Qorxmaz Əlilicanzadə üz iflici keçirdiyini açıqladı
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Əməkdar artist Qorxmaz Əlilicanzadə bir müddət əvvəl üz iflici keçirdiyini açıqlayıb.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı" verilişində danışıb.
"Səhər yuxudan durdum, getdim əl-üzümü yuyum ki, Elgizin verilişinə dəvətliyəm. Gördüm ki, ağzım əyilib, üz iflici keçirmişəm. Mənim də bir xasiyyətim var, söz vermişəmsə, gəlməliyəm. Gəlim, desinlər ki, çıx get, gedim. Səhər verilişə gəldim. Elgiz baxdı və soruşdu: "Bu nədir, niyə gəlmisən?" Dedim ki, necə yəni, söz vermişəm. Sonra dedim ki, məni operator sol profildən çəksin. Verilişi yola verdim, sonra Elgiz məni həkimin yanına göndərdi.
Bu elə bir şeydir ki, müalicədən sonra az da olsa hiss olunur ki, bu adam üz iflici keçirib. Həkim məni 10 günün içində diriltdi, həyata qaytardı. 10 gün sonra deyib-gülür, oynayırdım".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 10 İyul 2026 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















