Icma.az
close
up
RU
ƏLİYEVİN ÇIXIŞI İRƏVANI QARIŞDIRDI “O, Ermənistanda fövqəladə vəziyyət elan etdi” AzPolitika onlayn siyasiictimai qəzet

ƏLİYEVİN ÇIXIŞI İRƏVANI QARIŞDIRDI “O, Ermənistanda fövqəladə vəziyyət elan etdi” AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“Biz dünyanın gözündə beyinsiz eliatsı olan keyfiyyətsiz millətik”

Azərbaycan Prezidentinin son müsahibəsində Zəngəzur dəhlizinin mütləq açılacağını bəyan etməsi, Ermənistanı faşist dövləti adlandırması və eləcə də Ermənistandan silahlanmanı dərhal dayandırmağı tələb etməsi İrəvanda böyük narahatlığa səbəb olub.

Çoxları bundan sonra Ermənistanın qeyd-şərtsiz məğlub olacağı növbəti hərbi qarşıdurmanın astanasında olduğunu deyirlər.

“AzPolitika” xəbər verir ki, tanınmış erməni politoloqlarından olan Vaqe Ovannisyanın bu məsələ ilə bağlı açıqlamaları erməni mətbuatında dərc edilib. Ovannisyan vəziyyətin çox təhlükəli olduğunu qeyd edərək, “çıxış yolları” göstərməyə çalışıb.

O qeyd edib ki, İlham Əliyevin son çıxışı Ermənistanda faktiki olaraq fövqəladə vəziyyət yaradıb: “Siyasi düşüncənin və siyasi yetkinliyin vaxtı çatıb. Əliyevin çıxışından sonra biz yeni şəraitdə yaşayırıq, lovğalanmaq lazım deyil. Əslində Əliyev mahiyyət etibarilə Ermənistanda fövqəladə vəziyyət elan etdi. Bizim cavabımız sosial və siyasi sahədə adekvat olmalıdır. İnsanlara, kütlələrə vəziyyətin ciddiliyini çatdırmaq lazımdır. Mövcud hakimiyyətə qarşı daxili birlik yaradılmalı, ölkəmiz naminə, öldürülməmək üçün yeni hakimiyyət tələb edənlər bütün düşmənçiliyi, kin-küdurəti, öz dar mənafelərini bir kənara qoymalıdırlar... Rəqibimizə və xarici dünyaya biz hal-hazırda sahibsiz xalq, beyinsiz elitası olan keyfiyyətsiz millət kimi görünürük. Müasir dünyada oyun qaydalarına görə, belə xalqların soyqırımına icazə verilir. Ona görə də bizim vəzifəmiz üsyanımızı, varlığımızı, addımlarımızı siyasi-dövlət düşüncə sahəsinə köçürməkdir. Fəlakətin qarşısını ancaq yeni hökumətlə almaq olar...

Biz KTMT-yə üzvlüyümüzü xatırlamalıyıq. Bu, rasional fikirdir, lakin mühüm qərarlar qəbul edərkən Azərbaycana dost olan istənilən dövlətin vetosu ilə üzləşə bilərik.Rusiya ilə ikitərəfli dərin danışıqlar lazımdır. Bu, ciddi təhlükəsizlik zəmanətlərini, real vasitəçiliyi, Rusiya qüvvələrinin yerlərdə real mövcudluğunu, Türkiyə və Azərbaycanla real danışıqları, İranla real gündəmi nəzərdə tutan real işlək ideyadır. Bu, işlək ideyadır, amma bir problem var: biz o yerə çatmışıq ki, Rusiya bizə heç nə təklif etməyə və Ermənistandan təklif gözləyə bilər. Ermənistanı isə bugünkü hakimiyyət təmsil edir ki, onlar da artıq yüksək səslə Avropa inteqrasiyası avantürasını elan etmiş, ölkəni təhlükəsizlik sisteminin dağıdılması və iqtisadi çöküş perspektivi qarşısında qoymuşlar”.

Ovannnisyan sonda Ermənistanın fəlakətin astanasında olduğunu qeyd edib: “Fövqəladə vəziyyət təcili yenidən təşkili, deməyə sözü olan siyasi qüvvvələrin arasında əməkdaşlığı və mümkün qədər aydın siyasi qərarları tələb edir. Bu sadə yanaşmaları bölüşən bütün siyasi qüvvələr, siyasi və ictimai xadimlər bu tarixi mərhələdə komanda yoldaşıdırlar və bir sadə vəzifənin ardınca getməlidirlər: Ermənistanın məhv edilməsinin qarşısını almaq”.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Yanvar 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri