Icma.az
close
up
RU
“Qorxmasa sözümə baxmaz” düşüncəsi uşaqları hara aparır? Psixoloqdan ÇAĞIRIŞ

“Qorxmasa sözümə baxmaz” düşüncəsi uşaqları hara aparır? Psixoloqdan ÇAĞIRIŞ

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Günümüzdə bir çox valideyn övlad tərbiyəsində qorxuya əsaslanan üsullara üstünlük verir. “Qorxmasa sözümə baxmaz”, “belə etməsəm ərköyün olar” kimi düşüncələr valideynləri uşağı qorxutmaq yolu ilə idarə etməyə sövq edir. Halbuki bu yanaşma yalnız qısamüddətli itaət yaradır və uzun müddətdə ciddi psixoloji fəsadlara səbəb ola bilər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında psixoloq Pərvanə Musayeva övladlarında qorxu yaradaraq tərbiyə verən valideynlərdən danışarkən bildirdi.

Onun sözlərinə görə, qorxu ilə tərbiyə dedikdə, uşağın davranışlarının sevgi, anlayış və izah yolu ilə deyil, cəza, hədələmə və təzyiq vasitəsilə yönləndirilməsi nəzərdə tutulur:

"Bu cür tərbiyə zamanı uşaq valideynin sevgisini itirməkdən, cəzalandırılmaqdan, tərk edilməkdən, qışqırıq və ya utandırılmaqdan qorxaraq davranışını dəyişir. Nəticədə uşaq düzgün olanı anladığı üçün deyil, təhlükədən yayınmaq üçün “itaətkar” görünür. Valideynlərin bu üsula müraciət etməsinin əsas səbəbləri çox zaman özlərinin də bu cür böyüdülməsi, alternativ və sağlam tərbiyə üsullarını tanımamaları, gündəlik stres, tükənmişlik və səbrsizlikdir".

Müsahibimiz qeyd etdi ki, cəmiyyətdə kök salmış “nizam-intizam yalnız qorxu ilə mümkündür” düşüncəsi də bu yanaşmanı gücləndirir:

"Əksər hallarda bu davranış pis niyyətdən yox, məhz məlumatsızlıqdan qaynaqlanır. Qorxu mühitində böyüyən uşaqlarda zamanla müxtəlif psixoloji problemlər formalaşa bilər. Belə uşaqlar daim narahatlıq və təşviş içində yaşayır, hər an səhv edəcəklərindən qorxurlar. Özlərini dəyərsiz, bacarıqsız və yetərsiz hiss etmək meyli güclənir. Duyğularını ifadə etməkdə çətinlik çəkən bu uşaqlar böyüdükdə “yox” deməkdən çəkinir, hisslərini boğur və öz ehtiyaclarını arxa plana atırlar. Bəziləri həddindən artıq itaətkar olur, bəziləri isə yeniyetməlik dövründə aqressiv və üsyankar davranışlar sərgiləyir. Qorxu ilə böyüyən uşaqların yetkinlik dövründə münasibətlərində də problemlər ortaya çıxa bilər. Onlarda tərk edilmə qorxusu güclənir, sağlam sərhədlər qurmaqda çətinlik yaranır və toksik münasibətlərdə qalmaq riski artır".

Psixoloqun sözlərinə görə, qorxuya əsaslanan tərbiyə əvəzinə, anlayışa, izaha, empatiyaya və ardıcıl, sərhədli münasibətə söykənən sağlam yanaşma tətbiq olunmalıdır.

"Uşaq qorxduğu üçün deyil, anladığı və güvəndiyi üçün davranışını dəyişəndə bu dəyişiklik daha qalıcı olur. Qorxu ilə tərbiyə olunan uşaq zahirən sakit görünə bilər, lakin bu sakitlik çox vaxt daxili gərginliyin göstəricisidir. Sağlam psixoloji inkişaf üçün uşağın özünü təhlükəsiz, qəbul olunmuş və anlaşılmış hiss etməsi vacibdir. Valideynin əsas vəzifəsi qorxu yaratmaq deyil, uşağa emosional dayaq olmaqdır", - deyə Pərvanə Musayeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Yanvar 2026 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri