Icma.az
close
up
RU
Qoy gözümüzü telefon yox, kitab “kor” etsin

Qoy gözümüzü telefon yox, kitab “kor” etsin

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

9 avqust-Beynəlxalq Kitabsevərlər Günüdür. Yenə eyni həyəcan, yeni eyni əndişə ilə soruşuram: kitab oxuyuruqmu? Həmişə olduğu kimi, bu əlamətdar gündə də deyirəm: gəlin, kitab oxuyaq!

Bəzən kitab oxuduğumuz o illərin unudulmaz günlərini elə həsrətlə xatırlayıram ki... Nə qədər kitab oxuyurduq, İlahi?.. Günlərimiz kitabxanalarda keçirdi. İki gündən, üç gündən bir kitab alıb evə gətirirdik. Bizə hansısa bir iş tapşıran valideynlərimizdən oğurlanıb mütaliə edirdik. Dərsimizi hazırladıqmı, işimiz gizlində-aşkarda, orada-burada ancaq kitab oxumaq olurdu. Kitablar da o qədər maraqlı idi ki, bitirmədən gözümüzə yuxu getmirdi. Dəfələrlə “ay bala, o işığı söndürün, yatın, ta gecdir”,-deyən ata-anamıza hər dəfə “yaxşı, indicə söndürürük”,-deyərək gecə yarısı kitabı bitirib, sabah yenə kitabxanaya gedir, yeni kitablar alırdıq. Desəm ki, kitabxanalarda oxunmamış kitab qoymamışdıq qala, bəlkə də inanan az olar, lakin bu, həqiqətən də belə idi.

Biz gözümüzü kitabdan ayırmırdıq, indi isə gözlər telefondan ayrılmır. Bizə “ay bala, bu qədər kitab gözlərinizi kor edəcək” deyirdilər, indi isə uşaq, yeniyetmə və gənclərə “ay bala, bu telefonlar gözünüzü kor edəcək” deyirlər. O vaxt əksər adam başı aşağı kitab oxuyurdu, indi haradayıqsa- evdə, küçədə, nəqliyyatda, orada əksəriyyətin başı aşağı, gözü telefondadır. Görəsən günün bu qədər saatını insanlar orada nə axtarır? Axşamadək barmaqlar bir saniyə dincəlmir: axtarır, yazır, pozur... Bircə onu bilirəm ki, barmaqlar nə qədər işləyirsə, beyin bir o qədər yorğun düşür. Lakin kitab oxuyarkən beyin dincəlir, zehin açılır.

Hər dəfə metroda başı aşağı, gözü telefonda olan bütün yaş qruplarından insanları müşahidə edərkən başı aşağı kitab oxuduğumuz o illəri xatırlayıram. Öz-özlüyümdə xeyli müqayisə aparıram. O vaxtlar elə bu metroda da kitab oxuyanlar çox idi. Nə oldu görəsən, niyə kitablar qatlanıb bir kənara atıldı, telefonların güdazına getdi? Bir andaca kitabların o möhtəşəm ətri gəlir burnuma. Harada qaldığımızı bəlli etmək üçün qatladığımız səhifələr... Saxlanc yerimiz olan səhifələr... Orada saxladığımız şəkillər, quruyub səhifələrin arasında özünə yer edən xatirə dolu güllər... Bəlkə indi də hansısa kitabxanada kitabların arasındaca qalır onlar. Kitabxanalarda digər “yaşayanlar” kimi.

Artıq insanlar uzun illərdir, kitabxanalardan ayağını kəsib. Çünki telefon kitabxananın yolunu kəsib, kitabların ətrini özünə çəkib. İndi kitab, müəllif, kitabxana yalnız belə əlamətdar günlərdə, həftələrdə anılır. Onu da xatırlayan olarsa...

Görəsən niyə kitabları telefonlara dəyişdik? Telefonlar məgər o kitablar kimi saxlanc yeri ola biləcəkmi? Yəni içindəki minlərlə şəkli, xatirələri əbədi saxlaya biləcəkmi? Yoxsa bir an internet itərsə, şəkillər də, xatirələr də itəcəkdir. Ən əsası isə görəsən kitabların insana verdiklərini 100 il bundan sonra telefonlar verə bilərmi?

Kitabları telefona, sosial şəbəkələrə dəyişmişik. Tiktok bizim üçün kitablardan dəfələrlə sevimli olub indi. Əxlaqi dəyərləri aşılayan kitablar onu əlimizdən alan Tiktokun kölgəsində qalıb. Bizi qalmaqaldan uzaqlaşdıran, özü ilə baş-başa saxlayıb bütün dünyanı gəzdirən, yaxşını-pisi ayırd etməyi öyrədən kitabları indi qeybət yeri olan Votsapla, İnstagramla dəyişmişik. Kitab oxumaq əvəzinə, qalmışıq Votsapda, bir-birimizə geyimimizi, acdığımız süfrələri, gəzdiyimiz yerləri göstəririk. İnstagramda özünü reklam edən kosmetoloq “həkimlərin” Allah-təalanın verdiyi əzaları dəyişməsini, Yaradana qarşı çıxmasını izləyir və alqışlayırıq. Biz də dəyişmək istəyirik. Necə ki, kitabı telefona dəyişmişik...

Gəlin, dəyişməyək kitabı heç nəyə. Kitab oxuyaq! Qoy gözümüzü telefon yox, kitab “kor” etsin.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Avqust 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri