Icma.az
close
up
RU
Qondarma Arsax prezidentinin məhkəmə ifadəsi Qasparyana cinayət işi açmağa yetər

Qondarma Arsax prezidentinin məhkəmə ifadəsi Qasparyana cinayət işi açmağa yetər

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Mətin Məmmədli: “Müəyyən dairələr Bakıda keçirilən məhkəmə prosesini siyasiləşdirməyə çalışır”

Məlum olduğu kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir. Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutunyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən Gəncə şəhərində mülki infrastrukturun və dinc əhalinin raket atəşinə tutulmasından da danışıb. O, bu barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyandan məlumat aldığını bildirib: “Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan idi. Baş qərargah rəisi deyib, mənim baş qərargah rəisi ilə söhbətim olub. Birinci mərhələdə mənə Gəncədə yerləşən hava limanının vurulması barədə məlumat verib. Daha sonra isə mənim onunla heç bir təmasım olmayıb”.

Göründüyü kimi, təqsirləndirilən şəxs Gəncə şəhərinin necə vurulmasını etiraf edib. Bu hal Qasparyana cinayət işi açmaq üçün əsas verirmi?

“Təqsirləndirilən şəxsin ifadəsi və aidiyyəti qurumların topladığı faktlardan aydın olur ki, Ermənistan rəhbərliyinin ölkəmizə qarşı insanlıq əleyhinə hərbi cinayətlərin törədilməsində xüsusi rolu olub”

Siyasi şərhçi Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ağır cinayətlərdə ittiham edilən erməni əsilli şəxslərin ifadələri bir daha təsdiq edir ki, Ermənistan ölkəmizə qarşı müharibə cinayətlərində birbaşa iştirak edib: “Təqsirləndirilən şəxsin ifadəsi və aidiyyəti qurumların topladığı faktlardan aydın olur ki, Ermənistan rəhbərliyinin ölkəmizə qarşı insanlıq əleyhinə hərbi cinayətlərin törədilməsində xüsusi rolu olub. Həm Ermənistan siyasi rəsmiləri, həm də Ermənistan dövləti məlum məsələdə məsuliyyət daşıyır. Bu hüquqi olaraq da belə qiymətləndirilməlidir. Ancaq təəssüf ki, müəyyən dairələr Bakıda keçirilən məhkəmə prosesini siyasiləşdirməyə çalışır. Ölkəmizə qarşı əsassız olaraq müəyyən kampaniyalar aparır. Ağır cinayətlərdə ittiham olunanlar siyasi məhbus, hətta qəhrəman kimi beynəlxalq mediada təqdim olunur, onların müdafiəsi ilə bağlı müəyyən çağırışlar səslənir. Bunların heç bir əsası yoxdur. Hesab edirəm ki, növbəti məhkəmə proseslərində bu faktlar ictimaiyyətə açıqlanacaq”.

Günel CƏLİLOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Mart 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri