Icma.az
close
up
RU
Qonşuları məhkəmədə Əziz Orucovu müdafiə etdi

Qonşuları məhkəmədə Əziz Orucovu müdafiə etdi

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.

Vəkil Bəhruz Bayramov Gununsesi.info-ya bildirib ki, prosesdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin nümayəndəsini dinləyiblar.

Bayramovun sözlərinə görə, məmur Orucovun dövlətə hansı ziyanı vurduğunu aydın izah edə bilməyib.

Qurumun əməkdaşı ancaq onu deyib ki, bunlar dövlətin torpaqlarıdır. “Lakin Orucovun ev tikdiyi yerin ətrafında çoxlu yaşayış binaları tikilib. Dövlətə dəyən ziyanla bağlı şikayətlər verilibmi?”, – vəkil deyib və qeyd edib ki, məmur bu suala cavab verə bilməyib.

Orucovun daha iki qonşusu şahid qismində dindirilib. “Onlar deyiblər ki, Orucovun ev tikməsilə bağlı iradları yoxdur”,- Bayramov deyib.

Növbəti iclas fevralın 26-na təyin edilib.

Xatırladaq ki, Əziz Orucov 27 noyabr 2023-cü ildə özbaşına tikinti ittihamı ilə saxlanılıb. Daha sonra qaçaqmalçılıqda ittiham olunub. Lakin ibtidai istintaqın nəticələrinə əsasən qaçaqmalçılıq ittihamı ləğv edilib.

Sonradan ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

İş məhkəməyə Cinayət Məcəlləsinin 188.2-ci maddəsilə (mülkiyyət hüququ olmadan icazəsiz tikinti) verilib. Bu ittihamla onu bir ildən üç ilə qədər məhdudiyyət və ya həbs təhlükəsi gözləyir.

Əziz Orucov ittihamları rədd edir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Günay

GUNUNSESİ.İNFO

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Fevral 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri