Icma.az
close
up
RU
“Qopmuş qulaq tikmişəm, indi isə... ”

“Qopmuş qulaq tikmişəm, indi isə... ”

News24 saytına istinadən Icma.az xəbər verir.

Plastik cərrahiyyə sahəsində uzun illər fəaliyyət göstərən, Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti Rəşad Babayev Musavat.com-a müsahibə verib və sertifikasiyasının ləğv olunması ilə bağlı narazılığını bildirib.

– Sertifikasiyası ləğv olunmuş həkimlərə plastik cərrahiyyə üzrə rezidentura keçmək tələb olunur. 2011-ci ildən öncə rezidentura olmadığı üçün belə bir tələbin qoyulması doğru deyil. Mənim uzmanlıq sənədim yoxdur, dediyim kimi, bizim dövrümüzdə plastik cərrahiyyə ümumi cərrahiyyənin tərkibində idi. Hər dəfə sənədlərlə bağlı məsələ gündəmə gələndə qeyd olunur ki, plastik cərrahiyə ümumi cərrahiyyənin içindədir. Sadəcə sənədləşdirmə işini vaxtında edə bilməmişik. Çünki institutda olduğumuz dövrdə onlayn sistemlər mövcud deyildi. İnstitutlara bu imkan yaradılan kimi, plastik cərrahiyyə üzrə sənədimi əldə etmişəm. Bu da sadəcə bir məktub və imtahanla mümkün olub.

Hazırda Təftiş Komissiyasının siyahısında tibb sahəsindən anlayışı olmayan şəxslər üstünlük təşkil edir. Halbuki mən Səhiyyə Nazirliyinin Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən təyin olunmuş müəllim kimi illərlə bu sahədə dərs demişəm, imtahan götürmüşəm, sertifikat vermişəm. Beş il tədris etdiyim rezidentlər bu gün 42 nəfərlik siyahıda yer alır, amma onların müəllimi olaraq mən həmin siyahıda yoxam.

Mən heç bir qanunu pozmadan, bütün fəaliyyəti qanun çərçivəsində həyata keçirmişəm. Sənədlərimin hamısını təqdim etdikdən sonra qərarla məni siyahıdan çıxarıblar. Halbuki mənim rektorum həmin iclasda iştirak edib, bildirib ki, kafedranın dosentidir və hər gün plastik cərrahiyyə üzrə dərs deyir. Amma bu amillər nəzərə alınmayıb.

– Sizin sertifikatınızın ləğv olunmasının səbəbi necə əsaslandırılıb?

– Onlara rəsmi məktub göndərmişəm və soruşmuşam ki, mən hansı əsasla siyahıdan çıxarılmışam? Axı imtahan vermişəm, bu gün də sertifikatım sistemdə görünür. Cavab məktubunda isə bildirilir ki, sənədlərimdə uyğunsuzluq var və bu səbəbdən sertifikasiyam ləğv olunur. Amma konkret nə uyğunsuzluq olduğu göstərilmir. Mən sənədlərimi mütəxəssislərə də təqdim etmişəm, heç bir qüsur aşkarlanmayıb. Səhiyyə Nazirliyi və Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən tələb olunan bütün sənədləri təqdim etmişəm və sertifikasiya imtahanını da uğurla keçmişəm. Üç il əvvəl də plastik cərrahiyyə ilə məşğul olmaq üçün müvafiq sertifikat almışam. Mən bu işi evdə, fotoskopla etməmişəm ki... Dövlət reyestrindən kod almışıq və reyestr kodumuz plastik cərrahiyyə üzrə qeydiyyatdadır. Biz – mən, Dilqəm, Ayaz –dərs deyən həkimlərik. Universitetlərdə ilk rekonstruktiv əməliyyatlara imza atmışıq. Ölü vəziyyətinə düşmüş orqanları xilas etmişik. Qopmuş qulağı belə rekonstruksiya etmişəm.

– Bundan sonra yalnız ixtisasınız üzrə işləyə bilərsiniz...

– Deyirlər, get ümumi cərrahiyə ilə məşğul ol. Halbuki mən uzun illərdir bağırsaq, mədəaltı vəzi, qaraciyər transplantasiyası əməliyyatları etmirəm. Bu əməliyyatlarla məşğul olsam, səhvlər buraxa bilərəm, bu isə xəstələrin sağlamlığına ciddi təsir edər. Mən bu gün plastik cərrahiyyə üzrə dərs deyirəm. Siyahıdakı 42 həkim var, onların əksəriyyəti Həkimləri Təkmilləşdirmə İnstitutunda mənim tələbələrim olub. Onlara dərs demişəm, lakin özüm bu siyahıda yoxam. Beş il mənim təlimimdən keçmiş şəxslər oradadır, amma mən yox. Bu, necə ola bilər? Halal xoşları olsun, amma bu, haqsızlıqdır.

– Məhkəməyə müraciət etməyi düşünürsünüzmü?

– Hüquqşünaslarla danışmışam, inanın ki, gülürlər. Mən elmlər namizədi, dosentəm. Konstitusiyaya əsasən, keçmişdə mövcud olan bir qayda sonradan dəyişirsə, mənə yenə də əvvəlki qaydaya əsasən yanaşılmalıdır. Misal üçün, bir insana 15 il həbs cəzası verilibsə, sonradan qanun dəyişdiyinə görə həmin adama ölüm cəzası tətbiq edilə bilməz. Belə geriyə dönüş Konstitusiyada yoxdur, dünyanın heç bir ölkəsində də bu cür tətbiq yoxdur. Yeni qaydalar yalnız gələcək üçün keçərli olmalıdır.

Mən sizi əmin edirəm ki, müraciət edənlər arasında ən böyük haqsızlıq məhz mənə qarşı edilib. Çünki mən həkim ekspertizasını aparıram, yəni həkimlərin səhvlərini araşdırıb rəy verirəm. Əgər mənim öz sənədim bu gün ləğv olunursa, demək, mənim verdiyim bütün rəylər də etibarsız sayılmalıdır.

\Musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://news24.az
archiveBu xəbər 16 May 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri