Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“Eyni tempdə davam edirik” Rui Jorje

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Qonşu respublikanın paytaxtı da dron hücumuna məruz qaldı... YANĞIN+VİDEO

Qonşu respublikanın paytaxtı da dron hücumuna məruz qaldı... YANĞIN+VİDEO

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sentyabrın 10-na keçən gecə Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Şəhərdə bir neçə partlayış səsi eşidilib, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti müşahidə olunub və liman ərazisində yanğın baş verdiyi barədə məlumat yayılıb.

Moderator.az bu haqda Ukrayna və Rusiya mənbələrinə istinadla xəbər verir.

Ukrayna mediasının məlumatına görə, hücum Bakı vaxtı ilə təxminən saat 05:00 radələrində başlayıb. Sosial şəbəkələrdə Mahaçqaladan yayılan görüntülərdə partlayış səsləri, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti və səmada işıq parıltıları əks olunub.

İlkin məlumatlara əsasən, pilotsuz aparatların əsas hədəflərindən biri Mahaçqala dəniz limanı ola bilər. "OSINT" kanalları hadisə yerindən görüntülərə və şahidlərin məlumatlarına istinadən liman ərazisində partlayışlardan sonra güclü yanğın və tüstülənmə baş verdiyini bildiriblər.

Rusiya mənbələrinin yaydığı məlumata görə, hücum fonunda Mahaçqala, Vladiqafqaz və Qroznı hava limanlarında uçuşların qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Daha sonra Şimali Qafqazdakı hava limanlarında tətbiq olunan məhdudiyyətlərin aradan qaldırıldığı bildirilib.

Mahaçqalada gecə saatlarında partlayış səslərinin eşidildiyi barədə məlumatlar yerli sakinlər tərəfindən də yayılıb. Şəhərin bəzi ərazilərində güclü tüstü müşahidə edildiyi bildirilir.

Hazırda limanın konkret hansı hissəsinin zədələndiyi, dağıntıların miqyası və mümkün tələfat barədə rəsmi məlumat yoxdur. Hadisə ilə bağlı yayılan məlumatların bir qismi hələlik müstəqil şəkildə təsdiqlənməyib.

Mahaçqala limanı niyə əhəmiyyətlidir?..

Mahaçqala beynəlxalq dəniz ticarət limanı Xəzər dənizinin qərb sahilində yerləşir və Rusiyanın Xəzərdəki əsas limanlarından biri hesab olunur. Liman Rusiyanın Xəzər dənizində yerləşən yeganə buz bağlamayan və dərin sulu limanı kimi təqdim edilir. Burada neft terminalı fəaliyyət göstərir və tankerlər üçün ixtisaslaşdırılmış beş körpü mövcuddur.

Rusiya Nəqliyyat Nazirliyinin əvvəlki məlumatlarına əsasən, limanın neft yüklərinin illik ötürmə gücü 7,9 milyon ton təşkil edir. Bu səbəbdən Mahaçqala limanı Xəzər regionunda neft və digər yüklərin daşınması baxımından strateji əhəmiyyət daşıyır.

Mahaçqala son aylarda pilotsuz aparat hücumları ilə bağlı xəbərlərin gündəminə dəfələrlə gəlib. Avqust ayında Dağıstanda dronların qalıqlarının düşməsi nəticəsində anbar ərazisində yanğın baş verdiyi barədə Rusiya mənbələri məlumat yayıb. Həmin dövrdə Mahaçqalada "Ozon" şirkətinin anbar kompleksinə hücum nəticəsində də genişmiqyaslı yanğın baş verdiyi bildirilmişdi.

Bu gecə Soçi də hücuma məruz qalıb..

Sentyabrın 9-dan 10-na keçən gecə Rusiyanın Krasnodar vilayətinin Soçi şəhərində də hücum qeydə alınıb. Rusiya mənbələrinin məlumatına görə, şəhərin sahil ərazisində baş verən hadisə nəticəsində yanğın yaranıb və xəsarət alanlar olub.

Rusiya tərəfinin son məlumatına görə, Soçidə hücum nəticəsində yaralananların sayı 8-ə çatıb. Sahil infrastrukturu və Primorskaya sahil bulvarının bir hissəsinin zədələndiyi bildirilir.

Beləliklə, sentyabrın 10-na keçən gecə Rusiyanın həm Xəzər, həm də Qara dəniz sahillərində yerləşən şəhərlərində dron hücumları ilə bağlı məlumatlar yayılıb. Mahaçqalada əsas diqqət liman ərazisində baş verdiyi bildirilən yanğına, Soçidə isə sahil infrastrukturuna dəyən ziyana yönəlib...

S.Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Sentyabr 2026 07:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see335

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see316

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see312

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see293

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see289

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see286

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see278

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see269

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see261

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see253

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see243

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see238

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see231

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see227

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see217

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see214

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see213

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see211

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri