Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Qonşusu ilə intim münasibətdə olan evli qadın ÖLDÜRÜLDÜ QƏTLİN TƏFƏRRÜATI

Qonşusu ilə intim münasibətdə olan evli qadın ÖLDÜRÜLDÜ QƏTLİN TƏFƏRRÜATI

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ağcabədi rayonunda 1992-ci il təvəllüdlü Xəlil mübahisə zamanı qardaşı arvadı Səidəni (adlar şərti verilib - red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Xəlil qardaşı arvadı Səidənin qonşuluqda yaşayan həmkəndlisi Camalla sevgi münasibəti saxladığına əmin olub.

Bundan sonra o, Səidəni öldürmək qərarına gəlib. 2 may 2024-cü ildə saat 14 radələrində Bakı şəhərindən Səidənin həmin vaxt yaşadığı atasına məxsus Ağcabədi rayonunun kəndindəki evinə gəlib. Yataq otağında təklikdə olan Səidənin üzərinə hücum edib, bir əli ilə onun saçından tutub, digər əlindəki bıçaqla boyun nahiyəsinə bir neçə dəfə vurub. Qadın aldığı xəsarətlərdən ölüb.

İstintaq orqanı tərəfindən Xəlilin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, qardaşı Seymur həyat yoldaşı Səidə və uşaqları ilə Ağdam rayonunun kəndində yaşayıblar: "Mən isə Bakının Qala qəsəbəsində anam, arvadım və azyaşlı qızımla yaşamışam.

2024-cü ilin martında Bakı şəhərində anamın mobil telefonunda "Whatsapp" mobil tətbiqində olan mesajlara baxarkən qardaşım Seymurun anama atdığı səsli mesajlara qulaq asdım. Mesajlar bir qadın tərəfindən göndərilmiş, Seymur da həmin səsli mesajları anama yönəltmişdi.

Qadın qardaşım arvadının onun bacısının ailəsini dağıtdığını iddia edir, elə qadını evində nə üçün saxladığını, qürurunun, kişiliyinin olmadığını söyləyirdi.

Qardaşıma zəng edərək səsi göndərən qadının kimliyini və mesajda dediklərinin doğru olub-olmadığını soruşdum. Seymur bildirdi ki, mesajı ona kənddə qonşuluqda yaşayan Camalın baldızı göndərib, mart ayında Camalın arvadı onun evinə gələrək Səidə ilə mübahisə edib, əri Camalla Səidənin münasibəti olduğunu, ərindən əl çəkmədiyini söyləyib".

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra qardaşı Seymurla Səidə arasında mübahisə yaranıb:

"Seymur Səidədən bu barədə soruşduqda, o, Camalın arvadının danışdıqlarının böhtan olduğunu bildirib. Seymur isə mübahisə edərək arvadını atasının Ağcabədi rayonunun kəndindəki evinə aparıb və boşanacaqlarını bildirib. Uşaqlar Seymurun evində qalıblar.

Səidə bir neçə gün atası evində qaldı. Lakin bir müddət sonra Seymur bacanağı Əlinin məsləhəti ilə arvadıyla barışdı və Səidə öz evinə qayıtdı. Mən Səidə ilə telefonla danışaraq məsələni araşdıracağımı, əgər deyilənlər doğru olarsa, onun başını kəsərək öldürəcəyimi dedim. Səidə yenə Camalla heç bir münasibəti olmadığını bildirdi".

Xəlilin ifadəsinə görə, hadisədən 3-4 gün əvvəl qardaşı Seymurla telefonda danışıb, bu zaman Seymur ağlayaraq ona bildirib ki, arvadı Səidənin telefonda Camalla danışmasını eşidib. Səidə Camalın adını mobil telefonuna "Günay 4" kimi yazıb və onunla sevgi münasibətinin olduğunu etiraf edib: "Qardaşım Səidənin yenidən atası evinə getdiyini və onunla boşanmalı olduqlarını söylədi.

Qardaşım arvadının Camalla intim münasibətdə olmasına məndə tam əminlik yarandıqdan sonra ailəmizin namusuna ləkə gətirdiyinə görə onu öldürmək qərarına gəldim.

Ağcabədi rayonunun kəndinə gedərək atası evində qalan Səidəni öldürmək üçün mayın 1-də axşam saatlarında Qala qəsəbəsində yerləşən "Evkur" ticarət mərkəzindən bir cib bıçağı aldım. Mayın 2-də saat 8 radələrində evdən çıxaraq avtovağzala getdim, Ağcabədi rayonunun kəndinə yola düşdüm.

Səidənin atasının evinin yaxınlığına taksidən düşdüm. Həyətə daxil olanda orada heç kim yox idi. Evin qapısını açdım, otaqlara baxdım. Səidəni yataq otağında gördüm. Bıçağı kəmərin altından çıxardım. Səidə məni görən kimi yerindən qalxaraq pəncərəyə tərəf qaçmağa çalışdı. Onun üstünə hücum çəkdim, sol əlimlə saçından tutaraq bıçaqla boğazının həm sağ, həm də sol nahiyəsinə bir neçə dəfə vurdum. Səidə yerə yıxılaraq xırıldamağa başladı".

Xəlil qeyd edib ki, daha sonra otaqdan çıxıb: "Səidənin bacısı Xanımla qarşılaşdım. O, əlimdə bıçağı görəndə qışqırmağa başladı və qaçəb digər otağa keçdi. Mən evi tərk etdim, yola çıxan zaman taksi gördüm. Taksiyə minib məni Ağdam Rayon Polis Şöbəsinə aparmağı xahiş elədim.

Yolda bibimoğlu Teymura zəng edərək Səidəni öldürdüyümü, polis şöbəsinə getdiyim dedim. Teymurla danışandan sonra Seymura zəng edib xəbəri ona da çatdırdım.

Ardınca istifadəmdə olan mobil nömrədən Daxili İşlər Nazirliyinin "102" xidməti zəng mərkəzinə müraciət edərək qardaşım arvadı Səidəni öldürdüyünü bildirdim. Səidəni öldürərkən istifadə etdiyim bıçağı polisə təhvil verdim".

İş üzrə şahid qismində ifadə verən Seymurun sözlərinə görə, 2012-ci ildə Səidə ilə ailə qurub, iki övladı ilə Ağdam rayonunun kəndində yaşayıblar:

"2024-cü ilin mart ayında arvadım Səidə və uşaqlarımla evdə olduğumuz zaman həmkəndlimiz Camalın arvadı Südabə bizə gəldi. O, Səidəyə əri Camalla intim əlaqəsinin olduğunu dedi, ərindən əl çəkməsini tələb etdi. O mənə arvadımı əriylə bir yerdə tutduğunu söylədi. Dedi ki, kişi olsan, arvadın mənim ərimlə yatıb durmaz. Südabə gedəndən sonra Səidədən bu barədə soruşdum. O, Südabənin dediklərinin şər-böhtan olduğunu, Camalla arasında heç bir münasibət olmadığını bildirdi".

Seymurun sözlərinə görə, aprelin 23-də saat 14 radələrində Səidənin yatdığı otağa keçən zaman onun mobil telefonuna zəng gəldiyini, telefonun səssiz rejimində olduğunu görüb:

"Zəng edən şəxsin adı telefonda "Günay 4" kimi qeyd edilmişdi. Nömrə qonşumuz Camala məxsus idi. "Günay 4" olaraq qeyd edilmiş nömrədən Səidəyə 3 dəfə zəng gəldiyini gördüm. Səidəni yuxudan oyatdım, Camalın nömrəsini hansı səbəbdən telefona "Günay 4" olaraq qeyd etdiyini, Camalın niyə ona zəng vurduğunu, Camalla nə münasibətinin olduğunu soruşdum. Səidə cavab verdi ki, Camalın nömrəsini telefona o yazmayıb, ümumiyyətlə, telefona ad yaza bilmir, yəqin adı qızımız belə yazıb. O, yenə də Camalla heç bir münasibəti olmadığını bildirdi. Onun üzünə bir şillə vurdum, Camalın nömrəsinin onun telefonuna niyə yazıldığını soruşdum. Səidə ilə mübahisə etməyə başladım, onu boşayacağımı dedim. O da paltarlarını yığaraq atasının evinə getdi".

Seymur qeyd edib ki, aprelin 24-də Səidənin atası evindən uşaqları məktəbə getmələri üçün evinə gətirib:

"Səidəyə boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət edəcəyimi bildirdim. Bir qədər sonra qardaşım Xəlil zəng edərək baş verənlər barədə soruşdu. Ona hər şeyi olduğu kimi danışdım. Xəlil mənə narahat olmamağı tapşırdı, boşanmağımı, uşaqları isə öz yanımda saxlamağı məsləhət bildi. Aprelin 29-da anamla bir yerdə Ağdam Rayon Məhkəməsinə gedib, Səidə ilə boşanma barədə ərizə verdim.

Mayın 2-də saat 14:30-da bibimoğlu Teymur zəng edərək Xəlilin Ağdam rayonunun Quzanlı qəsəbəsində olduğunu, evə gəldiyini dedi. Bir neçə dəqiqə sonra Səidənin atası zəng edərək Xəlilin qızını öldürdüyünü xəbər verdi.

Bundan sonra isə Xəlil zəng etdi, dedi ki, başını dik tut, uşaqlara yaxşı bax. O, kəndə gəlməyimi istədi, Səidəni öldürdüyünü, mənimlə görüşərək gedəcəyini dedi. Evə çatanda Xəlilin əlində qan ləkələri, belində də qara rəngli bıçaq olduğunu gördüm".

Şahid qismində ifadə verən Camalın sözlərinə görə, Ağdam rayonunun kəndində arvadı ilə yaşayır: "Həm də taksi fəaliyyəti ilə məşğul oluram. Səidəni taksi sürücüsü kimi müxtəlif yerlərə aparmışam. Lakin onunla aramızda sevgi və ya başqa münasibət olmayıb".

Lakin Camalın ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsində göstərib ki, Səidə ilə aralarında intim münasibətlər olub.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xəlil 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:249
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Noyabr 2024 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see622

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see554

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see429

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see301

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see296

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see295

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see283

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see276

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see259

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see240

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see231

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see230

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see225

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see212

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see206

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see204

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see203

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see190

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri