Icma.az
close
up
RU
“Qrant qaçaqmalçılığı” davam edir: son həbslərin gerçək səbəbləri

“Qrant qaçaqmalçılığı” davam edir: son həbslərin gerçək səbəbləri

Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Jurnalist Ramin Deko (Cəbrayılzadə) və “Meydan Tv”nin bir neçə əməkdaşı saxlanılıb: məlumata görə, vətəndaş Ramin Cəbrayılzadə ölkəyə qanunsuz valyuta gətirməkdə”, digərləri (Aynur Elgünəş, Natiq Cavadlı, Ramin Deko, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova) qaçaqmalçılıqda” şübhəli bilinir. Hazırda davam edən istintaq hər şeyi müəyyənləşdirəcək.
Lakin “qrant qaçaqmalçılığı” adlanan iş yeni deyil və bu prosesdə zaman-zaman adlar dəyişsə də, məqsəd və hədəflər dəyişməyib. Ölkəyə qeyri-qanuni valyuta daşınması 2013-cü ildən – qrantlarla bağlı qanuna edilən dəyişikliklərdən sonra başlandı.

Bu prosesdə üç məsələ dəyişməz olaraq qalır:
1. Bakı-Tbilisi-Bakı marşrutu: Azərbaycanda jurnalist və QHT sektorunda fəaliyyət göstərən şəxslər Gürcüstana “turist”, yaxud “qonaq” kimi səfər edir, orada onlara verilən pulu ölkəyə qanunsuz şəkildə daxil edirlər;
2. Azərbaycanda məlum şəbəkənin maliyyələşdirilməsi: gətirilən pullar ölkədə media və QHT sektorunda formalaşdırılmış Qərb şəbəkəsi arasında paylanılır, yaxud müxtəlif “layihələr” adı altında xərclənir;
3. Azərbaycanda xarici ölkə (Qərb) maraqlarının təmin edilməsi: Qərbdə donor təşkilatları vasitəsilə maliyyələşən məlum şəbəkə verilən sifarişləri icra edir, misal üçün, informasiya hücumları təşkil edir, ölkədə baş verənlərlə bağlı “hesabatlar” hazırlayır, bir çox hallada milli maraqların əleyhinə olsa belə, tapşırıqları qeyd-şərtsiz yerinə yetirirlər; Vətən müharibəsində, daha sonra Laçın-Xankəndi yolunda keçirilən ekoaksiyada və Qarabağda separatizmin ləğv edilməsi prosesində bunun şahidi olmuşuq;
Bu prosesdə dəyişən yeganə məsələ fərdlərdir. 2010-cu illərdə Bakıda “Facebook inqilabı” planına sərf olunan 2 milyon dollardan çox vəsaitin bir qismi Gürcüstan vasitəsilə ölkəyə gətirilmişdi. Daha sonra həm media, həm müxalifətə ötürülən vəsaitlərdə Bakı-Tbilisi-Bakı marşrutundan istifadə genişləndi.
- “Meydan Tv”-nin əməkdaşlarının qaçaqmalçılıq fəaliyyəti hələ o dövrdən var idi: onlar “turist” kimi Tbilisiyə gedir, orada ayrılan pulları götürür və ölkəyə gətitirdilər;
- AXCP funksionerləri intensiv şəkildə - bəzən ayda bir neçə dəfə olmaqla Tbilisiyə səfərlər edir, Gürcüstan banklarında açılan hesablarına köçürülmüş böyük vəsaitləri hissə-hissə nağdlaşdıraraq, qanunsuz şəkildə ölkəyə gətitirdilər;

Eyni prosesdə Qərb şəbəkəsinin müxtəlif üzvləri də iştirak edirdi. Bu faktlar aşkarlandıqdan sonra xarici valyuta qaçaqmalçılığına son qoyulmadı, lakin bu fəaliyyəti gizlətmək məqsədilə fərqli metodlardan istifadə edilməyə başladılar.
Bu üsullardan biri İŞİD kimi terror təşkilatlarının istifadə etdiyi “Hawala sistemi”dir. Bu sistem vasitəsilə pul köçürmələrində heç bir fiziki iştirak tələb olunmur, anonimlik qorunur, rəsmi qeydlər saxlanılmır və pulun mənbəyini izləmək mümkün deyil. Adətən “yeraltı bakçılıq” olaraq tanınan bu sistem qanunsuz maliyyə köçürmələrində unikal vasitədir. Qərbin Azərbaycandakı təxribat şəbəkələrinə pulların bu sistem üzərindən köçürülməsində də məqsəd “izin itirilməsidir”. Gürcüstan banklarında hesablar açılır, bu hesablarla bağlı anonim kartlar hazırlanır və “etibarlı tərəfdaşlara” verilir. Bu sistemdən Azərbaycanda izlənmə riskinə görə istifadə etmirlər, əvəzində Gürcüstan bankları üzərindən həyata keçirirlər.

“Abzas media” və “Toplum Tv” işində qrant qaçaqmalçılığı və qanunsuz xarici valyuta daşınmasına dair sensasiya sayıla biləcək faktlar ortaya çıxdı. Məsuliyyətə cəlb edilən “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov, “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli, “III Respublika” Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və digərlərinin ABŞ-ın USAİD və “İnternews”, Çexiyanın “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi”, NESEHNUTİ, “People in Need” təşkilatları, həmçinin, “Beynəlxalq Fakt Yoxla Platforması”, “OCCRP” layihələri ilə əməkdaşlıq nəticəsində böyük miqdarda qrantlar əldə etdikləri məlum olub. Şəbəkə bu qrantların qeydiyyatdan yayındırmaq və ölkəyə daxil etmək məqsədilə gizli yollardan istifadə ediblər, xüsusilə xarici banklardan açılan hesablar üzərindən. Məlumatlara görə, Almaniyanın “Deutsche Bank and Commerzbank”, ABŞ-ın “US Citibank”, Avstriyanın “Raiffeisen Bank International”, Çexiyanın “ UniCredit Bank Czech”, Gürcüstanın “TBK Group” bankları Azərbaycana yönləndirilən qrantların əldə edilməsi “platforması” kimi istifdə edilib. Qrantlar bu banklarda açılan hesablara köçülür və Gürcüstanda nağdlaşdırılaraq, hissə-hissə Azərbaycana keçirilib.

Qrant vəsaitlərinin Azərbaycana keçirilməsində fərqli vasitələrdən də istifadə edilib. Misal üçün, vəsaitlər hissə-hissə Azərbaycanda müxtəlif banklarda yaradılmış cari hesablara köçürülüb. Konkret faktlar var:
- Belçikadakı “European Service Network” şirkəti Akif Qurbanova çatmalı olan 19381 avro məbləğində vəsaiti onun Access Bankdakı hesabına yönləndirib.
- Ələsgər Məmmədlinin eyni bankdakı hesabına başqa bir ölkədən hissə-hissə, ümumilikdə 71 min avro daxil olub.
- “Toplum TV”-nin redaktoru, şəbəkə üzvləri ilə birgə saxlanılmış Müşfiq Cabbarov xaricdən gələn 15900 avro məbləğində vəsaiti “Bank Melli İran”ın Azərbaycandakı filialında və “Premium Bank”da nağdlaşdırıb.
- “Meclis.info” saytının rəhbəri İmran Əliyev və “Abzas media”nın rəhbəri Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı xarici ölkələrə məxsus olan “adsız ban kartları”ndan istifadə edib və bu kartlara köçürülən pulları nağdalaşdırıblar. “Adsız kartlar” Gürcüstanın TBC, Böyük Britaniyanın EML və ABŞ-nin “US Bank Reliakard” banklarına aid olub.

Aparılan istintaq nəticəsində məlum olub ki, “Toplum TV” üzərindən yarım milyon dollardan artıq vəsaitin Azərbaycana çatdırılması və müxtəlif layihələrin, tədbirlərin və fəaliyyətin qeyri-qanuni şəkildə maliyyələşdirilməsi həyata keçirilib.
Xarici valyuta daşınması və qaçaqmalçılıq məsələsinə görə yeni şəxslərin saxlanılması təsdiq edir ki, Qərb şəbəkəsinin qeyri-qanuni fəaliyyəti başa çatmayıb. Diqqətçəkən məqamlardan biri də saxlanılanlar arasında bir neçə gün öncə Tbilisiyə qısamüddətli səfər edənlər də var. Bu detal Qərbdən Azərbaycandakı şəbəkəyə ayrılan pulların Gürcüstanda nağdlaşdırılaraq, qaçaqmalçılıq yolla ölkəyə gətirilməsi prosesinin davam etdiyinə dair şübhələri daha da artırır.
Və bir daha aydın olur ki, kim(lər)insə jurnalist olması, ona qanunları pozmaq haqqı vermir. “Abzas media” və “Toplum Tv” işində ortaya çıxan faktlar, ümumilikdə “qrant qaçaqmalçılığı” ilə bağlı indiyə qədər həyata keçirilmiş fəaliyyət təsdiq etdi ki, son saxlanılanlar jurnalist fəaliyyətinə görə yox, məhz konkret qanun pozuntusuna görə istintaqa cəlb edilib.
Publika Analitik

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://publika.az
archiveBu xəbər 07 Dekabr 2024 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri