Qonşular arasında təmizlik mübahisəsi zamanı 13 yaşlı uşaq bıçaqlanaraq ağır xəsarət alıb
Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Eskişəhərdə mənzil təmizliyi zamanı qonşular arasında çıxan bıçaqlı davada 68 yaşlı vətəndaş 13 yaşlı uşağı bıçaqlayaraq ağır yaralayıb.
Sonxeber.az türk mediyasına istinadən xəbər verir ki, hadisə Odunpazarı Məhəlləsi, Emek Mahallesi, İzgü küçəsində baş verib. Əldə edilən məlumata görə, küçədə yerləşən yaşayış binasında qonşular arasında təmizlik məsələsi ilə bağlı mübahisə düşüb.
Rüsumun ödənilməsi ilə bağlı fikir ayrılığı olduğu iddia edilən iki ailə arasında mübahisə daha da böyüyərək davaya çevrilib. Baş verən davada 68 yaşlı E.Yunus 13 yaşlı T.P. adlı oğlanın qarnından bıçaqlayıb.
Xəbər verildikdən sonra hadisə yerinə polis və təcili yardım göndərilib. Qarın nahiyəsindən bıçaqlanan və ağır yaralanan 13 yaşlı T.P. 112 Təcili Xidmət qrupları tərəfindən Eskişəhər Şəhər Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsində müalicə alan 13 yaşlı uşağın vəziyyətinin ağır olduğu öyrənilib.
Hadisə yerinə gələn polis qrupları 13 yaşlı qonşusunu bıçaqlayan E.Yunusu saxlayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Vüsalə İbrahmli
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 20 Noyabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















