Icma.az
close
up
RU
Qoy bütün dünya eşitsin və bilsin!

Qoy bütün dünya eşitsin və bilsin!

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilən qətliam Azərbaycanın milli yaddaşında dərin və sağalmaz iz qoymaqla yanaşı, beynəlxalq hüququn fundamental anlayışları – “etnik təmizləmə”, “soyqırımı” və “insanlıq əleyhinə cinayət” kateqoriyalarına tam uyğun olaraq tarixə düşdü. Ancaq bu gün məsələnin hüquqi tərəfi ilə yanaşı, daha mühüm bir aspekti – Ermənistan ordusunun sabiq üzvünün etirafının yaratdığı siyasi rezonans artıq regional və beynəlxalq səviyyədə yeni reallıqlar formalaşdırır.

Xocalı hadisələrinin birbaşa iştirakçısı olan Madat Babayanın məhkəmədə verdiyi ifadələr Azərbaycan diplomatiyası üçün mühüm hüquqi və siyasi fürsət pəncərəsi açdı. Babayanın “Məqsəd o idi ki, azərbaycanlılar Xocalıdan çıxarılsın” etirafı hadisənin əvvəlcədən planlaşdırılmış etnik təmizləmə aktı olduğunu ortaya qoyur. Məhkəmə prosesinin sənədləşdirilib beynəlxalq ictimaiyyətə təqdim olunması beynəlxalq münasibətlərdə Ermənistanın məsuliyyətinə dair qlobal diskussiyanı gücləndirir.

Siyasi rezonansın əsas vektoru Madat Babayanın etirafı ilə ortaya çıxan planlaşdırılmış xarakterin hüquqi çərçivədən çıxaraq siyasi məsuliyyət müstəvisinə keçməsi ilə bağlıdır. Etiraf sistemli və strukturlaşdırılmış bir cinayət mexanizminin mövcudluğunu üzə çıxarır. Babayanın ifadələrində Ermənistan silahlı qüvvələrinin zabitlərinin, habelə siyasi rəhbərliklə funksional əlaqəsi olan şəxslərin adlarının hallanması hadisənin lokal müharibə cinayəti deyil, dövlət tərəfindən planlaşdırılmış və həyata keçirilmiş etnik təmizləmə aktı olduğunu təsdiqləyir.

Etirafın beynəlxalq hüquqi çərçivədə sənədləşdirilməsi Azərbaycan diplomatiyasına strateji üstünlük qazandırır və beynəlxalq tribunalarda mövqeyini daha da gücləndirir. Artıq məsələ yalnız tarixi ədalətin bərpasına yönəlmiş siyasi ritorikadan ibarət deyil – bu, beynəlxalq hüquq normalarına uyğun şəkildə ifadə edilmiş və hüquqi baxımdan qəbul edilə bilən real faktlar sistemidir.

Bu, Xocalı soyqırımının tanıdılması prosesində yeni mərhələyə keçidi şərtləndirir və beynəlxalq təşkilatlarla və digər qlobal platformalarda aparılan diplomatik fəaliyyətlərin yeni məzmun və məntiq çərçivəsində təşkili üçün mühüm alətə çevrilir. Eyni zamanda, Madat Babayanın ifadələri Xocalının hüquqi statusunun beynəlxalq miqyasda tanıdılması istiqamətində konkret və hüquqi əsaslı təşəbbüslərin irəli sürülməsi üçün presedent yaradır. Nəticədə, Azərbaycan öz diplomatik strategiyasını yalnız emosional və tarixi haqlılıq arqumentləri üzərində deyil, həm də hüquqi sübutlara söykənən rasionallıq çərçivəsində qurmaq imkanı əldə edir.

Məhkəmə prosesində səslənən faktlar beynəlxalq ictimaiyyət üçün deyil, eyni zamanda, Ermənistanın daxili siyasi və ictimai mühitində də dərin psixoloji və ideoloji silkələnməyə yol aça bilər. İllərlə regional və qlobal informasiya platformalarında “əzabkeş xalq” imici üzərindən siyasi legitimlik əldə etməyə çalışan Ermənistan üçün mövcud ideoloji əsasların təməlindən sarsılmasına səbəb olacaq yeni bir reallıq yaranır. Cəmiyyət daxilində tarix boyu mövcud olmuş “qurbanlıq psixologiyası”nın yerini artıq “cəllad dövlət” imici ala bilər. Bu isə Ermənistan siyasi identikliyində və kollektiv şüurunda ziddiyyətli bir transformasiya prosesini başlada bilər. Ermənistan ictimaiyyətinin, xüsusilə də gənc nəsil və siyasi elita arasında Xocalı faciəsi ilə bağlı həqiqətlərin təsdiqlənməsi mövcud milli narrativlərin yenidən dəyərləndirilməsini zəruri edir. Belə bir informasiya və psixoloji zərbə Ermənistanın daxili siyasi balansına, eləcə də onun regional münasibətlər sistemindəki mövqeyinə təsirsiz ötüşməyəcək.

Xocalı faciəsinə dair təqdim edilən yeni etiraflar artıq regional siyasi sferanı aşaraq qlobal diplomatik gündəliyin də mərkəzinə daxil olmağa başlayır və hadisənin yaratdığı siyasi rezonans beynəlxalq hüquq sisteminin və qlobal normativ nizamın ikili standartlar dilemması ilə üzləşdiyini bir daha nümayiş etdirir. Xüsusilə, Qərb ölkələrinin parlamentləri, insan hüquqları üzrə beynəlxalq təşkilatlar və nüfuzlu media institutları uzun illər “mübahisəli hadisə” kimi təqdim olunan Xocalı faciəsinə dair yeni hüquqi-siyasi sübutlar fonunda öz mövqelərinə yenidən baxmaq zərurəti ilə qarşı-qarşıya qalırlar.

Hadisənin birbaşa iştirakçısı tərəfindən verilən, planlaşdırılmış və sistemli xarakter daşıyan soyqırımı faktlarını təsdiqləyən ifadələr beynəlxalq hüququn “soyqırımı”, “etnik təmizləmə” və “insanlıq əleyhinə cinayətlər” kateqoriyalarına tam uyğundur. Beləliklə, beynəlxalq ictimaiyyət qarşısında iki seçim qalır: ya universal hüquq prinsipləri əsasında prinsipial və ədalətli mövqe nümayiş etdirmək, ya da realpolitik və geosiyasi maraqlar naminə bu cinayətin üstündən susqunluqla keçmək və bunun mənəvi-siyasi məsuliyyətini daşımaq.

Mövcud dilemma isə beynəlxalq sistemdə normativ dəyərlərin selektiv tətbiqinə dair uzun müddətdir davam edən tənqidlərin aktuallığını daha da artırır. Xocalı məsələsi timsalında Qərbin hüquq və insan haqları üzrə yaratdığı universal diskursun nə dərəcədə obyektiv və qərəzsiz olduğu sınağa çəkilir. Belə şəraitdə Azərbaycan diplomatiyasının əsas çağırışı – beynəlxalq hüququn selektiv deyil, ümumbəşəri prinsiplərlə tətbiqinə nail olmaq və bu kontekstdə Ermənistanın hüquqi və siyasi məsuliyyətini beynəlxalq tribunal müstəvisiyə çıxarmaqdır.

Son olaraq qeyd edə bilərik ki, Xocalı cəlladlarının etirafı təkcə bir cinayətin təsdiqi deyil, həm də beynəlxalq sistemdə ədalət və ikili standartlar dilemmasını aktuallaşdıran, Ermənistanın hüquqi-siyasi məsuliyyətini gündəmə gətirən, Azərbaycan diplomatiyasına isə yeni bir mübarizə aləti təqdim edən siyasi hadisədir. Bu hadisə bir daha göstərdi ki, həqiqət nə qədər gec olsa da, öz yolunu tapır. İndi məsələ bu həqiqətin qarşısında susmamaq və onu dünyaya çatdırmaq iradəsindədir.

Şəbnəm ZEYNALOVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 07:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see744

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see677

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see257

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see224

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see217

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see211

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see185

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see178

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see177

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see175

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see170

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see162

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri