Icma.az
close
up
RU
Sülhə doğru növbəti addım: Bu, öz töhfəsini verəcək

Sülhə doğru növbəti addım: Bu, öz töhfəsini verəcək

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bu, açıq bir jestdir. Proseslərə müsbət təsir edə biləcək bir addımdır. Digər tərəfdən, bu jest tərəflər arasında etimadın qurulmasına da öz töhfəsini verəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yükdaşımalarla bağlı məhdudiyyətlərin aradan qaldırılması barədə qərarını şərh edərkən deyib.

"Deməzdim ki, indiki halda onun iqtisadi mənası böyükdür. Hələ bir çox istiqamətlərdə yolların bərpası məsələsi öz həllini gözləyir. Azərbaycan üzərindən gediş-gəlişin, yüklərin daşınmasının dəyərli səviyyədə bərpası üçün illər lazım olacaq. Bunu Ermənistan üzərindən keçən yolla bağlı da söyləmək olar. Bununla belə, atılan addım böyük ölçüdə vacib addımdır. Ona görə də istənilən halda proseslərə müsbət təsir edəcək. Xüsusən də nəzərə alaq ki, Ermənistan tərəfinin də indiki mərhələdə "isti bəyanatları" xeyli artıb".


Azərbaycanın sözügedən jesti fonunda İrəvanın da atacağı müvafiq, adekvat addımlara gəldikdə, ekspertə görə, ilk növbədə bu Zəngəzur yolu tikintisinin sürətləndirilməsi ola bilər:

"Azərbaycan-Ermənistan münasibətləri hazırda geniş dairədə bərpa olunmağa başlayıb. O cümlədən, bu, qeyri-dövlət strukturlarının əməkdaşlığı, etimadın bərpası, diplomatik əlaqələrin sürətləndirilməsi, yol infrastrukturunun bərpası sahəsində də ola bilər".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana yükdaşımalarla bağlı məhdudiyyətlərin aradan qaldırılması barədə açıqlama verib. İlham Əliyev Qazaxıstanda keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasında çıxışı zamanı bəyan edib ki, Cənubi Qafqazda uzun müddət davam edən gərginlikdən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində real və ümidverici addımlar atılmağa başlanıb: 

"Bu gün yeni mərhələ başlayır, hətta deyərdim ki, yeni dövr başlayıb - Azərbaycan ilə Ermənistan arasında sülh dövrü. Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".

Ermənistanın baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib. O, bu barədə Tiflisdə keçirilən V yubiley İpək Yolu Forumunda çıxışı zamanı deyib:

"İlham Əliyev dünən elan edib ki, Azərbaycan öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu, çox mühüm bəyanatdır və mən bu addımına görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirmək istəyirəm. Mən həm də buna görə Qazaxıstan Prezidentinə və Gürcüstanın Baş nazirinə minnətdarlığımı bildirmək istərdim".

Rüfət Sultan


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri