Icma.az
close
up
RU
Qondarma cinayət işləri, qanunsuz həbslər... Moskvanın bəhanələri bitmir

Qondarma cinayət işləri, qanunsuz həbslər... Moskvanın bəhanələri bitmir

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sabiq dövlət müşaviri: “Miqrantlara basqı Rusiyanın özünə ziyan vuran amildir”

İyulun 30-da məhkəmə Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskinin dövlət məmuruna qarşı zorakılıq faktı ilə bağlı iki aylıq həbs-qətimkan tədbirini qüvvədə saxlayıb. TASS xəbər verir ki, bu barədə vilayət məhkəmələrinin birləşmiş Mətbuat Xidməti məlumat yayıb.

"Şıxlinski və vəkili birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib. İş materialları ilə tanış olan və tərəflərin rəyini dinləyən Sverdlovsk Vilayət Məhkəməsi Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsinin qərardadını dəyişməz saxlayıb. M.Şıxlinski 2025-ci il sentyabrın 14-dək həbsdə qalacaq", - məlumatda qeyd edilib.

16 iyul 2025-ci ildə Yekaterinburqun Leninski Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. İbtidai istintaq orqanları onu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham edir.

M.Şıxlinskinin vəkili Pavel Korobov jurnalistin suallarını cavablandırarkən bildirib ki, birinci instansiya məhkəməsinin qərarı Cinayət Prosessual Məcəlləsinin normalarını kobud şəkildə pozmaqla çıxarılıb: "Bu, yalnız irəli sürülən ittihamların ağırlığına əsaslanır ki, bu da həbs üçün kifayət qədər əsas deyil".

O həmçinin qeyd edib ki, istintaq müvəkkilinin gizlənə, şahidlərə təsir göstərə, sübutları məhv edə və ya başqa yolla istintaqa mane ola biləcəyinə dair heç bir sübut təqdim etməyib.

"Bizim fikrimizcə, bu cür prosessual pozuntular əhəmiyyətlidir və məhkəmə aktının ləğvinə səbəb olur", - vəkil bildirib.

Bundan əvvəl məlum olub ki, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri, “Azərbaycan-Ural” milli-mədəni təşkilatının rəhbəri Şahin Şıxlinski (Mutvalı Şıxlinskinin atası) barəsində axtarış elan edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi məlumat bazasından məlumat yerləşdirilib. Polis Rusiya Federasiyası Cinayət Məcəlləsinin Şıxlinskinin hansı maddə ilə axtarıldığını açıqlamayıb. Yerli “E1” nəşrinin məlumatına görə, o, adam öldürməyə cəhdə görə axtarışdadır.

"Oğlu təhlükəsizlik işçisinə qarşı zorakılıq tətbiq etdiyinə görə istintaq təcridxanasına göndərildikdən sonra Şıxlinski sadəcə olaraq yoxa çıxıb. O zənglərə cavab vermir, əlaqə saxlamır", - "Ural Mash Telegram" kanalı qeyd edib.

Xatırladaq ki, M.Şıxlinski 2025-ci il iyulun 15-də saxlanılıb. O Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi - hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etməkdə ittiham olunub. Məhkəmə onun barəsində sentyabrın 14-dək həbs qətimkan tədbiri seçib. İclas qapalı keçirilib.

İş iyulun əvvəlində Yekaterinburqda “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında baş vermiş insident əsasında açılıb. İstintaqın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin atası, “Mercedes Gelandewagen”də olan Ş.Şıxlinskini saxlamağa cəhd ediblər. Maşını oğlu idarə edirmiş. İddialara görə, sürücü hadisə yerini tərk etmək istəyərkən açıq qapı ilə FSB əməkdaşlarından birini vurub.

Ekspertlər isə bildirirlər ki, bu, Rusiyanın Azərbaycan diasporuna təzyiqləri əslində Azərbaycan dövlətinə qarşı təzyiq siyasətinin tərkib hissəsidir. Analitiklər hesab edirlər ki, Moskva Bakıya bu cür addımlarla mesaj verir.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli AYNA.AZ-a xatırladıb ki, iyunun sonunda Yekaternburqda azərbaycanlıların evlərinə Rusiya hüquq mühafizə orqanlarının basqın etməsi, soydaşlarımızın zorakılıqla saxlanılması, iki azərbaycanlının öldürülməsindən sonra iki dövlət arasında münasibətlər gərgibnləşib: “Rusiya Azərbaycanın müstəqil siyasət yürütməsini qəbullana bilmir. Son beş ildə, İkinci Qarabağ müharibəsi və ondan sonra baş verənlər Rusiyanın Cənubi Qafqazla bağlı siyasətinə ciddi zərbədir. Faktiki olaraq, Rusiya Cənubi Qafqazdan qovulmaqdadır. Rusiyanın bölgədən qovulmasına səbəb kimi Kremldəkilər Azərbaycanın siyasətini hesab edirlər. Bunu sinirə bilməyən Moskva müxtəlif vasitələrlə, yollarla Bakıya təzyiq siyasətini davam etdirir. Əvvəllər Rusiyanın əlində Qarabağ münaqişəsi kimi təzyiq rıçağı mövcud idi. Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin uğurlu siyasəti, Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində ərazilərimiz işğaldan azad edildi, suverenlik bərpa olundu. Bununla Rusiyanın əlindən ən böyük təzyiq rıçağı çıxmış oldu. Rusiyanın əlində olan daha bir vasitə isə miqrantlardır. İndi Moskva azərbaycanlılara təzyiq etməklə, zorakılıqla bu rıçağından istifadə etməyə başlayıb”.

“Azərbaycan diasporasının rəhbəri Şıxlinkinin axtarışa verilməsi, onun oğlunun həbs edilməsi qanunsuzdur. Hüquqşünaslar ittihamların qondarma olduğunu əsaslı faktlarla sübut edirlər. Amma Rusiya qanunsuzluqlarından geri çəkilmir. Əslində isə dediyim kimi, Rusiya bununla Azərbaycana mesaj verir. Ortada cinayətin olması faktı yoxdur. Rusiyanın siyasəti sadəcə bəhanədir. Yekaternburqda azərbaycanlıların evlərinə basqınlar, onların zorakılıqla həbsi faktları oldu və Şıxlinskilər soydaşlarımızın müdafiə işlərini təşkil etdilər, müdafiələrində dayandılar, məhkəmə proseslərində vəkillik etdilər. Rusiya dövləti, hüquq-mühafizə orqanları indi diaspora rəhbərindən həm də bu addımlarının qisasını alır”, Hüseynli vurğulayıb.

Analitik bildirib ki, Rusiyanın azərbaycanlılara qarşı təqib və təzyiq siyasəti dayanmalıdır: “Münasibətləri korlayan Rusiya tərəfidir. İndi Rusiya rəsmiləri çıxışlarında bildirirlər ki, Moskva Bakı ilə münasibətlərin normal olmasında maraqlıdır. Əgər səmimidirlərsə, o zaman təxribatlara son qoysunlar. Azərbaycan hər zaman normal qonşuluq münasibətlərinin inkişafında maraqlı olub, bunu açıq şəkildə bəyan edib. Rusiyanın imperialist siyasəti, şovinist addımları nəticəsində əlaqələr zədələnib. Bu zədəni aradan qaldırmaq üçün Rusiya addımlar atmalıdır. Kremldəkilər anlamalıdırlar ki, suveren, müstəqil dövlətlə hörmətlə davranmaq lazımdır. Miqrantlara basqı Rusiyanın özünə ziyan vuran amildir. Miqrantlara qarşı sərt siyasət onsuz da dibdə olan Rusiya iqtisadiyyatına böyük mənfi təsirlər göstərəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://ayna.az
archiveBu xəbər 01 Avqust 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri