Icma.az
close
up
RU
Qohum evliliyi qadağandır, ancaq cəzası YOXDUR

Qohum evliliyi qadağandır, ancaq cəzası YOXDUR

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bu ildən etibarən Azərbaycanda qohum evliliyi qanunvericiliklə qadağan ediləcək. Mütəxəssislər bildirirlər ki, qohum evliliyi genetik xəstəliklərin artmasına və gələcək nəsillərin sağlamlıq problemləri ilə üzləşməsinə səbəb ola bilər.

Qanunvericilikdə isə qohum evliliyinə cəhd edənlər üçün hər hansı cəza nəzərdə tutulmayıb. Ekspertlər bildirirlər ki, qanunların sərtləşməsi bəzi ailələri rəsmi nikahdan yayınmağa sövq edə bilər. Azərbaycanda son illərdə vətəndaş nikahına marağın artdığı müşahidə olunur və yeni qadağaların bu tendensiyanı daha da gücləndirəcəyi ehtimal edilir.

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə bildirib ki, ümumiyyətlə qohum evliliyinin qadağan edilməsi dedikdə rəsmi nikahın qadağan olunmasından söhbət gedir:

“Bilirik ki, Ailə Məcəlləsinin 12-ci maddəsində aralarında nikah bağlanmasına yol verilməyən şəxslərin siyahısına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları (12.0.2-1) və bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu (12.0.2-2) əlavə edilmişdir. Lakin nəzərinizə çatdırım ki, qeyd edilən maddələr 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək. Təbii ki nikah nikaha daxil olmaq istəyən şəxslər Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə yaxınlaşdıqda onların qohumluq dərəcələri həmin orqan tərəfindən araşdırılmalı və belə hal müəyyən edildikdə nikahın bağlanmasından imtina edilməlidir.

Diqqətinizə çatdırmaq istəyərdim ki, ümumiyyətlə nə İnzibati Xətalar Məcəlləsində, nə də Cinayət Məcəlləsində yuxarıda qeyd etdiyim şəxslərin rəsmi nikah olmadan “vətəndaş nikahında” yaşaması üçün hər hansı məsuliyyət müəyyən edilməyib. Bu məsələni müqayisə edəndə cinsi azlıqların “evliliyini” misal gətirmək olar. Azərbaycan Respublikasının qanunlarına əsasən eyni cinsli şəxslərin nikahı qadağandır. Lakin onlar bir evdə “qeyri-rəsmi evli” formasında yaşayırlar”.

Vəkilin sözlərinə görə, Cinayət Məcəlləsinin 176-1-ci maddəsinə əsasən qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

“Lakin bu maddə də məsələ rəsmi nikahdan gedir. Qohum evliliklərində şəxslər tibbi və biolojik olaraq ciddi problemlərlə üzləşirlər. Əlbəttə bu barədə həkimlərimiz şərh versə daha yaxşı olardı, lakin qohum evliliyindən qaynaqlanan xəstəliklər uşaqlarda kəskin formada üzə çıxdıqda tərəflər bir-birilərini günahlandırırlar. Hüquqi baxımdan isə əmlak və mülk məsələlərində tərəflər arasında problemlər meydana çıxır. Hesab edirəm ki, əvvəlcə vətəndaşları qohumlar arasındakı nikahın mənfi nəticələri barədə maarifləndirməliyik, ictimai qınaq yaratmalıyıq, daha sonra onu cəzalarla sanksiyalaşdırmalıyıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Fevral 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri