Icma.az
close
up
RU
Qol buraxmadan bunu etmək çox önəmli idi Millimizin baş məşqçisi

Qol buraxmadan bunu etmək çox önəmli idi Millimizin baş məşqçisi

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Litva yığması ilə keçirilən səfər oyunundan (2:0) danışıb. 

QOL.az xəbər verir ki, o, sözügedən matçdan sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:

“Şükürlər olsun ki, qələbə qazandıq. Qol buraxmadan bunu etmək çox önəmli idi. Üç komandanlı qrupdayıq, sonda qrup birincisini top fərqi müəyyənləşdirə bilər. Rəqibin zəif və güclü cəhətlərini bildiyimizdən, oyunu buna uyğun qurmuşduq. Meydanda hər şeyi düzgün etdiyi üçün komandamıza təşəkkür edirəm. Qızlar xarakter və istək göstərməklə yanaşı, gözəl futbol oynadılar. Məqsədimiz qol buraxmadan qələbə qazanmaq idi ki, bunu reallaşdırdıq. Bu qalibiyyət münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Bizi indi Monteneqroya qarşı çox vacib səfər oyunu gözləyir. Həmin matçdan da maksimum nəticə ilə qayıtmağa çalışacağıq".

Baş məşqçi görüşün 42-ci dəqiqəsində qırmızı vərəqə almasına münasibət bildirib: “Hakimləri heç cür başa düşə bilmədim. Ehtiyat hakim epizoda çox uzaq idi. Rəqibin oyunçusu Nigar Mirzəliyevanı arxadan vurdu, hakim bunu görmədi. Hiss etdim ki, gərginlik yaranacaq, futbolçuları sakitləşdirmək üçün meydana girmək məcburiyyətində qaldım. Hakim bunu fərqli formada başa düşdüyündən, mənə qırmızı vərəqə göstərdi. Halbuki bunu etməsəydim, gərginlik arta bilərdi”.

Qeyd edək ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz növbəti oyununu aprelin 8-də səfərdə Monteneqro yığmasına qarşı keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://qol.az
archiveBu xəbər 04 Aprel 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see293

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see282

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see279

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see274

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see274

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see269

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see260

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see259

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see253

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see252

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see234

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see229

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see228

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see228

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see225

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see217

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see216

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see213

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri