandırmağa çalışan ABŞ Dövlət katibinin “özünəməxsus” oyunudur. Onun əli Qəzzada, Livanda həlak olmuş on minlərlə dinc insanın qanına batıb. 

Etibardan və nüfuzdan düşmək başqa necə olur? Birmənalı surətdə demək olar ki, bu gün dünya xalqları ABŞ-a inanmır. Onu qarışıqlıq, təcavüz, böhran, faciə və siyasi və iqtisadi kataklizmlər ixrac edən “cinayətkar beynəlxalq mərkəz” kimi qəbul edirlər. Bəli, bu, Bayden administrasiyasının və Blinkenin son dörd ildəki fəaliyyətinin məntiqi nəticəsi sayıla bilər. Blinkenin simasızlığı, riyakarlığı ABŞ-ın Azərbaycan və Ermənistan arasında danışıqlardan kənarlaşdırılması, ümumiyyətlə Vaşinqtonun Cənubi Qafqazdakı proseslərdən uzaqlaşdırması, öz mövqelərini itirməsi ilə nəticələndi. Əslinə qalanda, ABŞ Dövlət katibini nə Azərbaycan, nə də erməni xalqının mənafeyi maraqlandırırdı. Onun niyyəti gedən ayaqda özünün sülhpərvər obrazını yaratmaq, Qafazın uzunömürlü münaqişəsinə son qoyan “sülh göyərçini” kimi tarixə düşmək, hətta, ola bilsin ki, bu xidmətinə görə Nobel Sülh mükafatını qazanmaq imiş. Alınmadı. Çünki bəd niyyətin “mükafatı” yalnız nifrət olur...  

***

Bəs, Bayden administrasiyasının Gürcüstanda çıxardığı oyunlar siyasi tarixin hansı qrafasına yazılacaq? Onun Rusiyanın bölgədəki mövqelərinə zərbə endirmək, Gürcüstanı hərbi əməliyyatlar üçün plastdarmına çevirmək, gürcü xalqının fəlakəti üzərində özünün Cənubi Qafqazla bağlı ambisiyalarını reallaşdırmaq planı da iflasa uğradı. Dünya nizamını pozaraq onu anarxiyaya sürükləyən, xalqların milli kimliyinin silinməsinə bais olan, feminizm, LGBT kimi əxlaqsız ideyaların hökmranlığına aparan sorosçu şəbəkənin parlaq nümayəndəsi Antoni Blinken! Məhz onun təklifi ilə Bayden administrasiyasının mükafatlandırdığı şəxslərin arasında Corc Sorosun da adı var.                                                                                         Beş, on, iyirmi ildən sonra tarixçilər, araşdırmaçılar “Bayden administrasiyası ABŞ tarixində necə qalıb?” – sualına cavab axtaranda, yəqin, onların hamısı eyni qənaəti paylaşacaqlar: bu hakimiyyət dünyada xaos və anarxiyanın, daxildə cinayətkarlığın, böhran və siyasi-iqtisadi kataklizmlərin, uğursuz qlobal diktat iddiaları ilə yadda qalacaq. Bayden–Blinken iqtidarını Asiyada, Afrikada, Yaxın Şərqdə qanlı qarşıdurmalarla nəticələnən “ssenarilərin”, riyakarlıq və xəyanət səhnələrinin müəllifləri kimi xatırlayanlar da az olmayacaq.                                           

Artıq Bayden administrasiyasının Cənubi Qafqaz siyasətinin sona çatdığından danışa bilərik. Ümid edirik ki, Ağ evdəki dəyirmi kabinetin yeni sahibi – Donald Tramp demokratların Cənubi Qafqazdan keçəcək nəqliyyat xətlərini, eləcə də ABŞ-ın Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxışını əngəlləyən sələfinin düşünülməmiş hərəkətlərini, kobud səhvlərini təkrarlamayacaq, yalana, tərəfkeşliyə deyil, praqmatizmə üstünlük verəcək. Bakı Vaşinqtonla əməkdaşlığa hazır olduğunu bəyan edib. Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını bütün müstəvilərdə müdafiə etmək siyasətində qətiyyətlidir. Bu da birmənalıdır ki, ölkəmizin təhlükəsizliyi və suverenliyi nəyinsə müqabilində heç vaxt qurban verilməyəcək. ABŞ-ın Əfqanıstanda apardığı əməliyyatlar zamanı olduğu kimi, Vaşinqtonun yenidən Azərbaycanla qarşılıqlı faydalı, dürüst və səmimi əməkdaşlığa dönməsi isə zamanın tələbidir.

İmran BƏDİRXANLI 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Yanvar 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see198

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see172

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see160

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see134

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see124

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see123

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see117

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see116

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see116

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri