Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Qoyun olmaq, canavar olmaq, yoxsa insan qalmaq?

Qoyun olmaq, canavar olmaq, yoxsa insan qalmaq?

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xalidə Əli qızı
filologiya üzrə fəlsəfə doktoru

Bu köşə yazısı 30 İyun Milli Sevgililər Gününə — sevgini sözlə deyil, ömürlə yazan İlhamla Fərizənin əbədi sədaqətinə və ölməz məhəbbət dastanına ithaf olunur.

Son günlər sosial şəbəkələrdə maraqlı, eyni zamanda təhrikedici bir fikir dolaşır: "Guya qoyun əxlaqlı olsa, canavar onu yeməyəcək?"

İlk baxışdan bu sual adamı düşündürür. Hətta bir anlıq elə təsəvvür yaranır ki, deyilənlərdə həqiqət payı var. Axı həyat çox vaxt güclünün qalib gəldiyini, prinsiplərinə sadiq qalanın isə uduzduğunu göstərir. Hətta qorxunc olanı odur ki, bəzən insanın ən böyük dəyər verdiyi, ruhunu və sevgisini heç bir qarşılıq gözləmədən əmanət etdiyi biri belə həmin sevgini dəyər kimi yox, adiləşmiş bir şey kimi qəbul edir. Sanki sən ona aid olduğunu, yanında qalacağını, sevgini heç bir şərt qoymadan verdiyini göstərdikcə, o bunu qiymətli bir nemət kimi deyil, həmişə əlçatan olan bir rahatlıq kimi görməyə başlayır.

İnsan bəzən itirmək qorxusu ilə yox, sahib olmaq rahatlığı ilə dəyişir. Əlində olanın qiymətini bilməmək isə ən böyük yoxsulluqlardan biridir. Çünki sevgi, sədaqət və bağlılıq "müftə" deyil — insanın bir başqasına verə biləcəyi ən qiymətli sərvətlərdəndir.

Amma bu məsələ təkcə insan münasibətləri ilə məhdudlaşmır. Əslində burada daha böyük bir sual dayanır: insan həyatda hansı prinsiplə yaşamalıdır? Güc və nəticə əsasdır, yoxsa dəyər və əxlaq? Elə bu sual əsrlər boyu fərqli cavablar doğurub. Bu baxımdan Niccola Machiavelli ilə İmmanuel Kantın fəlsəfələri yenidən üz-üzə qoyulur. Bir tərəfdə məqsədə çatmaq üçün gücü, hiyləni və praqmatizmi əsas sayan Machiavelli, digər tərəfdə isə şəraitdən və nəticədən asılı olmayaraq əxlaqı insan davranışının dəyişməz ölçüsü hesab edən Kant.

Əxlaq niyə zəiflik kimi təqdim olunur?

Əslində məni düşündürən əsas sual başqadır. Nə baş verir ki, son illər əxlaqlı olmaq sanki sadəlövhlüyün, prinsip sahibi olmaq isə uğursuzluğun sinoniminə çevrilib? Nə üçün insanlar uğuru getdikcə daha çox nəticə ilə ölçür, o nəticəyə hansı yolla çatıldığı isə ikinci plana keçir?

Bu suallar təkcə fəlsəfi mübahisə deyil. Bu, cəmiyyətin gələcəyi ilə bağlı məsələdir.

Machiavelli nə deyirdi?

Machiavelli "Hökmdar" əsərində hakimiyyətin romantik duyğularla deyil, reallığın sərt qanunları ilə idarə olunduğunu yazırdı. Onun fikrincə, insanlar çox vaxt görünən əxlaqla kifayətlənirlər. Hakimiyyəti qorumaq üçün isə hökmdar bəzən aslan kimi güclü, bəzən də tülkü kimi hiyləgər olmalıdır. Lazım gələndə verdiyi sözü dəyişməli, lazım gələndə sərt davranmalıdır. Çünki onun üçün əsas məsələ hakimiyyəti və dövləti qorumaqdır.

Bu yanaşmanı oxuyanların bir qismi belə nəticəyə gəlir ki, deməli, əxlaq yalnız zəiflər üçündür.

Qoyun olmaq əxlaqsızlıq deyil

Machiavelli haqqında danışarkən tez-tez belə bir fikir səslənir: guya onun qoyunlardan zəhləsi gedirdi. Bəlkə də burada söhbət həqiqi qoyundan yox, zəif, iradəsiz və asan idarə olunan insandan gedirdi. Çünki tarix boyu insan kütlələrinin, xalqların "qoyun sürüsü" ilə müqayisə edildiyi hallar az olmayıb. Amma mən insanın, xalqın qoyuna bənzədilməsini qəbul etmirəm. Çünki əxlaqlı olmaq, tərbiyəli olmaq, vicdanlı, dürüst və ləyaqətli olmaq qoyun olmaq deyil. Əksinə, bəzən bu cür bənzətmələr insanları ən dəyərli xüsusiyyətlərindən uzaqlaşdırmaq üçün istifadə olunur. Sanki dürüstlük zəiflikdir, mərhəmət gücsüzlükdür, sədaqət sadəlövhlükdür. Halbuki bu, yanlış yanaşmadır. Asan yolla hər şeyi qazanmağın mümkün göründüyü bir dünyada öz əxlaqını, dürüstlüyünü, sevgisini və sədaqətini qorumaq ən böyük insan güclərindən biridir. Çünki hər kəs yalan danışa bilər, hər kəs fürsət tapanda xəyanət edə bilər, hər kəs güclünün yanında dayanmağa çalışa bilər. Amma vicdanını itirmədən yaşamaq, xarakterini qorumaq və insan olaraq qalmaq daha böyük güc tələb edir. Əxlaq insanı zəif etmir. Əxlaq insanın öz üzərində qurduğu ən böyük hakimiyyətdir.

Kantın etirazı

Ancaq Kant tamam başqa dünyanın qapısını açırdı. O deyirdi ki, əxlaq nəticəyə görə dəyişən anlayış deyil. İnsan yalan danışmamalıdır, çünki yalan özü-özlüyündə yanlışdır. Başqasını məqsədinə çatmaq üçün vasitəyə çevirmək olmaz. Çünki insanın ləyaqəti heç bir mənfəətdən üstün tutulmalıdır.

Kantın məşhur prinsipi sadədir: elə davran ki, sənin davranışın hamı üçün qanun ola bilsin.

Bir anlıq təsəvvür edək ki, hamı yalan danışır, xəyanəti bacarıq hesab edir, güclünün qarşısında əyilir, zəifi əzməyi uğur sayır. Belə cəmiyyətdə kim özünü təhlükəsiz hiss edə bilər? Bu gün əzən sabah özü əzilənə çevrilməyəcəkmi?

Mənim seçimim

Mən nə Machiavellinin tərəfdarıyam, nə də Kantın kor-koranə müdafiəçisi. Mən bu məsələyə bir azərbaycanlı, bir türk, hər şeydən əvvəl isə bir insan kimi baxmaq istəyirəm. Milli-mənəvi dəyərlərlə böyümüş, el adətinə, ağsaqqal sözünə, ağbirçək nəsihətinə, ata sözlərinin yüz illərin həyat təcrübəsindən süzülüb gəldiyinə inanan bir insan kimi.

İstəyirəm ki, gələcək nəsillər tarixdə "Azərbaycanlı əxlaqı", "Azərbaycan kişisi", "Azərbaycan qadını" ifadələrini yalnız keçmişə aid anlayış kimi yox, bu gün də yaşayan dəyərlər kimi tanısınlar.

Canavarlaşmaq çıxış yoludurmu?

"Qoyun nə qədər əxlaqlı olsa da, canavar onu yeyəcək." Bəli, həyatın belə sərt həqiqətləri var. Əxlaq insanı toxunulmaz etmir. Vicdan heç kimə zireh geyindirmir. Amma bundan çıxan nəticə bu olmamalıdır ki, canavarlaşmaq yeganə çıxış yoludur. Əgər hamı canavar olmağa çalışsa, sonunda insanlıqdan nə qalacaq?

Məni düşündürən də məhz budur. Son illər yalan danışaraq "qalib gəlmək", yaltaqlıq edərək "uğur qazanmaq", xəyanət edib "sevilmək", əxlaqsızlıq edib "əldə etmək”, sürünərək "yaşamaq" bəzən bacarıq kimi təqdim olunur. Sanki artıq ləyaqət yox, yalnız nəticə qiymətləndirilir. Halbuki tarix başqa həqiqəti göstərir: “Hündürlük insanı böyütmür. Ədalət hündürlüyə məna verir”.

Qartalın zirvəsi

Bu yaxınlarda sözünə və şəxsiyyətinə hörmət etdiyim bir xanım mənə Rasim Kərimbəylinin bu misralarını xatırlatdı:

Yedəkdə zirvəyə dırmaşanları,
Yedəkdən qopanda aşan görmüşəm.

Bu misralar mənə bir həqiqəti yenidən xatırlatdı.

Zirvəyə qarğa da qonar, sağsağan da.

Amma zirvə qartal üçündür.

Çünki zirvədə qalmaq üçün təkcə hündürə qalxmaq kifayət etmir. Orada qalmaq üçün ləyaqət, xarakter və vicdan lazımdır. Indi sən özün qərar ver: Qarğamı olacaqsan, qartalmı?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 İyun 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri