Icma.az
close
up
RU
Qocalma prosesini yavaşlatmaq mümkündür

Qocalma prosesini yavaşlatmaq mümkündür

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qidalanma ilə yanaşı, fiziki aktivlik də çox önəmlidir


Əzələ itkisi sümükləri, oynaqları zəiflədir, sümük əriməsi, oynaq ağrıları başlayır


Qısa müddət öncə professor Adil Qeybullanın “xaricdə (məsələn, İngiltərədə) 70 yaşlı qadınlar velosiped sürür, bizim xanımlarsa 40 yaşdan sonra pilləkən düşə bilmir” sözləri gündəmi zəbt etdi. Təbii ki, professor bütün xanımları nəzərdə tutmurdu, bizdə də idmanla məşğul olan, özünə qulluq göstərən, baxımlı, aktiv fəaliyyətdə olan, yaşını təxmin etməyin hətta çətin olduğu xanımlar var. Amma məsələ ümumən insanlarımızın sağlam həyat tərzi ilə bağlıdır. Sağlam həyat sağlam ömür sürmək, həmçinin sağlam yaşlanmaq deməkdir. Amerika alimlərinin "Mayo Clinic"də apardığı araşdırma belə bir qənaətə gəlinməsinə səbəb olub ki, daha uzun yaşamaq, mütləq daha sağlam yaşamaq demək deyil. “Communications Medicine” jurnalında dərc olunan son araşdırmada deyilir ki, dünyanın müxtəlif bölgələrində ömür uzunluğu ilə sağlamlıq arasındakı fərqin xəritəsi tərtib edilib və əvvəlki nəsillərdən sağlam olmasalar da, yeni nəslin daha uzunömürlü olduğu müəyyən edilib. İnsan ömrünün uzunluğu əvvəllər müəyyən edilmiş həddi aşaraq artmaqda davam edir. Bununla belə, gözlənilən ömür uzunluğunun artımı sağlam ömür uzunluğunun ekvivalent artımı ilə üst-üstə düşməyib. Nəticədə gözlənilən ömür uzunluğu (yaşadığı illərin sayı) ilə gözlənilən sağlamlıq keyfiyyəti (sağlamlıq şəraitində yaşamış illərin sayı) arasındakı fərqdə uçurum yaranıb. Gözlənilən ömür uzunluğu ilə sağlam ömür uzunluğu arasındakı fərqin sistemləşdirilməsi xüsusilə sosial-iqtisadi, coğrafi və sosial-iqtisadi bərabərsizliklər kontekstində aktualdır, deyə məqalədə dərc edilib.

Sağlam həyat tərzi necə olmalıdır, kimdən soruşsan, aşağı-yuxarı, eyni cavabları verəcək. Sağlam qidalanma, doğru yuxu rejimi, fiziki aktivlik, idmanla məşğul olmaq. Əksəriyyət bunu bilir, fəqət əməl edirmi? İnsanlar sağlam həyat rejiminə əməl edə bilməmələrini müxtəlif, lakin heç də əsaslı olmayan, bəhanə sayıla biləcək amillərə bağlamağa çalışırlar. Bundansa, sağlam həyat tərzi keçirməyə çalışsalar, daha müsbət nəticə əldə edərlər. 


Türkiyəli professor Osman Müftüoğlu isə sağlam həyatın bilmədiyimiz, diqqət etmədiyimiz məqamlarına toxunub. Orqanizmin qocalma prosesini yavaşlada biləcək sirlərdən danışan O.Müftüoğlu qeyd edib ki, insanlarda yaşlanma prosesi fərqli ola bilər. Bu, hər bir insanın orqanizminin gücündən, immunitetindən və ən əsası, əzələlərdən, daha dəqiq, əzələ itkisindən asılıdır: 

- Əzələ itkisi orqanizmin yaşlanma prosesini sürətləndirir. Qocalma mərhələsi insanda fiziki problemlərə yol açdığı kimi, psixoloji problemlər də yaradır. Qocalmağa başladığını hiss edən, bunun gündəlik həyatına mənfi təsirlərini görən insan ruh düşkünlüyünə qapılır. Halbuki qocalma prosesini yavaşlatmaq, sağlam yaşlanmaq mümkündür. Bunun üçün əzələ itkisinin qarşısı alınmalıdır. Çünki əzələ itkisi sümükləri, oynaqları zəiflədir, sümük əriməsi, oynaq ağrıları başlayır ki, bunlar da qocalmanın mühüm əlamətləridir. Amma əzələlər möhkəm olarsa, sümük əriməsi də baş verməz. Bəzən səhv olaraq sümüklərin qorunmasına çalışılır, amma problem sümüklərdə deyil, əzələlərdədir. Sümükləri sağlam saxlayan əzələlərdir. Əzələlər möhkəm olsun və sümük əriməsi baş verməsin deyə, orqanizmin proteinə, D vitamininə və Omega 3-ə ehtiyacı var. Bununla yanaşı idman hərəkətləri, aktiv həyat tərzi, hərəkətlilik əzələlərin möhkəmliyini qoruyacaq vacib vasitələrdir.  Qidalanma ilə yanaşı, fiziki aktivlik də çox önəmlidir. Əzələlər gərək aktiv olsun ki, itki baş verməsin. Fiziki hərəkətlilik əzələ itkisinin qarşısını alır, əzələləri möhkəmləndirir. 

“Burada “ya istifadə et, ya da tərk et”, prinsipi önəmlidir. Əzələləri hərəkət etdirsək, onları itirməyəcəyik, passiv olsaq, itirəcəyik”, söyləyən professor qeyd edib ki, qocalma prosesini yavaşlatmaq üçün orqanizmin nəyə ehtiyac duyduğunu bilmək lazımdır. “Yeməyi azaldacağıq, addımlarımızı artıracağıq”, söyləyən professor əlavə edib ki, hər bir insan aktiv həyat tərzi keçirməyə üstünlük verməlidir. O cümlədən də yaşlı insanlar. Amma bədəni çox yormamaq şərtilə. Hər şey qaydasında, ölçü daxilində olmalıdır. D vitamin üçün günəşli havalarda çox gəzmək, tərkibində bol miqdarda protein olan qidalar qəbul etməli, yağlı balıq, kətan toxumu, ceviz və yaşıl yarpaqlı tərəvəzlərə üstünlük verilməlidir. Protein daha çox taxıl əsaslı məhsullarda, quru meyvələr, paxlalılar, yumurta, ət və quş ətində, süd məhsullarındadır. Bütün bunlarla yanaşı mütləq əzələləri hərəkət etdirmək lazımdır. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Sentyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see695

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see422

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see227

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see209

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see201

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see199

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see198

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see196

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see191

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see189

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see183

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see183

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see182

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see182

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see181

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see175

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see174

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see159

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri