Icma.az
close
up
RU
Qorxunc statistika üzə çıxdı: kəskin azalma var Uşaqpulu bərpa edilir?

Qorxunc statistika üzə çıxdı: kəskin azalma var Uşaqpulu bərpa edilir?

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illər Azərbaycanda demoqrafik mənzərə ciddi şəkildə dəyişir. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, ötən il ölkədə son 35 ilin ən aşağı doğum göstəricisi qeydə alınıb. Belə ki, 2025-ci ildə təxminən 81 min uşaq dünyaya gəlib. Bu rəqəm sadəcə statistika deyil, gələcək üçün açıq xəbərdarlıqdır.

Cəmiyyət qocalır, işləyən insanların sayı azalır. Bu, gələcəkdə pensiya sistemini də çətin vəziyyətə sala bilər. İnsan potensialı zəifləyir, kəndlər boşalır və bölgələr tədricən geriləyir. Məhz bu mənzərə uşaq pulu məsələsini yenidən gündəmə gətirir. Çünki uşaqpulu təkcə maddi dəstək deyil, eyni zamanda, dövlətin vətəndaşa verdiyi mesajdır. Artım baş verməsə 15-20 ildən sonra vəziyyət daha da ağırlaşa bilər.

Bir çox ölkələrdə – Rusiya, Qazaxıstan və digərlərində doğumu stimullaşdıran mexanizmlər mövcuddur. Uşağın doğulmasına görə birdəfəlik ödənişlər, 18 yaşadək uşaqpulu, çoxuşaqlı ailələr üçün evlə təminat kimi addımlar atılır. Bu, həm sosial siyasət, həm də strateji demoqrafik yanaşmadır.

Bu reallıqları nəzərə alaraq doğum sayının kəskin azalması uşaqpulunun bərpası üçün əsas ola bilərmi? Ümumiyyətlə, bu şəraitdə uşaqpulu yenidən tətbiq edilməlidirmi?

Globalinfo.az-a açıqlamasında iqtisadçı Vahid Əhmədov doğum səviyyəsinin azalmasını ciddi təhlükə adlandırıb:

“Bu məsələ ilə bağlı mətbuatda mütəmadi yazılar gedir, ekspertlər və iqtisadçılar çıxış edirlər. Son illər doğum sayının kəskin azalması ciddi suallar yaradır. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 35 ilin ən aşağı doğum göstəricisi qeydə alınıb”.

V.Əhmədov doğumun azalmasının bir neçə əsas səbəbi olduğunu vurğulayıb:

“Birincisi, müharibə dövründə itkilərimiz oldu, üç minə yaxın şəhid verdik, qazilərimiz var. Digər tərəfdən, son illər ölkədən köç edənlərin sayı kifayət qədər artıb. İnsanların ölkəni tərk etməsinin səbəbləri ciddi şəkildə araşdırılmalıdır. Əhalinin artımı üçün əsas şərt isə iş yerlərinin yaradılmasıdır”.

İqtisadçı qeyd edib ki, iş yerləri yalnız böyük şəhərlərdə deyil, regionlarda da yaradılmalıdır:

“Xüsusilə kəndlərdə və rayonlarda iş yerlərinin açılması vacibdir. Təəssüf ki, bu sahədə ciddi addımlar atılmır. İş yerləri əsasən Bakı, Sumqayıt və Gəncədə cəmləşib. Son vaxtlar da işğaldan azad olunmuş ərazilərdə iş yerləri açılır. Halbuki hər bir iqtisadi rayon üzrə xüsusi proqram hazırlanmalı və tətbiq olunmalıdır. Bu, Azərbaycanın gələcəyi üçün çox ciddi məsələdir. Ölkədən gedən gənclərin də sayı çoxalır”.

Müsahibimiz doğum səviyyəsinin azalmasının gələcəkdə hərbi və sosial problemlər yarada biləcəyini bildirib:

Vahid Əhmədov

“Doğumun azalması gələcəkdə orduya çağırış məsələlərində və digər sahələrdə problemlər yarada bilər. Bu, çox ciddi araşdırılmalı məsələdir”.

V.Əhmədov sahibkarlıq mühitinin yaxşılaşdırılmasının vacibliyini də vurğulayıb:

“Azərbaycanda sahibkarlığın inkişafı üçün ciddi qərarlar verilməlidir, azad sahibkarlıq mühiti yaradılmalı, monopoliyalar aradan qaldırılmalıdır. Kiçik və orta sahibkarlığa dəstək verilməli, bank sistemi vasitəsilə aşağı faizli kreditlər təmin olunmalıdır. Sahibkarlığa Kömək Milli Fondu daha aktiv işləməlidir”.

İqtisadçı uşaqpulu və sosial dəstək mexanizmlərinin genişləndirilməsini də təklif edib:

“Uşaqpulu məsələsi gündəmdən çıxmamalıdır. Bir çox ölkələrdə doğulan uşaqlara görə müavinətlər verilir. Hətta mən təklif etmişdim ki, neft gəlirlərinin bir hissəsi yeni doğulan uşaqlar üçün investisiya fondu kimi saxlanılsın və 18 yaşına çatdıqdan sonra həmin vəsaitdən istifadə edə bilsinlər”.

Vahid Əhmədovun sözlərinə görə, ailələrdə uşaq sayının azalması ciddi siqnaldır:

“Əvvəllər ailələrdə üç-beş uşaq normal idi, indi isə iki uşaq belə az səviyyədədir. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında bir dəfə dedi ki, Azərbaycanda hər ailədə 5 uşaq olsun. Bu, çox ciddi problemdir və həll olunmalıdır. Azərbaycanın kifayət qədər maliyyə ehtiyatları var, ailələrə güzəştlər edilməli, müavinətlər artırılmalı, aztəminatlı ailələrə dəstək gücləndirilməlidir”.

Sonda Vahid Əhmədov hökumətə çağırış edib:

“Uşaq sayının azalması səbəbi ciddi araşdırılmalıdır. Biz nef-qaz ixrac edən ölkəyik. Hökumət hər bir 14 iqtisadi rayon üzrə xüsusi proqram qəbul etməli, yeni iş yerlərinin açılmasını və insanların məşğulluğunu təmin etməlidir. Əhali kəndlərdə və rayonlarda işləmək imkanı tapmalıdır ki, kütləvi şəkildə şəhərlərə axın olmasın”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Yanvar 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see247

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see244

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see238

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see219

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see210

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see188

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see179

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see179

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see159

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri