Icma.az
close
up
RU
Qonşu ölkədə VƏBA YAYILIR Azərbaycan üçün də təhlükə VAR? RƏSMİ AÇIQLAMA

Qonşu ölkədə VƏBA YAYILIR Azərbaycan üçün də təhlükə VAR? RƏSMİ AÇIQLAMA

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Türkiyədə vəba qeydə alınıb. Doğrudur, kütləvi epidemiyadan söhbət getmir. Amma fakt var. Bunun özü də narahatedicidir.  Çünki vəba infeksiyası sürətlə yayıla bilir.
Bəs ölkəmizə bu infeksiyaya qarşı hansı tədbirlər görülür?
Bununla bağlı Səhiyyə Nazirliyi Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə sorğu göndərdik. Qurumdan Bizim.Media-ya bildirildi ki, kəskin bağırsaq infeksiyalarına aid olan vəba xəstəliyinin yayılması əsasən vəba törədiciləri ilə çirklənmiş su, bəzi hallarda isə qida və təmas yolu ilə baş verir:
“Xəstəliyin hava ilə yayılması mümkün deyil. Ölkəmizdə vəba xəstəliyi ilə bağlı vəziyyət daim nəzarət altında saxlanılır. Ölkəyə daxil olan və ölkəni tərk edən yerli və ya xarici vətəndaşların səhhətində hər hansı oxşar əlamətlər aşkarlanarsa, həmin şəxslər müvafiq tibbi müayinələrdən keçirilir.
 

Səhiyyə Nazirliyinin 12 iyun 2019-cu il tarixli Əmrinə əsasən Respublika ərazisində vəba xəstəliyinə qarşı genişmiqyaslı tədbirlər həyata keçirilir. Belə ki, may ayından başlayaraq oktyabr ayının sonuna kimi ölkə ərazisində vəba xəstəliyinə qarşı bütün qabaqlayıcı tədbirlər, həmçinin su hövzələri üzərində monitorinqlər aparılır.


Götürülən nümunələr ayda 2 dəfə olmaqla toplanıb, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilir. Mütəmadi həyata keçirilən laboratoriya müayinələri nəticəsində uzun illərdir ki, vəba törədiciləri aşkar olunmayıb”.

Mərkəzdən o da bildirilib ki, bir sıra Asiya, Afrika və Cənubi Amerika ölkələrində vəba xəstəliyinin alovlanmaları və tək-tək hadisələri mütəmadi olaraq baş verir və digər ölkələrdən vəba xəstəliyinin ölkəmizə gətirilməsinin qarşısının alınması üçün həm ölkənin sərhəd buraxılış məntəqələrində, həm də ölkə ərazisində etibarlı və sistemli sanitariya-epidemioloji nəzarəti təşkil olunub:


“Xəstəliyin əlamətlərinə görə şübhəli şəxs müəyyən olunarsa, bu zaman Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində laboratoriya diaqnostikasını aparmaq üçün lazımi ləvazimat və reaktivlər var”.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Sentyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri