Qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda qohumunu bıçaqlamaqda təqsirləndirilən Arzuman Əsədovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yelunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış edərək Arzuman Əsədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib.
Vəkil çıxışında təqsirləndirilənə yüngül cəza verilməsini xahiş edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Arzuman Əsədova 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin olunub. Həmin cəza şərti hesab olunub və ona 2 il sınaq müddəti təyin edilərək məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 28-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib.
Əsədov Arzuman İsmayıl oğlu ilə qohumu Əliyev Ramo Rövşən oğlu arasında 40 manat borca görə münaqişə yaranıb. Yaranmış münaqişə zamanı A.Əsədov bıçaqla R. Əliyevə xəsarətlər yetirib.
Fakta görə cinayət işi başlanıb. A.Əsədova Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham elan olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 16 İyul 2025 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















