Qoy meydanda tək dayanım, məni fitə bassınlar, bu problem deyil
Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
Almaniya millisinin baş məşqçisi Yurgen Klopp Millətlər Liqasına uğursuz startdan sonra azarkeşlərin reaksiyasına zarafatla münasibət bildirib.
Sportal.az xəbər verir ki, Almaniya yığması səfərdə Niderlandla 1:1 hesablı heç-heçə edib, öz meydanında isə Yunanıstana 0:1 hesabı ilə uduzub. Bu, Almaniya millisinin tarixində baş məşqçilər arasında ən uğursuz startdır. Komanda oktyabrın 1-də Serbiyanı qəbul edəcək, ayın 4-də isə səfərdə Yunanıstanla qarşılaşacaq.
Auqsburqda keçirilən oyundan sonra bəzi almaniyalı azarkeşlər komandanı fitə basıblar. Klopp isə alqışlarla onlara dəstəyə görə təşəkkür edib. Baş məşqçi mətbuat konfransında bu məsələyə də toxunub:
“Bir neçə fit səsi eşidildi. Ola bilsin, kimsə sadəcə dərindən nəfəs verdi, ya da kiminsə astması var. Bu, normaldır, baxmayaraq ki, buna ehtiyac yoxdur. Belə edə bilərik: meydanda tək mən dayanım, qoy məni fitə bassınlar. Bu, problem deyil.
Komanda meydanda idi və futbolçular bir qədər ruhdan düşmüş görünürdülər, amma buna səbəb yox idi. Əlimizdən gələn hər şeyi etdik, ona görə də saatlarla üzr istəməyə ehtiyac yoxdur”.
saytlarin hazirlanmasi
Baxış sayı:143
Bu xəbər 28 Sentyabr 2026 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















