Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Qrant qaçaqmalçılığı işi və yeni həbslər: nə baş verir?

Qrant qaçaqmalçılığı işi və yeni həbslər: nə baş verir?

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünən saxlanılan bir qrup şəxsin nədə ittiham edildiyi məlum olub.

APA-nın məlumatına görə, saxlanılanların vəkilləri onların Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli bilindiklərini deyib: "Ramin Cəbrayılzadəyə ( Ramin Deko) həmin maddə üzrə artıq ittiham elan olunub. Aysel Umudova, Aytac Tapdıq və Xəyalə Ağayeva, Aynur Elgünəş və Natiq Cavadlının vəkilləri onların şübhəli şəxs qismində saxlanıldığını qeyd edib. Vəkillər saxlanılanlardan bəzilərinin evində axtarış aparıldığını bildiriblər".

Məlumatda həmçinin deyilir: "Daxili İşlər Nazirliyi Ramin Cəbrayılzadənin (Ramin Deko) "ölkəyə qanunsuz xarici valyuta gətirməsi ilə bağlı daxil olan məlumat əsasında saxlanıldığını bildirib. Nazirlik məlumatın təsdiqini tapdığını da açıqlayıb. Xatırladaq ki, saxlanılandan bir qismi Meydan TV ilə əməkdaşlıq edib".

APA-nın bu məlumstından da göründüyü kimi, saxlanınanların çoxuna hələlik heç bir ittiham irəli sürülməyib. Bu məsələ ilə bağlı araşdırma aparılır.

Təəssüf ki, bu, ilk belə hadisə, ilk belə həbs deyil. Bundan əvvəl də Abzas Media saytının əməkdaşları həbs olunmuşdu. Ötən ilin noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilmişdi. Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Onlar artıq bir ildən çoxdur ki, həbsdədirlər. İki gün öncə - bu il dekabrın 5-də Abzas Media işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bundan başqa bu ilin mart ayında isə Toplum TV-nin əməkdaşları həbsə alımıb. Həmin vaxt informasiya agentliklərində yayılan məlumatlara görə, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov, “Toplum TV”-nin təsisçisi Ələsgər Məmmədli, "III Respublika" Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və onlarla birlikdə başqa bir neçə şəxs cinayət məsuliyyətinə cəlb olunub. İstintaqın əldə etdiyi və mediada yayılan sənədlərə görə, bu şəxslərin "qrant qaçaqmalçılığında iştirakı üzrə" şübhələr vardı. APA-nın xəbərində bu haqda belə yazılırdı: "Həbs olunan şəxslər ABŞ-nin “İnternews”, USAİD, Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi", NESEHNUTİ, "People in Need" təşkilatları, həmçinin, "Beynəlxalq Fakt Yoxla Platforması", “OCCRP” layihələri ilə əməkdaşlıq müstəvisində “qrant” vəsaiti almaq üçün xarici banklarda hesablar açıblar. Azərbaycanda qeydiyyatdan keçirilməyən “qrant” vəsaitlərinin qeyri-leqal yollarla ölkəyə gətirilib realizə olunması üçün həmin bank hesablarından istifadə ediblər.

Almaniyanın “Deutsche Bank and Commerzbank”, ABŞ-nin “US Citibank”, Avstriyanın “Raiffeisen Bank International”, Çexiyanın “UniCredit Bank Czech”, Gürcüstanın “TBK Group” banklarında açılmış hesablara müxtəlif xarici “donorlar” tərəfindən vəsaitlər köçürülüb. Köçürülən vəsaitlər Gürcüstanda bankomatlarda nağdlaşdırılıb. Şübhə doğurmamaq üçün hissə-hissə Azərbaycana gətirilib.

Hüquqi nəzarət mexanizmlərindən yayınmaq üçün şəbəkə üzvləri Gürcüstan yolundan başqa digər variantlardan da yararlanıblar".

Məlumatda bildirilirdi ki, adları çəkilən xarici donorlarla birlikdə qrant layihələri həyata keçirən Azərbaycan vətəndaşları və təşkilatlar "qanunvericiliyi pozaraq, bu layihələri Ədliyyə Nazirliyində qeydə aldırmayıblar".

Burada çox böyük məbləğlərdə vəsaitdən söhbət gedirdi. Məsələn, məlumatda bildirilirdi ki, Demokratik Təşəbbüslər İnstitutu ilə “Toplum TV”-nin "müştərək ofislərində çalışan işçilərin yalnız “əməkhaqqı” ödənişləri və ofis avadanlıqlarının alınması üçün 2020-2023-cü illərdə 715 min manat vəsait ayrılıb. İlkin mərhələdə işi qurmaq üçün isə onlara 246 min manat məbləğində birdəfəlik vəsait verilib. Bu vəsaitlər hissələrə bölünərək alındığı üçün diqqət çəkməyib. Həmin vəsaitin ölkəyə gətirildiyini təsdiqləyən sənədlər indi istintaq qurumlarının əlindədir".

Beləliklə, hüquq-mühafizə orqanlarının araşdırmalarına və üzərində işlədikləri versiyalara görə, xarici donorlardan qrant vəsaitlərinin alınması və gizli olaraq Azərbaycana gətirilməsi, layihələrin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməməsi bir qrup şəxsin qabaqcadan əlbir olaraq həyata keçirdiyi qaçaqmalçılıq əməlinin tərkibini yaradıb.

Bu cinayət işləri üzrə hələlik yalnız Abzas Media əməkdaşları barəsində istintaq yekunlaşıb, iş məhkəməyə göndərilib. İrəli sürülın ittihamların məhkəmədə araşdırılması zamanı bütün təfərrüatlar açıqlanacaq.

Həbs olunanlar özlərini irəli sürülmüş ittihamlarla təqsirli bilmir, bunun jurnalist fəaliyyəti və ictimai iştirakçılıqla bağlı olduğunu bildirirlər. Ancaq istintaq orqanları bəyan edir ki, bu həbslər konkret cinayət əməlləri ilə bağlıdır".

Onu deyək ki, xarici təşkilatlardan qrant alınması özlüyündə cinayət deyil. Qeyri-hökumət təşkilatları, eləcə də, media strukturları öz fəaliyyəti üçün xarici mənbələrdən maliyyə vəsaitləri cəlb edə bilər, bu, qanunla qadağan deyil. Hətta rəsmi qurumlar özləri də qrant cəlb edə bilər və edirlər də. Ancaq xarici mənbələrdən maliyyə dəstəyinin alınmasının qanunvericilikdə dəqiq və aydın hüdudları var.

Başqa sözlə, bu əməl qadağan edilməsə də, bununla bağlı bəzi hüquqi məhdudiyyətlər var.

Söhbət mediadan gedirsə, xaricdən sponsorluq qaydasında əldə olunan vəsait hər hansı bir çap mediası və onlayn media subyektinin hər hansı bir məhsulunun yalnız 25 faizini əhatə edə bilər. Bu, "Media haqqında" qanunun 69.2-ci maddəsində nəzərdə tutulub. Eyni zamanda həmin qanunun 26.1.2-ci maddəsinə görə, xarici hüquqi və fiziki şəxslərin Azərbaycanda media subyektlərinin nizamnamə kapitalında payı 25 faizi keçə bilməz. Bundan başqa qanunda xarici media orqanlarının nümayəndəliklərinin və filiallarının yaradılmasına dair hüquqi normalar da var. Eləcə də, xarici donorlarla birlikdə həyata keçirilən layihələr rəsmi qaydada Ədiyyə Nazirliyində qeydiyyatdan keçirilməlidir. Bu da qanunun tələbidir.

Azərbaycanın, məsələn, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə həyata keçirilən layihələr necə rəsmi bəyan olunursa, xarici donorlarla birgə layihələr də elə bəyan olunmalıdır, qeydiyyatdan keçirilməlidir. Eynilə media adına icra olunan layihələr də rəsmən qeydiyyata alınır. Bunu qanun tələb edir.

Əks davranış artıq cinayət tərkibi yaradır və heç kim iddia edə bilməz ki, öz jurnalist və ya ictimai fəaliyyətinə görə həbs olunub. Daha doğrusu, iddia edə bilər, ancaq sübut edə bilməz. Çünki konkret halda qanunvericiliyin tələbləri pozulub. Eyni qanunvericilik, hətta bəzi hallarda daha sərt formada bütün dünya ölkələrində, o cümlədən, Qərb dövlətlərində də var.

Əslində belə olmasaydı, təəccüblü olardı. Kimsə ölkə ərazisində bir QHT yaratsın, media subyekti yaratsın və onların maliyyəsi tamamilə xarici mənbələrdən gəlsin, dövlətin də bundan xəbəri olmasın? Yaxud dövlətin buna göz yumması tələb olunsun? Absurddur axı.

Qanunvericilik çərçivəsində, qanunun icazə verdiyi hədlər və qaydalar daxilində kim hardan maliyyə cəlb edir-etsin, buna kimin nə sözü ola bilər? Ancaq bu əməllər gizli və qanunsuz yollarla ediləndə bunu etmiş subyektlərin, fərdlərin hüquqi və ictimai müdafiəsi çətin olur, yalnız siyasi müstəvidə müdafiə cəhdləri var ki, bunlar da apriori olaraq istintaqa və məhkəməyə təzyiq kimi qəbul edilir. Xaricdən edilən çağırışlar isə dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirilir və heç bir nəticə doğurmur. Ona görə də belə məsələlərdə və ümumiyyətlə, həmişə ən doğru olanı qanunlar çərçivəsində hərəkət etməkdir. Bunun nəinki üçüncü, heç ikinci bir yolu da yoxdur.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Dekabr 2024 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see330

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see270

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see246

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see243

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see212

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see209

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see194

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see183

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see173

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see161

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see161

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see159

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see158

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see140

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see138

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see128

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see127

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see126

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see126

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri