Icma.az
close
up
RU
Qonşu qadın Ceyhun Musaoğlunun hekayəsi

Qonşu qadın Ceyhun Musaoğlunun hekayəsi

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Ceyhun Musaoğlunun "Qonşu qadın" hekayəsini təqdim edir.


Onlar ikinci mərtəbənin orta qapısında yaşayırdılar. Sağ qapı ilə qapı qonşuluq edən orta qapı.

Sağ qapıda qalan ailənin 3 övladı var idi. Qonşusu cəmi iki nəfərdir – ər və arvad. Mədəni adamlar idi. İndiki dildə ziyalı ailə sayılırdı.

Dörtmərtəbəli binanın hər mərtəbəsində 3 mənzil var. İkinci mərtəbənin sağ qapısının sakinlərinin böyük oğlu heç nə çəkməsə, heç nə yazmasa, heç nə düzəltməsə də yaradıcı uşaq kimi görünürdü. Çox nadinc idi. Orta məktəbdə ala-babat oxuyurdu. 1-dən 4-ə qədər əla, 4-dən 8-ə qədər kafi, 8-dən sonra əla ilə kafinin birləşmə nöqtəsinə doğru irəliləməyə cəhd göstərirdi.

İndiki orta qapı qonşularından sonra onların yeni qonşuları daha əziz bir insan idi. Nadinc oğlanın yaddaşında isə qonşuluğun daha çox o iki nəfərlik ailəsi barədəki xatirə iz salmışdı.

Həmin izlə gedək. Görünür: həmin iki nəfərlik ailə həmin nadinc oğlanın bir-birinə olan diqqətsizlikləri ilə diqqətini cəlb etmişdi.

Ola bilsin, oğlanın müşahidə aparmaq qabiliyyətinin coşması dövründən əvvəl orta qapıdakılar daha fərqli münasibətdə idilər bir-biriləriylə. İndiki vəziyyət onu demirdi.

İndiki vəziyyətə baxaq: Axşamdır, ər və arvad hərəsi bir kresloda oturub. Cənabın əlində qəzet, xanımın başı, sadəcə, önünə əyilmiş və…

Xanımın pariki var. Saçı yoxdur, qırxılıb. Qonşu uşaq bir dəfə pariki stulun başında kənarına taxılmış görmüşdü. Başını qaldıranda xanımla üz-üzə çıxdı. Uşaq otağın başına doğru gedirdi, xanım eyvandan gəlirdi. Keçəl qadın. Uşaq beləsini ilk dəfə idi görürdü. İlk dəfə biləcəkdi sağalmaz xəstəlik var. Qonşu xanımsa yaddaşında ali dərəcədə qalacaqdı. Həmişə onu xatırlayacaqdı.

Sonuncu gün axşam saatlarında ailələr evlərindəydi. Uşaq anası ilə orta qapıya keçdi. Həmin mənzərə. İki eyni dərəcədə ayrı doğmalığın ögeyliyində olan insan, elə bu epitetlərlə ər-arvad. Nə insanlıq görünürdü, nə ər-arvadlıq. Uşağın nadincliyini təslim edən mənzərə yaşanırdı. Ana salamlaşdı, 5 dəqiqə oturdu, bir dəfə “necəsiz?” soruşdu, sonra sivişdi.

Qonşu xanım artıq oğlanla söhbət edirdi. Üzündə həqiqi təbəssüm vardı, ay parçası deyirlər, həmin simada idi.

Əməllicə söhbət edirdilər. Onlar danışırdılar, heç kim eşitmirdi. Ana, yenə ana, özü sivişmədən əvvəl uşağının əlindən tutub, “evdə bir az işim var, gəlib dəyəcəm” deyərək getdi.

O gedən oldu. Axşam qonşu xanımın sancısı tutub, təcili yardım, xəstəxana, ardından hava, göy, kainat…

Uşaq böyüyəndə onu da acı xatirə kimi xatırlayacaqdı; təcili tibbi yardım maşınını görməmişdi. Evə gəlib bir az cəbrdən məsələ həll edib, həm də 12-sini və düz, gedib yatıb. Sonradan xatırlayacaqdı, ən şirin yatdığı gecə olub. Qonşu xanım ona laylay çalıb. Yatmaq sonradan tapılmaqdır. Bir də var yoxa çıxmaq.

Qonşu xanım yoxa çıxdı. Uşağın yaddaşında ərin laqeydliyi travma oldu. Tələbə olduğu illərdə o ər başqası ilə evləndi, uşaqları oldu, yaxşı yerdə işini davam etdirdi, “06 Jiquli” markalı avtomobillə həyatın yoluna davam etdi.

Uşaq böyüyüb. Əsgərlikdən qayıdıb, yaradıcı sahədə çalışır. Qəsəbənin çayxanasında məhəllə uşaqları ilə oturub bazar keyfini çıxararkən, birinci dəfə ər ola bilməyən həmin ər də içəri girdi, çox mədəni şəkildə adamlarla görüşdü, keçmiş qonşusuna doğru gəldi, əl uzatdı, qonşusu da eyni onun kimi. “necəsiz?” soruşdu, böyümüş uşaq keyfason tərzdə “yaxşıyam” cavabını verdi. Orta qapı ilə sağ qapının dueli başlamışdı. Bu dueldə qarşı qapı yoxdur. Futbol deyil, voleybol deyil, əslində, kişi söhbəti də deyil. Xalxın arvadı olmuş birisinə görə onun keçmiş ərindən qisas almaq Bakı kəndinin qaqaşına yaraşmaz. O, bir az qaqaş idi, əslində, elə qaqaş idi.

Onun yaşadığı kənd qəsəbə olsa belə, kənd adını qorumağı ara uşaqlarının öhdəsinə buraxmışdı. Ali savadlı olmursan, nə yaradırsan yarat, adam öz kəndində tapdığı rahatlığı özgəsində tapa bilmir. Adama təkcə özüymüş. Kənd qaqaşı bu həqiqəti bəyənmirdi. İnsanların mütləq bir-birinə ehtiyacı var – həqiqəti belə anlayırdı. İndi yaşlanıb, elə həmin-həmindir.

Bitsin. Qonşu xanım yox, qonşu ailə dağılıb, qonşu ər gəlib bu dərəcədə ağır zərbələrlə bir insanın uşaqlıq xatirəsini yükləyəndən sonra salam verir, şirinlik göstərir. Acılıq yaşadan adam.

Acılıq yaşadan adam qonşusundan təəccüblə soruşur: “Məni tanımadın?”. Bütün cavabların nidası kimi ədəbiyyatın çoxdan təsdiqlədiyi aksioma. “Yox”.

Unutmuşam deyə bilməzdi. Qadını unutmamışdı. Qonşusu deyildi, xanım deyildi, qadın idi. Qadın laylasını eşitməmişik, biz ana laylası bilirik. Sonra nə bilirik, bəlkə, elə qadınların son günündə oxuduqları laylay ana laylasıyla yarışa layiqdir.

Necə olmuşdusa onlar görüşüb sual-cavablaşanda ətrafda sakitlik yaranmışdı, hər kəs iki kəlməlik dialoqu dinləyirdi. Tamaşada həyatı oynayırdılar. Baş rolun qəhrəmanı olmayan ər, kresloda mənzilin başında otura bilər, onun həyatdakı rolu epizodik idi. Zəif yaşamışdı. Xatırlanmayacaq qədər zəif...

İnsafla deyək: qonşu kişi uşağa həmişə xoş münasibət göstərmişdi, indi qarşılaşdığı cavab reaksiyası onun məntiqinə sığmırdı. Pərt olmuşdu. Kənd çayxanalarında pərt oldunsa batdın, barmaqla göstərilənlərdən olacaqsan. Elə o da, ancaq ayaq barmaqları üzərində geri dönüb şüşəli qapıya doğru hirslə irəlilədi. Qapını elə zərblə açdı ki, tutacağı küncdə oturan stola dəyib indicə süzülən isti çayı dağıtdı.

Yanan olmadı, amma yaman oldu. Stoldan qaqaşlardan biri qalxıb, ziyalı kişini zərblə qapıya itələdi. Zərbədən şüşə qırıldı və şiş uclu qırıqlardan biri qonşunun biləyinə düşdü.

Qan sürətlə axırdı, deyəsən, damar kəsilmişdi. Çayçı stolları sildiyi dəsmalı götürüb irəliyə cumdu, qanı dayandırmaq istəsə də alınmadı. Artıq 103-ə zəng edilmişdi. Qonşunun halı özündə deyildi, stula otuzdurub başına toplaşmışdılar.

Sağ qapının böyümüş dəcəl uşağı mənzərəyə soyuq baxışlarla baxırdı. Ayağa durub pəncərəsi sınmış açıq qapıdan çölə çıxdı. Mağazaların yanından keçəndə vitrində manikenlərə göz atdı. Bir manikendən başqa digərləri reklam paltarları ilə geyindirilmişdi, başlarına uyğun pariklər qoyulmuşdu. Onun gözü çılpaq və keçəl manikendə ilişib qaldı.

Böyümüş dəcəl uşaq, kresloda oturmuş parikli xanımın qarşısında bir ömür boyu ilişib qaldı.

Zəlimxan Yaqubun oğlu: "Atama aid deyilən o şeylərin hamısı böhtan idi" - Müsahibə “Solo gənclik” - Konsert proqramı Milli Kitabxanada “Ailə kiçik dövlətdir!” virtual sərgisi təqdim olundu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 Yanvar 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri