Icma.az
close
up
RU
“Qonşu ölkələrə qarşı rus şovinizminin güclənməsi dözülməz həddə çatıb” ATXƏM sədrindən ETİRAZ

“Qonşu ölkələrə qarşı rus şovinizminin güclənməsi dözülməz həddə çatıb” ATXƏM sədrindən ETİRAZ

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

“Rusiyanın Yekaterinburq şəhərində Rus Federal Təhlükəsizlik Xidməti tərəfindən azərbaycanlıların yaşadığı mənzillərə qəfil basqın edilib və nəticədə soydaşlarımız qanunsuz saxlanılıb, amansız işgəncələrlə qətlə yetirilib. Azərbaycanlılara qarşı törədilən bu cinayət, terror aktı Rusiya dövlətinin nəinki xalqımıza, həmçinin qeyri-rus millətlərinə qarşı apardlğı düşmənçilik siyasətini bir daha sübut etmiş oldu”. 
Bu fikirləri Demokrat.az-a açıqlamasında ATXƏM İB-nin sədri İlham İsmayılov bildirib.
Onun sözlərinə görə, bir müddət əvvəl Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin ölkəmizdə casus şəbəkə yaratmaqda ittiham olunması, Bakıda Rus Evinin bağlanması Rusiya dövlətınin bizə qarşı apardığı məqsədyönlü siyasətini ifşa edib:
“Daha sonra AZAL-aa məxsus mülki təyyarəmizin vurulmasına görə hələ bu günə qədər Rusiya bir səmimi peşmançılıq çəkdiyini bildirməmiş, üzr istəməmişdir. Sanki vaxt keçdikcə unutdurmaq istəyirlər. 
Və ardınca 5 həmvətənimizi, bir ailənin üzvlərini evlərində amansızcasına qətlə yetiriblər. Bu təxribatların davamlı olması onu göstərir ki, Rusiya qonşularına qarşı hər zaman belə münasibət göstərir və bunun da bir çox səbəbləri vardır. 
Artıq uzun illərdir ki, soydaşlarımız Azərbaycandan gedərək Rusiyanın ictimai-siyasi, iqtisadi həyatında iştirak edirlər, orda bazarların, meyvə-tərəvəz bolluğunun yaranmasına və beləliklə də iqtisadi inkişafına öz töhfələrini verirlər. Ancaq buna cavab olaraq, biz hər dəfə belə halların baş verməsinin şahidi olmuşuq. İnsan hüquqlarının get-gedə daha da kobud şəkildə pozulması, qonşu ölkələrə qarşı rus şovinizminin güclənməsi artıq dözülməz həddə gəlib çatıb. Hətta, mən Rusiyanın Ukraynanı işğalında qeyd etmişdim ki, bütün post-sovet ölkələri bu müharibənin aparılmasına etiraz etməlidirlər. Çünki bu və ya digər şəkildə bu da təcavüzün bir növüdür.  Ölkəmizdə nəinki ruslar, bütün digər xalqların nümayəndələri daim tam, bərabər hüquqlu vətəndaşlar olaraq əmin-amanlıq, sülh, sabitlik şəraitində yaşayıb fəaliyyət göstərmişlər. Azərbaycan tolerant dövlətdir. Lakin Rusiyada soydaşlarımıza qarşı hər zaman ayrı-seçkilik, ikili standartlarla yanaşma mövcüd olmuşdur və biz də buna qəti şəkildə etiraz edirik. Bu insanlıq əleyhinə cinayətdir. Biz vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq baş vermiş bu vəhşicəsinə cinayətə görə Rusiya rəhbərliyinin üzr istəməsini və günahkarların cəzalandırılmasını tələb edirik”.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 İyun 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri