Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Qrant qaçaqmalçılığı işi və yeni həbslər: nə baş verir?

Qrant qaçaqmalçılığı işi və yeni həbslər: nə baş verir?

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Dünən saxlanılan bir qrup şəxsin nədə ittiham edildiyi məlum olub.

Sfera.az-ın məlumatına görə, saxlanılanların vəkilləri onların Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli bilindiklərini deyib: "Ramin Cəbrayılzadəyə (Ramin Deko) həmin maddə üzrə artıq ittiham elan olunub. Aysel Umudova, Aytac Tapdıq və Xəyalə Ağayeva, Aynur Elgünəş və Natiq Cavadlının vəkilləri onların şübhəli şəxs qismində saxlanıldığını qeyd edib. Vəkillər saxlanılanlardan bəzilərinin evində axtarış aparıldığını bildiriblər".

Məlumatda, həmçinin deyilir: "Daxili İşlər Nazirliyi Ramin Cəbrayılzadənin (Ramin Deko) "ölkəyə qanunsuz xarici valyuta gətirməsi ilə bağlı daxil olan məlumat əsasında saxlanıldığını bildirib. Nazirlik məlumatın təsdiqini tapdığını da açıqlayıb. Xatırladaq ki, saxlanılandan bir qismi Meydan TV ilə əməkdaşlıq edib".

Məlumatdan da göründüyü kimi, saxlanınanların çoxuna hələlik heç bir ittiham irəli sürülməyib. Bu məsələ ilə bağlı araşdırma aparılır.

Təəssüf ki, bu, ilk belə hadisə, ilk belə həbs deyil. Bundan əvvəl də Abzas Media saytının əməkdaşları həbs olunmuşdu. Ötən ilin noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilmişdi. Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Onlar artıq bir ildən çoxdur ki, həbsdədirlər. İki gün öncə - bu il dekabrın 5-də Abzas Media işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bundan başqa, bu ilin mart ayında isə Toplum TV-nin əməkdaşları həbsə alımıb. Həmin vaxt informasiya agentliklərində yayılan məlumatlara görə, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov, “Toplum TV”-nin təsisçisi Ələsgər Məmmədli, "III Respublika" Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və onlarla birlikdə başqa bir neçə şəxs cinayət məsuliyyətinə cəlb olunub. İstintaqın əldə etdiyi və mediada yayılan sənədlərə görə, bu şəxslərin "qrant qaçaqmalçılığında iştirakı üzrə" şübhələr vardı. APA-nın xəbərində bu haqda belə yazılırdı: "Həbs olunan şəxslər ABŞ-nin “İnternews”, USAİD, Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi", NESEHNUTİ, "People in Need" təşkilatları, həmçinin, "Beynəlxalq Fakt Yoxla Platforması", “OCCRP” layihələri ilə əməkdaşlıq müstəvisində “qrant” vəsaiti almaq üçün xarici banklarda hesablar açıblar. Azərbaycanda qeydiyyatdan keçirilməyən “qrant” vəsaitlərinin qeyri-leqal yollarla ölkəyə gətirilib realizə olunması üçün həmin bank hesablarından istifadə ediblər.

Almaniyanın “Deutsche Bank and Commerzbank”, ABŞ-nin “US Citibank”, Avstriyanın “Raiffeisen Bank International”, Çexiyanın “UniCredit Bank Czech”, Gürcüstanın “TBK Group” banklarında açılmış hesablara müxtəlif xarici “donorlar” tərəfindən vəsaitlər köçürülüb. Köçürülən vəsaitlər Gürcüstanda bankomatlarda nağdlaşdırılıb. Şübhə doğurmamaq üçün hissə-hissə Azərbaycana gətirilib.

Hüquqi nəzarət mexanizmlərindən yayınmaq üçün şəbəkə üzvləri Gürcüstan yolundan başqa digər variantlardan da yararlanıblar".

Məlumatda bildirilirdi ki, adları çəkilən xarici donorlarla birlikdə qrant layihələri həyata keçirən Azərbaycan vətəndaşları və təşkilatlar "qanunvericiliyi pozaraq, bu layihələri Ədliyyə Nazirliyində qeydə aldırmayıblar".

Burada çox böyük məbləğlərdə vəsaitdən söhbət gedirdi. Məsələn, məlumatda bildirilirdi ki, Demokratik Təşəbbüslər İnstitutu ilə “Toplum TV”-nin "müştərək ofislərində çalışan işçilərin yalnız “əməkhaqqı” ödənişləri və ofis avadanlıqlarının alınması üçün 2020-2023-cü illərdə 715 min manat vəsait ayrılıb. İlkin mərhələdə işi qurmaq üçün isə onlara 246 min manat məbləğində birdəfəlik vəsait verilib. Bu vəsaitlər hissələrə bölünərək alındığı üçün diqqət çəkməyib. Həmin vəsaitin ölkəyə gətirildiyini təsdiqləyən sənədlər indi istintaq qurumlarının əlindədir".

Beləliklə, hüquq-mühafizə orqanlarının araşdırmalarına və üzərində işlədikləri versiyalara görə, xarici donorlardan qrant vəsaitlərinin alınması və gizli olaraq Azərbaycana gətirilməsi, layihələrin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməməsi bir qrup şəxsin qabaqcadan əlbir olaraq həyata keçirdiyi qaçaqmalçılıq əməlinin tərkibini yaradıb.

Bu cinayət işləri üzrə hələlik yalnız Abzas Media əməkdaşları barəsində istintaq yekunlaşıb, iş məhkəməyə göndərilib. İrəli sürülın ittihamların məhkəmədə araşdırılması zamanı bütün təfərrüatlar açıqlanacaq.

Həbs olunanlar özlərini irəli sürülmüş ittihamlarla təqsirli bilmir, bunun jurnalist fəaliyyəti və ictimai iştirakçılıqla bağlı olduğunu bildirirlər. Ancaq istintaq orqanları bəyan edir ki, bu həbslər konkret cinayət əməlləri ilə bağlıdır".

Onu deyək ki, xarici təşkilatlardan qrant alınması özlüyündə cinayət deyil. Qeyri-hökumət təşkilatları, eləcə də, media strukturları öz fəaliyyəti üçün xarici mənbələrdən maliyyə vəsaitləri cəlb edə bilər, bu, qanunla qadağan deyil. Hətta rəsmi qurumlar özləri də qrant cəlb edə bilər və edirlər də. Ancaq xarici mənbələrdən maliyyə dəstəyinin alınmasının qanunvericilikdə dəqiq və aydın hüdudları var.

Başqa sözlə, bu əməl qadağan edilməsə də, bununla bağlı bəzi hüquqi məhdudiyyətlər var.

Söhbət mediadan gedirsə, xaricdən sponsorluq qaydasında əldə olunan vəsait hər hansı bir çap mediası və onlayn media subyektinin hər hansı bir məhsulunun yalnız 25 faizini əhatə edə bilər. Bu, "Media haqqında" qanunun 69.2-ci maddəsində nəzərdə tutulub. Eyni zamanda həmin qanunun 26.1.2-ci maddəsinə görə, xarici hüquqi və fiziki şəxslərin Azərbaycanda media subyektlərinin nizamnamə kapitalında payı 25 faizi keçə bilməz. Bundan başqa qanunda xarici media orqanlarının nümayəndəliklərinin və filiallarının yaradılmasına dair hüquqi normalar da var. Eləcə də, xarici donorlarla birlikdə həyata keçirilən layihələr rəsmi qaydada Ədiyyə Nazirliyində qeydiyyatdan keçirilməlidir. Bu da qanunun tələbidir.

Azərbaycanın, məsələn, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə həyata keçirilən layihələr necə rəsmi bəyan olunursa, xarici donorlarla birgə layihələr də elə bəyan olunmalıdır, qeydiyyatdan keçirilməlidir. Eynilə media adına icra olunan layihələr də rəsmən qeydiyyata alınır. Bunu qanun tələb edir.

Əks davranış artıq cinayət tərkibi yaradır və heç kim iddia edə bilməz ki, öz jurnalist və ya ictimai fəaliyyətinə görə həbs olunub. Daha doğrusu, iddia edə bilər, ancaq sübut edə bilməz. Çünki konkret halda qanunvericiliyin tələbləri pozulub. Eyni qanunvericilik, hətta bəzi hallarda daha sərt formada bütün dünya ölkələrində, o cümlədən, Qərb dövlətlərində də var.

Əslində belə olmasaydı, təəccüblü olardı. Kimsə ölkə ərazisində bir QHT yaratsın, media subyekti yaratsın və onların maliyyəsi tamamilə xarici mənbələrdən gəlsin, dövlətin də bundan xəbəri olmasın? Yaxud dövlətin buna göz yumması tələb olunsun? Absurddur axı.

Qanunvericilik çərçivəsində, qanunun icazə verdiyi hədlər və qaydalar daxilində kim hardan maliyyə cəlb edir-etsin, buna kimin nə sözü ola bilər? Ancaq bu əməllər gizli və qanunsuz yollarla ediləndə bunu etmiş subyektlərin, fərdlərin hüquqi və ictimai müdafiəsi çətin olur, yalnız siyasi müstəvidə müdafiə cəhdləri var ki, bunlar da apriori olaraq istintaqa və məhkəməyə təzyiq kimi qəbul edilir. Xaricdən edilən çağırışlar isə dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirilir və heç bir nəticə doğurmur. Ona görə də belə məsələlərdə və ümumiyyətlə, həmişə ən doğru olanı qanunlar çərçivəsində hərəkət etməkdir. Bunun nəinki üçüncü, heç ikinci bir yolu da yoxdur.(Bizimyol.info)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:249
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Dekabr 2024 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see636

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see361

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see332

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see252

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see244

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see242

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see227

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see222

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see221

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see211

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see203

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see197

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see195

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see193

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see192

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see188

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see182

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see179

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see171

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri