Icma.az
close
up
RU
Qohum evlilikləri: Qanun var, amma ənənələr qalır

Qohum evlilikləri: Qanun var, amma ənənələr qalır

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda qohum evliliklərinə qoyulan qadağaya baxmayaraq, Ağcabədi rayonunun Avşar kəndində iki bacının övladlarının – xalaoğlu və xalaqızının evlənməsi barədə məlumat yayılıb. Bildirilir ki, toy mərasimi martın 27-də keçirilib. Qeyd edək ki, Azərbaycanda yaxın qohumlar arasında nikah qanunla qadağan olunub. Bəs bu qadağaya nə dərəcədə əməl edilir və belə halların qarşısını almaq üçün hansı tədbirlər görülür?


"Rəsmi müraciətlər qəbul olunmur”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyevanın sözlərinə görə, 2024-cü ildə Ailə Məcəlləsində qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, eləcə də bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahların bağlanmasına qadağa qoyulmasına dair dəyişiklər edilib. Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minib: "Qanunun qüvvəyə mindiyi müddətdən yuxarıda qeyd olunan qohumlar arasında nikahın bağlanması ilə bağlı qeydiyyat şöbələri tərəfindən rəsmi müraciət qəbul olunmur”. 

İctimai fəal insanların köməyinə ehtiyac var 

K.Əliyevanın fikrincə, belə halların qarşısının alınması ilə bağlı maarifləndirmə qaydası təsdiq edilib. Sənədin icrası 14 dövlət qurumuna və bütün yerli icra hakimiyyəti orqanlarına tapşırılıb: "Qaydanın icrası istiqamətində aidiyyəti qurumlar, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən mütəmadi olaraq yeniyetmə və gənclərin, valideynlərin erkən evlilik və qohum evliliyin mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran görüşlər keçirilir, maarifləndirici vəsaitlər dərc edilir və yayımlanır, araşdırmalar aparılır”. Amma buna baxmayaraq, bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplər, qohumların evlənməsinə müsbət yanaşılması kimi patriarxal düşüncələr belə nikah hallarının baş verməsinə səbəb olur: "İctimai fəal insanların, ümumilikdə bütün cəmiyyət üzvlərinin də belə halların qarşısının alınmasında yaxından iştirak etməsi qohum nikahlarla bağlı düzgün münasibətin formalaşmasında öz töhfəsini verəcək”.

Maraqlıdır ki, Ədliyyə Nazirliyi qadağaların qüvvəyə mindiyi tarixdən etibarən evlilik üçün müraciət edən qohumlarla bağlı statistika aparmır. Bu barədə nazirlikdən sorğumuza cavab olaraq bildirildi.  

"Məsuliyyət nəzərdə tutulur”

"Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova düşünür ki, bu mövzu gündəmdə olan məsələlərdən biridir: "Qanuna zidd hərəkətlər baş verərsə, kimliyindən asılı olmayaraq məsuliyyət nəzərdə tutulur. Hər bir Azərbaycan vətəndaşı dövlət tərəfindən qəbul edilən qərarlara hörmət və məsuliyyətlə yanaşmalıdır. Əgər vəzifədə olan bir şəxs belə halların baş verməsindən xəbərdar olub və bunun qarşısını almaq üçün heç bir addım atmayıbsa, bu, daha ciddi məsələdir. Belə vəziyyətlərdə ən azı müvafiq dövlət qurumlarının müdaxiləsi ilə həmin şəxslərlə söhbətlər aparılmalı və evliliyin baş tutmaması üçün tədbirlər görülməli idi. Əgər bu edilməyibsə, belə hallara görə məsuliyyətin daha ciddi olması vacibdir”.

N.İsmayılovanın sözlərinə görə, ortada fakt varsa və həqiqətən də yaxın qohumların evlənməsi planlaşdırılırsa, dövlət qurumlarının müdaxiləsi zəruridir: "Qanunla qoyulan qadağanın cəmiyyətdə müəyyən təsiri hiss olunur. Bununla belə, insanların bu qadağanı nə dərəcədə qəbul etməsi artıq müəyyən mənada cəmiyyətin öz məsuliyyəti ilə bağlıdır. Burada məsuliyyət yalnız cütlüklərin üzərinə düşmür. Valideynlər, qohumlar, hətta qonşular öz mövqelərini bildirməlidirlər. Çünki belə qərarların icrası bütövlükdə cəmiyyətin iştirakı ilə mümkündür. Bəzi bölgələrdə qohum evliliklərinin davam etməsi isə ilk növbədə cütlüklərin özlərinə zərər verir. Bu, həm sağlamlıq riskləri, həm də gələcəkdə sosial baxımdan müəyyən problemlərlə üzləşmək ehtimalı yaradır. Ona görə də cəmiyyət olaraq bu məsuliyyəti hamımız bölüşməliyik”.

"Cəmiyyət də aktiv iştirak etməlidir”

QHT sədrinin fikrincə, bu məsələdə yerli özünüidarəetmə orqanları, xüsusilə bələdiyyələr mühüm rol oynayır. Bələdiyyələrdə gender komissiyaları fəaliyyət göstərir və onlar ailə münasibətləri ilə bağlı məsələlərdə qanunların düzgün icrasına töhfə verməlidirlər: "Onların vəzifəsi belə hallarda prosesin iştirakçısına çevrilmək deyil, qanunun düzgün icrasını təmin etməkdir”.

Qeyd edək ki, Azərbaycanda qohum evliliyinə görə ayrıca cəza maddəsi yoxdur. Əsas məhdudiyyət nikahın qeydiyyata alınmamasıdır.

Mənbə: "Kaspi" qəzeti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Aprel 2026 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see322

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see301

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see295

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see282

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see281

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see274

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see272

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see270

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see246

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see233

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see231

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see229

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see227

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see224

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see224

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see217

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see212

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see211

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see202

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri