Icma.az
close
up
RU
Qrantomafiya qəhrəmanı

Qrantomafiya qəhrəmanı

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Orxan Məmməd deyə bir nəfər varmış! Birinci dəfədir ki, adını eşidirəm. Bir də səsini eşitdim; Almaniyanın "Deutsche Welle" kanalına müsahibəsindən bir fraqmentə baxdım. Bu sifətdə adam tanımıram.

Əslində məsələ mənim bu cavanı tanımağım deyil, ola bilsin, heç o da məni tanımır, kimliyimi, keçmişimi, indimi bilmir.  Ancaq təəccüblü olan odur ki, bu şəxs öz ölkəsi haqqında heç nə bilmir; Vətəni haradır, tanımır, ya da, sadəcə olaraq, tanımaq istəmir.

Son illər çoxlu həbslər olur; xeyli insan "qrant qaçaqmalçılığında" ittiham olunur, həbsə alınır. Bu, çox üzücü bir olaydır. Çox heyf ki, Azərbaycanda cavan, passionar, biliyi, savadı, qələmi olan insanlar xarici dairələrin təsiri altına düşür və çox təəssüf ki, nəticədə onlar həbsə düşür. Həmin xarici dairələr də hər belə olaya dair bir-iki bəyanat verib, sonra yeni qurbanlar axtarırlar. Yeni cavanları ələ alır, özlərinə işlədirlər və bir gün, bax, belə asanlıqla "xərcləyirlər". Özləri qanunun aliliyi haqqında mühazirə oxuyanlar Azərbaycanın gənc, perspektivli insanlarını özlərinin qanunsuz əməllərinə - siyasi oyunlarına ortaq edirlər. Adamlar həbs olunanda isə qanunun aliliyini xatırlayıb, guya müdafiə ariyaları, "siyasi qəhrəmanlıq" partiyaları, demokratiyaya sevgi serenadaları oxuyurlar. Bir də öz doğma balalarını yeyən Kayman timsahları kimi göz yaşı axıdırlar. Bununla da iş bitir.

Görünür, sözügedən gənc də həmin dairələrin qurban seçdiyi belə "siyasi qəhrəmanlar" sırasındadır.

Əslində bəlkə də elə erməni xalqının "milli qəhrəmanı" statusuna iddia edir. O, "Deutsche Welle"yə müsahibəsi zamanı 2022-ci ilin sonlarında Şuşa-Xankəndi yolunda keçirilən ekoaksiya zamanı guya ermənilərin "blokada"da saxlandığını deyir.

Onun müsahibəsində dediklərindən:

"Mən Orxan Məmməd 10 ildir ki, "Meydan TV"də çalışıram. 2022-ci ildə il azərbaycanlı ekofəallar Dağlıq Qarabağda etiraz aksiyası keçirirdilər. Əslində isə onlar Qarabağı Ermənistanla birləşdirən yeganə yolu bağlamışdılar. Bağlamışdılar ki, oradan nə maşınlar keçə bilsin, nə də ərzaq daşına bilsin. 100 min erməninin dünya ilə əlaqəsi ekoloji mövzu bəhanəsi ilə kəsilmişdi. O zaman Azərbaycan mahiyyətcə müharibə başlatmışdı. Günlərin bir günündə də onlar erməniləri tamamilə qovdular. Bu, hökumətyönümlü aktivistlərin keçirdikləri ekoloji aksiya fonunda baş verdi".

Adamın özünü, ruhunu xarici "qrantomafiya" o dərəcədə əsir alıb ki, nə Vətən qalıb onun üçün, nə millət, nə ədalət. Bir sözlə, müqəddəs heç nə qalmayıb. Adam özünü jurnalist sayır, nə sayır, bilmirəm. Hər halda özünü bir şey sayır ki, çıxıb belə bir müsahibə verir. Başqa vaxt obyektivlikdən, qərəzsizlikdən danışarlar, ancaq Azərbaycanın haqlarına gələndə hər şeyi başayaq qoyarlar. Bu dəfə də elə olub.

"100 min erməninin blokadası", onların Qarabağdan "qovulması"- filan, bunlar hamısı yalandır. Həm də ağ yalan. Azərbaycan Qarabağda yaşayan erməniəsilli əhaliyə dəfələrlə müraciət etmişdi, qalıb yaşasınlar deyə.

Bir adamı qovanda: "Çıx, get" deyərlər, "qal, yaşa" deməzlər. Həm də gedənlər öz avtomobillərində deyə-gülə gedirdilər. Çoxu da müsahibə verib deyirdi ki, heç bir təzyiq olmayıb, Qarabağı könüllü olaraq tərk edirlər. "Bizə qalın, yaşayın deyirlər" deyə etiraf edənlər də var idi. Həm də az deyildilər.

Ermənilərdən çox erməni olmaq istəyənlərin nəzərinə bir həqiqəti də çatdırım. Ermənistanın açıqladığı statistika var: Qarabağdan getmiş könüllü köçkünlərdən 7 min nəfərə yaxın adam Ermənistanın müvafiq orqanlarına müraciət edib ki, bu ölkənin vətəndaşlığını ala bilsin. 4 mindən çox könüllü köçkünə Ermənistan artıq vətəndaşlıq verib.

Mən isə deyirəm ki, məsələ vətəndaşlıq almaq idisə, bunu axı Azərbaycan özü də təklif etmişdi. Başa düşürəm; 30 ilə yaxın müddətdə Qarabağdakı hərbi xunta, eləcə də, işğalçı Ermənistan həmin əhalinin Azərbaycanla hər cür əlaqələrini kəsmişdi. Özlərinə də yalançı bir "vətəndaşlıq" düzəldib vermişdilər. Başa düşüləndir ki, xunta dağıdılandan, işğala son qoyulandan sonra o adamlar hamısı ortada qalmışdı. Amma bu adamlar vətəndaşlıq istəsəydilər, Qarabağda qalıb yaşamaq istəsəydilər, elə Azərbaycandan vətəndaşlıq ala bilərdilər. Dağa-daşa düşməyə nə lüzum vardı?!

Hələ indi də gec deyil; Azərbaycan onlayn portal açıb. Qarabağdan könüllü köç etmiş şəxslər (əgər hələ başqa ölkənin vətəndaşlığını almayıblarsa), Azərbaycan vətəndaşlığı üçün müraciət edə bilərlər.

Azərbaycan özü köçənləri geri çağırır. Qanuni, hüquqi prosedurlarla. Təhl.ükəsizlik də öz yerində.

Bunun harası qovmaq olur?! Birisini ölkədən qovan onu: "Qayıt, gəl" deyə geri çağırar?! Bir az məntiq, lütfən

Ekofəalların aksiyasına gəlincə, onlar aylarla o yağışlı-qarlı, küləkli-şaxtalı havalarda öz vətəndaşlıq və insanlıq borclarını fədakarcasına yerinə yetirmişdilər. Əsas məqsəd də Qarabağın təbii sərvətlərinin talanmasına, təbiətinin məhv olmasına imkan verməmək idi. Hətta qəbirləri belə dağıdan işğalçı-terrorçu zehniyyət təbiətə də rəhm etmirdi axı. Yoxsa niyə o cavanlar o soyuqda-sazaqda dağ başında aylarla etiraz aksiyası keçirsinlər ki?!

Hətta bəzən mülki erməni əhali də işğalçı-terrorçu rejimdən geri qalmırdılar. Məgər kim görməyib ki, sonradan Laçında, Kəlbəcərdə, Ağdərədə, elə Xankəndinin özündə qanunsuz məskunlaşdırılmış "əcnəbi ermənilər" yaşadıqları evləri belə yandırıb çıxırdılar?! Meşələri, bağları- təbiəti yandırıb, çayları zəhərləyib gedirdilər. Ağaclara da mina bağlayıb gedirdilər. İtlərin boynuna mina bağlayıb Azərbaycan əsgərlərinin mövqelərinə tərəf qovurdular.

Bütün bunları Euronews da görmüşdü, TASS da, BBC də görmüşdü, CNN də. Elə MeydanTV özü də.

Humanitar yardıma gəlincə, niyə Fransa Azərbaycanın daxilindəki əhali qrupuna yardımı Ermənistan tərəfdən gətirməli idi ki?! Əvvəla, Azərbaycan özü öz əhalisinə yardım göndərirdi, əvvəl-əvvəl qəbul etməmişdilər, sonra qəbul etdilər; ikincisi, Ermənistan, Fransa, başqa ölkə humanitar yardımı Azərbaycan ərazisi vasitəsilə edə bilərdi. Rusiya, məsələn, belə etmişdi. İndi bu mövzular ətrafında ucuz spekulyasiya etmək kimə lazımdır?!

Keçmiş zamanlarda Azərbaycanda bəzi adamlar arasında belə bir ucuz zarafat vardı: "Amerikaya müharibə edək və hamılıqla əsir düşək". Orxan Məmməd kimi bəzi gənc adamlar bu köhnə, hətta kiflənmiş yumoru ciddi qəbul ediblər. Bəli, Amerikaya, Avropaya əsir düşüblər, sadəcə, nədənsə, müharibəni onlara deyil, öz Vətəninə - Azərbaycana elan ediblər. Ən ağrılısı da budur. Transmilli qrantomafiyaya qoşulub öz Vətəninə qarşı savaş açanlar yüksək ideallardan, ideyalardan danışırlar.

Bu gənc "qrantofon" da "100 min" erməninin (könüllü köçkünlərin) guya tapdanmış hüquqlarından dəm vurur, amma 100 minlərlə Azərbaycanlının Ermənistandan (həm də bir əsrdə üç dəfə) zorla deportasiya olunduğunu yada salmır. Bütün dünyanın gözləri qarşısında baş verənləri danıb, başqa rəngdə-çalarda dünyanın ictimai rəyinə yeritmək bu cür adamlara, görəsən, nə verir?! Qrantdan başqa.

Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Dekabr 2024 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri