Icma.az
close
up
RU
Qozlu içlikli peçenye resepti

Qozlu içlikli peçenye resepti

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Ağızda dağılan xırtıldayan xəmiri və daxilindəki nəfis qozlu dolğusu ilə çay saatlarının favoriti olmağa namizəd olan bu resept həm praktik hazırlanması, həm də ətri ilə mətbəxinizə istilik qatacaq. Xüsusilə qəhvə və çayın yanına çox yaraşan bu şirniyyat darçınla zənginləşən içliyi sayəsində hər tikədə ev üsulu dadların ən özəl halını hiss etdirir. Uzun müddət təravətini qoruyan bu un məmulatı qonaq süfrələri və ya şirniyyat krizləri üçün mükəmməl bir alternativdir.

Milli.Az lazım olan ərzaqları təqdim edir:

Xəmiri üçün:
125 qr kərə yağı

Yarım çay stəkanı duru yağ

1 ədəd yumurta

3 yemek qaşığı şəkər pudrası

2 yemək qaşığı qatıq

1 paket vanil

1 çay qaşığı qabartma tozu

2,5 stəkan un

İçliyi üçün:
1 stəkan iridən çəkilmiş qoz

2 yemək qaşığı şəkər tozu

1 çay qaşığı darçın

Üzü üçün:
Şəkər pudrası

Hazırlanma qaydası
İlk olaraq otaq temperaturunda yumşalmış kərə yağı, duru yağ, yumurta, şəkər pudrası və qatığı geniş bir qaba tökün. Materialları yaxşıca qarışdırın.

Vanil, qabartma tozu və unu hissə-hissə əlavə edərək ələ yapışmayan, yumşaq konsensensiyalı bir xəmir yoğurun.

İçliyi hazırlamaq üçün ayrı bir qabda qoz, şəkər tozu və darçını qarışdırın.

Xəmirdən qoz böyüklüyündə parçalar qopardın və ovucunuzun içində yayın. Ortasına hazırladığınız qozlu içlikdən qoyub bağlayın. Yuvarlayaraq dairəvi şəkil verin.

Kurabiyələri yağlı kağız sərilmiş soba listinə aralı şəkildə düzün.

Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada üzəri yüngül çəhrayı rəng alana qədər təxminən 20 dəqiqə bişirin.

Sobadan çıxan kurabiyələr tamamilə soyuduqdan sonra üzərlərinə şəkər pudrası səpərək servis edin.

Xəmirin yumşaq olması kurabiyələrin ağızda dağılmasını təmin edir. Buna görə də unu birdən-birə deyil, az-az əlavə edin.

İçliyin çox quru olmamasına diqqət edin; ehtiyac yaranarsa, içərisinə çox az əridilmiş kərə yağı əlavə edə bilərsiniz.

Sobadan çıxan isti kurabiyələri ilk istiliyi keçənə qədər yerindən tərpətməyin, əks halda tez dağıla bilərlər.

Şəkər pudrasını mütləq kurabiyələr tam soyuduqdan sonra səpin, yoxsa isti xəmirin üzərində əriyərək pis görünüş yaradar.

Qozlu kurabiyələri çay, qəhvə və ya ilıq süd ilə servis edə bilərsiniz. Süfrə təqdimatını daha zəngin etmək üçün servis boşqabını darçın çubuqları və bütöv qoz ləpələri ilə bəzəyə bilərsiniz. Yay aylarında yanında bir top vanilli dondurma ilə təqdim etmək də fərqli bir ləzzət yaradır.
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 İyun 2026 06:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri