Icma.az
close
up
RU
Qorxu və qisas

Qorxu və qisas

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

705-ci ilin Konstantinopolu. 10 il əvvəl devrilmiş imperator Yustinian yenidən hakimiyyətə qayıtmaq üçün şəhərə hücum çəkib. Paytaxt əhalisi onun təslim olmaq təklifini saymazlıq və kinayə ilə qarşılayır. Şəhər divarlarından söyüş və təhqirlər yağdırır, "Burunsuz, rədd ol get!” qışqırırlar.

10 il əvvəl sərkərdə Leonti onu devirib burnunu və dilini kəsdirmiş, ancaq öldürməyib sürgünə - Krıma göndərmişdi. O vaxtdan da Yustinian çevrilib "Rinotmet”, yəni "Burunsuz” olmuşdu.

Rinotmetin sürgündə ilk işi özünün zahiri görkəminə əl gəzdirmək olur - qızıldan süni burun sifariş edir. Sonra xəzərlərdən və bolqar xanından kömək istəyir. Dilsiz-ağızsız Yustinian onlarla ümumi dil tapmağa nail olur. Və budur, Yustinian muzdlulardan ibarət dəstəsi ilə Konstantinopola qayıdır.

Qüvvəsi az, ümumxalq nifrətinin obyekti olan Yustinianın qalib gəlmək şansı illüzor görünür. Ancaq o, hiyləyə əl atır - köhnə, işləməyən  su kəmərinə enən muzdlular şəhərə daxil olur, Yustiniana sədaqətini saxlamış adamları tapır və onları şəhər qapılarını açmağa razı salırlar. Şəhər əhalisi səhər oyananda küçələrdə bolqar muzdluları ilə qarşılaşır. Yaranan böyük panika və qəfillik Yustiniana qələbə qazandırır. Bizans da, düşmənləri də onun ayaqları altındadır. Təhqirlərlə dolu 10 ilin qisasını almağa başlamaq olar.

Vaxtilə onu devirən Leontini də artıq Tiveri deviib. Yustinian hər ikisini saraya gətizdirir, yerə yıxaraq hər ayağını birinin başının üzərinə qoyur və bu pozada ziyafət verir.

Sonra onun əmri ilə şəhərin məşhur əyanları qonaq çağırılır. Əyanlar bunu xoşbəxt işarə sayaraq hədiyyələrlə birlikdə sevinc içində saraya toplaşırlar. Yemək qablarında isə onlara övladlarının bişirilmiş bədən hissələri təqdim edilir. Kim yeməsə, dərhal edam olunacaqdı. Yeyirlər və bir azdan edam olunurlar.

Rinotmetin ən dəhşətli müraciəti isə sadə xalqa ünvanlanmışdı. Bu, qisasın apofeozu idi. Onun əmrinə görə, şəhərdə olmadığı illərdə kim əleyhinə danışıbsa, həmin şəxslərin kəsilmiş başını gətirən hər kəsə qızıl vəd olunur. Və Konstantinopol tarixinin ən murdar epizodlarından biri baş verir.

Səhər tezdən sarayın qarşısında ucsuz-bucaqsız növbələr yaranır. Hər kəs belindəki kisədə insan başı gətirərək bəxşiş növbəsinə düzülür. Burada kimlər yox idi?! Oğul atasının, qardaş qardaşın, ata oğlunun, qonşu qonşunun... başını gətirib gəlmişdi. Kimin kimdə qisası vardısa, öldurmüşdü. Kimə pul lazımdısa, qatilə çevrilmişdi. Kim bu vakxanaliyada iştirak etmirdisə, avtomatik olaraq şübhəli şəxs siyahısına düşürdü. Odur ki, heyvani qorxu və qeyri-loyal sayılmaq təhlükəsi bütün toplumu çulğayaraq qoca şəhəri kütləvi qətllər məkanına çevirmişdi. Burunsuz və dilsiz Yustinian nifrətini bu yolla ifadə etmiş, qisasını bu üsulla almışdı. Kütlə ona bu şəraiti tərəddüd etmədən və asanlıqla yaratmışdı.

Üstündən  6 il keçəcək, 711-ci ilin dekabrında elə həmin kütlə tərəfindən Yustinian qətlə yetiriləcək, başı kəsilib payaya keçiriləcək, bədəni dənizə atılacaqdı. Kütlə onun 5 yaşlı oğlunu da bağışlamayacaq, nənəsi imperatriçə Anastasiyanın əlindən alaraq öldürəcəkdi. Yustinianın öldürülməsi ilə tarixdə 20 illik anarxiya adlanan dövr başlayacaq, 5 ildə 5 imperator bir-birini əvəzləyəcəkdi.

Absurd, ancaq fakt: Ellada pravoslav kilsəsi bir neçə il əvvəl Yustinian Rinotmeti övliyəlar siyahısına keçirərək onu müqəddəs elan edib.

***

"Mədəniyyət közərmiş vulkan üzərində nazik alma qabığıdır”, - Fridrix Nitsşe yazırdı. Bu, həm də yüksək dəyərlərin kobud güc qarşısında necə kövrək, zəif və zərif olduğunun obrazlı ifadəsidir.

Toplumu xroniki olaraq ekstremal şəraitdə saxlayanda mənəviyyat arxa plana keçir və şərin banallığı fərdləri qisasla qorxunun əlində əsir qalan bioloji varlığa çevirir.

Dövrlər dəyişib mexanizmlər və zahiri mənzərə dəyişə bilər, ancaq mahiyyət eyni olaraq qalır. Rinotmet dövrünün Konstantinopolundakı mənzərə ilə 21-ci əsrdə baş verənlər sırf texniki cəhətdən, ya da qisas və qorxunun dozasına görə fərqlənə bilər, ancaq təbiətiinə görə də, nəticələrinə görə də bənzərdir.

Tramp tərəfdarlarının Kapitoliyə hücumundan sonra minlərlə adam o hadisəyə dəxli olmayan şəxslər barədə donoslar yazıb pul mükafatı aldı. Bununla həm öz qisaslarını gerçəkləşdirdi, həm də loyallıqlarını göstərərək şübhəlilər siyahısına düşmək qorxularına üstün gəldilər.

Argentinada təqaüdçülərin polis tərəfindən döyülməsinə biganə qala bilməyən futbol azarkeşləri küçə döyüşlərinə çıxdı. Hazırda onların adlarını və yerini xəbər verəcək hər kəsə pul mukafatı vəd olunub. Reaksiya özünü gecikdirmədi - donosların sayı-hesabı yoxdur.

Saytlarda həmkarlarını ləkələyən jurnalistlər, sosial şəbəkələrdə başqalarını "Vətən xaini” çıxaran "aktivistlər”, bir-birini hər şeydə ittiham edən "yazıçı və şairlər” mahiyyətcə Konstantinopolda pul üçün növbəyə düzülmüş o qatillərin qan qohumları və ruh oxşarlarıdır. Öz qorxu və qisas hisslərini ən ekzotik dekorasiiyalarla gizlətməkləri isə onları ikiqat eybəcər edir. 

Yeganə fərq ondadır ki, təlqin olunan qorxu və qisasın dozası daha birbırçı ssenariləri tələb etmir. Tələb olsa, təklik də yaranacaq...

Məmməd Süleymanov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Mart 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see265

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see248

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see241

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see235

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see226

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see225

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see199

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see195

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see184

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see181

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see180

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see178

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see176

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see174

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see171

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see169

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see166

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri