Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Biznes kreditlərində rekord artım

“Qol tortun üzərindəki albalı kimidir” Dambrauskas

“Qol tortun üzərindəki albalı kimidir” Dambrauskas

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Sabah” – “KuPS” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– “Sabah” ailəsini qələbə münasibətilə təbrik edirəm. Böyük və möhtəşəm duyğular yaşayırıq. Düzdür, bir az məyusluq var. Çoxlu qol imkanları yaratdıq, ancaq dəyərləndirə bilmədik. Futbolçular tapşırıqları düzgün icra etdi. Hər iki hissədə kifayət qədər fürsətimiz oldu. Əfsuslar olsun, top tora daxil olmadı. Oyunun sonlarında bizim də bəxtimiz gətirdi. Rəqib hesabı bərabərləşdirə bilərdi. Bu məyusluğu unutmalı və hazırlıqlara başlamalıyıq. Qarşıda çətin səfər oyunu var. “KuPS” artıq bizi yaxşı tanıyır. Uzun səfərimiz olacaq və süni örtüklü meydançada oynayacağıq. İnanıram ki, səfər matçında qol imkanlarından yararlana biləcəyik.

– Maludanın oynamamağının səbəbi nə idi?
– Məşqçi kimi vəzifəm əlimin altında olan ən yaxşı heyəti seçmək, hazırlamaqdır. Futbolçular da bizim tələblərimizə hazır olmalı, qələbələrimizə töhfə verməlidir. Maluda fiziki və mental oyuna hazır deyildi.

– İkinci hissədə iki hücumçunu meydana buraxdınız. Bu, nə ilə bağlı idi?
– Daha çox qol vurmaq istəyirdik. Meydanı tərk edən Aleksey və Kahim möhtəşəm oynadılar. Onlar böyük enerji sərf etdilər. Severina və Mbinanı oyuna qoşmaqla hücumların sayını artırmaq istəyirdik. Həqiqətən, ikinci qola da çox yaxın olduq.

– Cavab matçında hücum futbolu oynayacaqsınız?
– Oyunu təhlil edəcəyik. Görək, nələri daha yaxşı edə bilərik. Düzdür, çətin matç olacaq. Finlandiyada yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.

– Komandanın bu qədər epizodu dəyərləndirə bilməməyi sizi narahat edir?
– Açığı, yox. Epizod yarada bilməsəydik, narahat edərdi. Amma hər matç kifayət qədər qol fürsətlərimiz olur. Bu gün TNS-lə matçdakından daha çox şans yaratdıq. Futbol elə oyundur ki, bəzən qol fürsəti yaratmasan da nələrsə edə bilirsən. Dünya çempionatının finalını da buna nümunə göstərə bilərəm. Məsələn, Argentina finalda qapıya zərbə belə vura bilmədi, amma oyun 120 dəqiqə keçdi. Bu gün də bizdə qol çatışmadı. Qol tortun üzərindəki albalı kimidir.

– Yeni transferlərin start heyətdə olmamağı nə ilə bağlıdır?
– Hələ mövsümün başlanğıcıdır. TNS-lə səfər matçında yeni transfer Almeyda meydana çıxdı. Çempion komandayıq, burada əməyi olan futbolçuları da başa düşməliyik. Onları “11-lik”dən çıxartmaq istəməzdim. Komandada yaxşı anlaşırlar. Yeni transferlər də duruma alışmalıdır, komandanı öyrənməlidirlər. Həqiqətən, fantastik futbolçular gətirmişik. Ən güclü “11-liy”i seçmək istəyirəm. Geniş heyətimiz var və hər oyunçu töhfə verəcək gücdədir. Bu gün də kifayət qədər yaxşı oynadıq, amma daha çox qol vurub, qalib gələ bilərdik. Alınmadığı üçün məyusluğumuz var.

– Növbəti potensial rəqiblərinizdən “Lex” hazırda səfərdə Danimarkanın “Orxus” komandasına 4 qolla qalib gəlir. Polşa təmsilçisi haqqında nə düşünürsünüz?
– Hazırda bütün diqqətim “KuPS”la cavab oyunundadır. Əvvəlcə bu mərhələni keçək, sonra növbəti rəqibi düşünəcəyik. Hazırda ən son düşünəcəyim şey “Lex”dir. Beynim hazırda “KuPS”la fokuslanıb. Sübut etməliyik ki, mərhələni keçməyə qadirik.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 21 İyul 2026 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see408

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see358

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see271

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see268

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see266

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see256

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see251

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see235

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see230

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see225

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see209

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see200

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see200

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see196

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see191

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see191

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see188

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see186

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see171

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri