Bakıda bu stadion təmirə bağlandı
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
“Araz-Naxçıvan” klubunun ev oyunlarını keçirdiyi “Liv Bona Dea Arena” stadionu noyabrın 30-dək əsaslı təmirə bağlanıb.
Moderator.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar olaraq, Premyer Liqanın təqvimində dəyişikliklər edilməsi zərurəti yaranıb.
Əsasnamənin tələblərinə uyğun olaraq, PFL tərəfindən “Araz-Naxçıvan” klubundan alternativ stadion təqdim etməsi tələb olunub və paralel şəkildə ölkə stadionlarının ümumi durumu analiz edilib. Aparılmış qiymətləndirmə nəticəsində “Bank Respublika Arena” və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu ən uyğun variantlar kimi müəyyənləşdirilib.
Yerli və beynəlxalq oyunların qrafiki nəzərə alınmaqla, Misli Premyer Liqasının IX turunun “Araz-Naxçıvan” – “Sabah” oyunu “Bank Respublika Arena”da, XI turun “Araz-Naxçıvan” – “Karvan-Yevlax” və XII turunun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunları isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, oyunların tarix və başlama vaxtlarında dəyişiklik yoxdur.
Baxış sayı:68
Bu xəbər 22 Oktyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















