Icma.az
close
up
RU
Vaşinqton qərarlı, Avropa narahat, Ukrayna çarəsiz: “Qoca qitə”nin çıxış yolu

Vaşinqton qərarlı, Avropa narahat, Ukrayna çarəsiz: “Qoca qitə”nin çıxış yolu

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mərkəz rəhbəri: “Kiyev də, Avropa da başa düşür ki, ABŞ-ın dəstəyi olmadan müharibəni davam etdirmək çətindir”

ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsindən sonra xarici siyasət kursunda əsaslı dəyişikliklərə imza atması, xüsusilə də Ukrayna münaqişəsi ilə bağlı verdiyi qərarlar, atdığı addımlar dünyada az qala şok effekti yaradıb. Amerikada keçirilən prezident seçkiləri kampaniyası zamanı Tramp müharibəni “24 saata” bitirəcəyi vədini yerinə yetirmək üçün Ukraynaya təzyiq siyasətini seçdi. Faktiki olaraq, Vaşinqton bir müddətdir ki, Kiyevdən təslimçi atəşkəsə imza atmağı tələb edir. Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri zamanı Ağ Evdə Trampla yaşanan mübahisəsindən sonra vəziyyət daha da kritikləşdi. Tramp adminstyrasiyası bu günlərdə Ukraynaya yardımların və dəstəyi dayandırdı.

Oval ofisdə baş verən insident Amerikanın Avropadakı müttəfiqlərini də sanki yuxudan oyatdı. İndi Avropa dövlətləri ABŞ-dan dəstəyin gəlməyəcəyi mesajları fonunda “Qoca qitə”nin təhlükəsizliyindən narahatdır. Məsələ burasındadır ki, Ukraynanın işğalı və süqutu Avropanın təhlükəsizliyinə Rusiya tərəfindən ciddi təhdid deməkdir. Buna görə artıq avropalılar təhlükəsizlik sisteminin yenidən qurulması üçün hərəkətə keçiblər. Demək olar ki, dünya siyasi sistemində hazırda silkələnmə müşahidə edilir və proseslərin hansı yön alacağı çətin proqnozlaşdırılan hala gəlib.  

Baş verənlərlə bağlı AYNA.AZ-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu xatırladıb ki, Ağ Evdəki Oval kabinetdə məlum qalmaqaldan sonra ABŞ Ukraynaya hərbi yardımları dayandırdığını elan etdi:

- Son məlumatlara görə, artıq Vaşinqton Kiyevlə kəşfiyyat məlumatlarını da bölüşmür, hansı ki, bu, Ukrayna üçün çox vacib idi. Bu günlərdə Avropa ölkələri liderləri toplantılar keçirdilər, vəziyyətdən çıxış yolu axtarmağa başladılar. ABŞ-ın yardımlardan və dəstəkdən çəkilməsi iləı yaranan boşluğu Avropa doldurmaq məcburiyyətindədir. Əslində buna çoxdan ehtiyac vardı. Avropa təxminən 800 milyard dollarlıq hərbi büdcə formalaşdırmalıdır ki, həm öz hərbi-sənaye komplekslərini yaratsınlar, həm də Ukraynaya dəstəyi artırsınlar. Faktiki indi vəziyyət bu cürdür. Avropa indi öz təhlükəsizliyindən narahatdır və bu, avropalı siyasi liderlərin dilindən səsləndirilir. Avropalılar yaxşı bilirlər ki, Ukraynanın məğlubiyyəti Avropanın təhlükəsizliyinə ciddi təhlükə və təhdiddir.

- Sizcə, Avropa tezliklə təhlükəsizliyini təminat altına ala biləcəkmi?

- Bilirsiniz, 11 ildir ki, Avropanın hərbi-sənaye kompleksini yaratmaq, gücləndirmək, təhlükəsizliyini təmin etməklə bağlı zaman-zaman bəyanatlar verilib. Rusiyanın Ukraynaya təcavüzü başlayandan, Krım ilhaq olunandan bu yana Avropa liderləri sammitlər keçirirlər, toplanırlar, müəyyən qərarlar verirlər. Ukraynaya dəstəkdən danışırlar, amma ciddi nəticələr əldə edilmir. Düzdür, Avropa Ukraynaya dəstək verib və buna davam edir. Amma bu dəstək və yardımlar o səviyyədə deyil ki, Ukrayna qələbə qazansın, həm özününün təhlükəsizliyini təmin etsin, həm də ümumilikdə Avropanın təhlükəsizliyinə töhfə versin. İl yarım əvvəl Ukrayna ordusu əks-hücumlar həyata keçirdi və xeyli ərazini Rusiya işğalından azad etdi. Həm də bunu məhdud resurslarla bacardı. Kiyevə yardım kifayət qədər olsaydı, işğal olunmuş ərazilərin böyük hissəsini azad edə bilərdi. Amma bu yardımlar olmadı, daha doğrusu, yetərli yardım edilmədi. Avropa ümid edirdi ki, bütün yük Amerikanın üzərindədir və Amerika yardım edəcək. Həmin vaxt ABŞ Prezidenti Co bayden idi və avropalılar daha çox yardım ediləcəyinə ümid bəsləyirdilər. Halbuki Bayden özü də yardımı xəsisliklə edirdi, dəstəyi tam güclə vermirdi. Məsələn, Ukraynaya silah verilirdi, amma Rusiya dərinliklərinə zərbə vurmağa icazə yox idi. Yəni yardımı elə edirdilər ki, bununla Ukraynanın Rusiya üzərində qələbə qazanması çətinləşirdi. Sonra hakimiyyətə Tramp gəldi və onun atdığı addımlar da göz qabağındadır. Tramp adminstrasiyası konkret deyir ki, yardım olmayacaq, əksinə, bu günədək edilən yardımlar da geri qaytarılmalıdır. Lori dillə desək, Tramp bəyan edir ki, “mən iş adamıyam, pul verməyi yox, pul qazanmağı xoşlayıram”. Bundan sonra Avropa ayıldı ki, nəsə etmək lazımdır. İndi çətin vəziyyət yaranıb. Bundan Avropa çıxış yolları axtarır və müxtəlif variantlar var. Bu barədə mənfi və müsbət proqnozlar mövcuddur. Hər halda, Ukraynaya Avropa yardımlar edir. Məlumdur ki, artıq Britaniya və Fransa hərəkətə keçib. Almaniyada yeni hökumət fəaliyyətə başlayandan sonra da Berlin aktiv müdaxilələr edəcək. Yəqin ki, yardımlarla yanaşı, Kiyev Vaşinqtonun təklifi ilə atəşkəslə bağlı danışıqlara razılaşacaq. Çünki Kiyevə Avropadan ABŞ-la münasibətləri yaxşılaşdırmaq tövsiyyə olunub. Bu isə o deməkdir ki, Trampın təkliflərinə Kiyevdən “hə” deyilsin. Təbii ki, Ukraynanın şərtləri də nəzərə alınmaqla.

- Oval ofisdəki insidentdən sonra Zelenskinin masaya əyləşməsi mümkündürmü?

- Yəqin ki, Zelenski Vaşinqtona yenidən getməyəcək. Amma minerallarla bağlı sazişi Ukrayna rəsmilərindən biri ilə ABŞ rəsmilərindən biri imzalaya bilər. Şərt deyil ki, Zelenski ilə Tramp bu sazişi imzalasınlar. Təbii ki, bu sazişin imzalanmasında ABŞ israr edir, Ukrayna da qarşı deyil. Sadəcə Oval kabinetdə baş verənlərdən sonra saziş imzalanmadı və bu, Tramp adminstrasiyasını əsəbləşdirdi.

Bu hadisədən bir neçə gün keçib, əsəblər sakitləşib və yəqin ki, münasibətlərin yaxşı olması üçün addımlar atılacaq. Məsələn, martın 12-də Ukrayna nümayəndələri ilə ABŞ nümayəndələrinin Ər-Riyadda görüşü və müzakirələri gözlənilir. Bu görüşdən də müəyyən nəticələr əldə ediləcək. Bilirsiniz, Kiyev də, Avropa da başa düşür ki, ABŞ-ın dəstəyi olmadan müharibəni davam etdirmək çətindir. Bunun üçün məcburdurlar ki, Vaşinqtonla münasibətlərdə müəyyən yumşalmalara gedilsin. Amma bu o demək deyil ki, Kiyev şərtlərindən geri çəkiləcək. Sadəcə ən pis variant o ola bilər ki, hazırkı vəziyyətdə atəşkəs imzalansın. Bu isə müharibənin bitməsi anlamına gəlmir. Zelenskinin də dediyi məhz budur ki, Rusiya ilə atəşkəsin mənası yoxdur. Çünki bir müddətdən sonra Rusiya yenidən işğala başlayacaq. Amma indiki Tramp adminstrasiyası bunu başa düşmür. Əslində başa düşür, sadəcə dediyim kimi, Tramp məsələlərə biznes maraqları ilə yanaşır. Tramp vəd etdiyi kimi müharibəni bitirmək, Ukraynanın mineral ehtiyatlarından qazanc götürmək, Rusiyanın zəifliyindən bəhrələnmək niyyətindədir. Bütün hallarda isə qarşıda baş verəcək hadisələrdən çox şey asılıdır. Hər halda, yaxın müddətdə bütün məsələlərə aydınlıq gələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://ayna.az
archiveBu xəbər 08 Mart 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri