Qonsalo Qarsiya: Zirə ilə qarşılaşmaya həyəcanlı başlamağımız cəzalanmağımıza səbəb oldu
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"Zirə" ilə qarşılaşmaya həyəcanla başlamağımız cəzalanmağımıza səbəb oldu".
Oxu.Az xəbər verir ki, bunu "Hajduk" klubunun baş məşqçisi Qonsalo Qarsiya UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə ilk matçdan sonra mətbuat konfransında deyib.
"Bizim üçün çətin oyun oldu. Qarşılaşmaya həyəcanla başlamışdıq. Bu səbəbdən rəqib matçın əvvəllərində bizi cəzalandırdı. Lakin ikinci hissədə görüşdə nəzarəti ələ ala bildik. "Zirə"dən bu cür baxımlı oyun gözləyirdim. Komandanıza təhlükəli rəqib adını verə bilərəm. Doğma meydanda bu komandaya qalib gəlmək və növbəti mərhələyə adlamaq istəyirik".
Qeyd edək ki, 8-ci kilometr stadionunda baş tutan "Zirə" - "Hajduk" matçı 1:1 hesabı ilə bərabərə bitib. Komandalar arasında cavab görüşü iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da "Poljud" stadionunda keçiriləcək.
Anar Həsənov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 23 İyul 2025 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















