Icma.az
close
up
RU
Qonşusunu öldürüb həyətində basdıran şəxs öz həyat yoldaşının intiharını niyə tələb edib?

Qonşusunu öldürüb həyətində basdıran şəxs öz həyat yoldaşının intiharını niyə tələb edib?

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, həyat yoldaşı Gülnar Müzəffərova və qaynı Qasım Xankişiyevin cinayət işinin məhkəmə ilk baxış iclası keçirilib.

Oxu.Az-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən ilk iclasda tərəflərin vəkilləri bir neçə vəsatətlə məhkəməyə müraciət ünvanlayıblar.

Prosesin sonrakı mərhələsində isə təqsirləndirilənlərin dəqiqləşdirilməmiş anket məlumatlarına aydınlıq gətirilib. Məhkəmə istintaqının başlanılması elan edildikdən sonra prokuror çıxış edərək təqsirləndirilənlərə ittihamlarını elan edib.

İttihamda bildirilib ki, Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verən hadisə qısqanclıq zəminində törədilib.

Təqsirləndirilən Elşən Müzəffərov digər təqsirləndirilən qaynı Qasım Xankişiyevlə birlikdə Rusiyada olduğu müddətdə həyat yoldaşı Gülnar Müzəffərovanın qonşusu Səxavət İsmayılovla münasibəti yaranıb.

Onların bu münasibəti 2020-ci ildən 2024-cu ilədək davam edib. Elşən Müzəffərov Rusiyadan qayıtdıqdan sonra həyat yoldaşının qonşusu ilə münasibətindən xəbər tutaraq onu öldürmək qərarına gəlir.

Qaynı Qasım Xankişiyevlə birlikdə yaşadıqları həyətdə qabaqcadan dərin çuxur qazaraq Səxavət İsmayılovu öldürməyi planlaşdırıblar. Onu bir müddət izlədikdən sonra öz həyətinə daxil olmamış tutublar və onun sifətindən qəfil zərbə vuraraq yerə yıxıblar.

Səxavət İsmayılov müvazinətini itirdikdən sonra Elşən Müzəffərov onu boğaraq qətlə yetirib.

İttihamda daha sonra qeyd edilib ki, təqsirləndirilənlər törətdikləri cinayətin izini itirmək üçün Səxavət İsmayılovun meyitini öncədən qazdıqları çuxura ataraq basdırıblar.

Elşən Müzəffərov bundan sonra həyat yoldaşı Gülnar Müzəffərovadan baş verənlərə görə intihar etməsini istəyib. Bundan xəbər tutan yaxın qohumlardan birinin polisə məlumatından sonra hadisəni törətməkdə şübhəli bilinənlər saxlanılaraq barələrində ittiham irəli sürülüb.

Onlara elan olunmuş ittihama görə Elşən Müzəffərov özünü təqsirli saysa da, Qasım Xankişiyev və Gülnar Müzəffərova özlərini təqsirli saymayıblar.

Hakim təqsirləndirilənlərə onların hüquqlarını izah etdikdən sonra onlara elan olunan ittihama görə, 14 ildən 20 ilədək və yaxud ömürlük azadlıqdan məhrum oluna biləcəklərini xatırladıb.

Məhkəmənin növbəti iclası mayın 13-nə təyin edilib.

Qeyd edək ki, hadisə Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətində basdırılıb.

Qətli törətməkdə şübhəli bilinən sözügedən cütlük hadisədən sonra saxlanılıb. İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər - Qasım Xankişiyev də müəyyən olunaraq saxlanılıb.

Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Elgün Həsənli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Aprel 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see272

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see187

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see182

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see161

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see154

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see150

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see142

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri