Icma.az
close
up
RU
Qoltuğunuzun altına baxmaqla xəstəliklərinizi öyrənin! SİYAHI

Qoltuğunuzun altına baxmaqla xəstəliklərinizi öyrənin! SİYAHI

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Qoltuq altında baş verən hər hansı bir dəyişiklik sağlamlıqla bağlı problemlərin siqnalı ola bilər.

Bu dəyişikliklər əsasən, hormonal disbalans, limfatik problemlər və infeksiyalardan xəbər verir.

Qoltuqaltı əsasən də gigiyenik cəhətdən insanı narahat edir. Burda yerləşən tər vəziləri pis qoxuların yayılmasına şərait yaradır.

Medicina.az bildirir ki, pis qoxudan əlavə, qoltuq altında baş verən hər hans dəyişiklik sağlamlıq problemlərindən də xəbər verə bilər.

1. Pis qoxu

Bir çoxları qoltuq altından pis qoxunun gəlməsinin qarşısını almaq üçün dezodorantlardan istifadə edir. Bu nahiyədə yığılan bakteriyalar pis qoxunun gəlməsinə səbəb olur.

Amma bəzi hallarda pis iyin gəlməsinə səbəb qalxanabənzər vəzin problemləri və digər hormonları disbalans ola bilər. Əgər tərdən çürümüş meyvə iyi və ya dırnaq boyası iyi gələrsə, bu, ketoasidoz xəstəliyindən xəbər verir. Şəkər xəstələrinin də tərində xüsusi iy gəlir.

2. Qaşıntı  

Qoltuq altında qaşıntı tükləri təmizlədikdən sonra da meydana çıxa bilər. Bu əlamət istifadə edilən krem və dezodorantların tərkibində olan kimyəvi maddələrə olan allergik reaksiyadan da yarana bilər. Qaşıntı zamanı dəridə yaranan qırmızı ləkələr və ölü hüceyrələrin yaranması göbələk infeksiyasından xəbər verir. Bu zaman mütləq dəri həkiminə müraciət etmək lazımdır.

3. Ağrı

Qoltuq altında olan ağrılar qol əzələlərin çox yüklənməsi səbəbindən yarana bilər. Adətən bu hal ağır yük qaldıran və intensiv olaraq ağır məşqlərlə məşğul olan insanlarda müşahidə edilir. Adətən istirahət edildikdə öz-özündə keçib gedir.

• Əgər ağrılar keçmirsə və güclənirsə, o zaman həkimə müraciət etmək lazımdır.

• Nadir hallarda ağrı limfa düyünlərinin zədələnməsi və ya şişi ilə əlaqədar meydana çıxır.

4. Şişkinlik

Qoltuq altının isti və nəm mühiti göbələk infeksiyasının çoxalması üçün əlverişli şəraitdir. Bu zaman qoltuq altında qaşıntı, səpgi, hətta şişkinlik əmələ gəlir.

5. İltihab

Qoltuq altında olan şişkinlik və akne tük follikullarının dəri içində inkişafı ilə əlaqədar meydana çıxır. Bu çox ağrılı haldır və müalicə olunmazsa, fəsadlara səbəb ola bilər.

Uzanan tükləri naqqaş ilə çıxarmaq əvəzinə dərini sürtmək lazımdır ki, tük özü çıxsın.

Əgər qoltuq altında əllə hiss oluna biləcək törəmələrə rast gəlinirsə, bu, limfa düyünlərinin iltihabından xəbər verir. Müalicə olunduqdan sonra şiş keçib getmirsə, o zaman bu, daha ciddi infeksiyanın və xərçəngin əlaməti hesab edilə bilər.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 02:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri