Icma.az
close
up
RU
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil

Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

“Mən “Tiqranaşen” yox, Kərki haqqında danışmışam. Seçkiqabağı dövrdə də anklavlar barədə danışmışam, bu, yeni bir şey deyil”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə deyib.

“Biz artıq bəyan etmişik ki, Ermənistan Respublikasının ərazisi 29 743 kvadrat kilometrdir. Kərki və digər anklavlar heç vaxt bu hesablamaya daxil edilməyib”, - Baş nazir bildirib..

Paşinyan Kərkidə ermənilərin (qanunsuz olaraq) yaşamasına baxmayaraq, Ermənistan ərazisi olmadığını vurğulayıb:

“Burada ən vacib məqam ondan ibarətdir ki, mən bu məsələ ətrafında gərginliyin sıfırlanacağını gözləyirəm. Xarici aləmə də aydın olacaq ki, bu məsələ ətrafında heç bir gərginlik yoxdur və məsələ mümkün olan ən yaxşı variantla həll ediləcək”.

Paşinyan qeyd edib ki, bu mövzu ətrafında danışarkən Ermənistanın maraqlarına zidd mövqe nümayiş etdirmir, əksinə, Ermənistanın maraqlarına uyğun fəaliyyət göstərir:

“Mən bu problemi qismən həll olunmuş hesab edirəm. Çünki jurnalistlər və müxalifət necə düşünür, bilmirəm, amma Ermənistan ictimaiyyəti mənim mesajımı qəbul edib və artıq Ermənistanda bu məsələ ətrafında gərginlik yoxdur”.

Xatırladaq ki, ermənilər Azərbaycana məxsus Kərki kəndini “Tiqranaşen” adlandırırlar. Paşinyan bundan əvvəl Kərki ilə yanaşı, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin də Azərbaycana məxsus olduğunu etiraf edib. Amma o, adını çəkməsə də Ermənistan ərazisində yerləşən Sofulu da Azərbaycana qaytarılmalı olan anklavlara daxildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Sentyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri