Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

Yeraltı savaşın qəhrəmanı

Yeraltı savaşın qəhrəmanı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Qəhrəman Çingiz Babayev Bakı Metropolitenində qəza zamanı yüzlərlə insanı xilas etmişdi

Unudulmayan faciəli təqvim günlərindən biri də 1995-ci il oktyabrın 28-də Bakı Metropolitenində baş vermiş və çoxsaylı insan tələfatı ilə nəticələnmiş hadisədir.

Həmin faciə nəticəsində, rəsmi məlumatlara görə, 286 nəfər həlak olmuş, 269 nəfər yaralanmışdı. Metronun “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında baş vermiş faciədən 400 nəfərdən çox insan xilas edilmişdi. Faciənin miqyası o qədər böyük olmuşdu ki, respublikanın ovaxtkı Prezidenti Heydər Əliyev xüsusi fərmanlar imzalayaraq ölkədə 2 günlük milli matəm elan etmiş, televiziya və radio ilə xalqa müraciət etmiş və günahsız insanları xilas edərkən həlak olmuş 4 nəfər Azərbaycanın yüksək fəxri adları və medalları ilə təltif etmişdi.

Onların dördü də Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin hərbi qulluqçuları olmuşdu. Çingiz Adil oğlu Babayev məktəbin baş leytenant rütbəli zabiti, digər üç nəfər isə müdavimlər (kursantlar) idi. Ulu öndər onların qəhrəmanlığını yüksək qiymətləndirmiş, xüsusən Çingiz Babayevin şücaətini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görmüşdü. Digər üç nəfər İsayev Ruslan Məhəmməd oğlu, Məmmədov Samir Nadir oğlu, Səfərov Nicat Mürvət oğlu isə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilmişdilər.

Bu il oktyabrın 28-də həmin insanlıq əleyhinə mənfur cinayətdən 30 il ötür. Amma bu hadisə nəinki ictimaiyyətimizin yadından çıxmayıb, hətta uzun illər bundan sonra da unudulmayacaq, xalqımızı igidliyə və qəhrəmanlığa, torpaqlarımızı, insanlarımızı göz bəbəyi kimi qorumağa səsləyəcək. Bu günlərdə mərhum zabitin bacısı Aida Babayeva da redaksiyamıza göndərdiyi məktubda qeyd edir ki, qardaşının hünəri gənc nəsillərimiz üçün əsl mərdlik, qəhrəmanlıq və vətənpərvərlik örnəyidir. Onun yazdığına görə, Bakı metrosunda baş vermiş bu terror aktı miqyasının böyüklüyünə və qurbanlarının sayına görə “tarixin ən ağır metro faciəsi” kimi Ginnesin “Rekordlar kitabı”na da düşüb.

...1995-ci il oktyabrın 28-i, axşamüstü saat 16-17 arası. Metro qatarı “Ulduz” stansiyasından uzaqlaşıb “Nəriman Nərimanov” istiqamətində hərəkətdə ikən qəfildən baş verən qəza zamanı yanğın başlayır, vaqonu tüstü, alov və zəhərli qazlar bürüyür. İnsanlar haray qoparıb xilas olmağa çalışırlar. Elə bu zaman qonşu vaqonda olan Çingiz Babayev və Naxçıvanski adına Hərbi Məktəbin hərbi geyimli tələbələri yanan vaqonun qapı və pəncərələrinin şüşələrini sındıraraq insanların köməyinə tələsirlər.

Çingizin həmin gün göstərdiyi şücaətə həsr olunmuş “Əfsanəvi qəhrəman” kitabında bu barədə qeyd edilir: “Bu vaxt digər vaqondan əynində qara hərbi forma olan ucaboylu, qədd-qamətli, yaraşıqlı gənc zabit çıxır, yanında da üç müdavimi. Bu Çingizdir. O ... dərhal tunelə enir, yanan vaqondan insanları qurtarmağa tələsir... Adamlar bir-birini tapdalayıb çıxmaq istəyirdilər. Çoxusu huşsuz halda yerdə inildəyirdi. Qışqıran kim, qorxudan, həyəcandan ürəyi gedən kim”...

Çingiz dostları ilə birgə əlacsız insanları bir-bir qucağına qaldırıb xilas edərkən qəfildən bir qadının səsini eşidir: “Qardaş, qadan alım, balamı xilas elə. Mən ölsəm də olar”. Çingiz əvvəl 5-6 aylıq körpəni, sonra isə anasını xilas edir. Bu minvalla Çingiz təxminən 300 insanı həyata qaytarır. Ancaq yanmaqda olan vaqondan çıxan zəhərli tüstü də öz işini görürdü. Çingiz cəld hərəkət etməklə daha çox adamı xilas etmək istəyirdi. O, adamları bir-birinin ardınca perrona qoyub qayıdır, boğulmaqda olan insanların hamısını bəladan qurtarmağa çalışırdı.

Amma amansız zəhərin qanına işlədiyinin fərqində deyildi. Bircə şey haqqında düşünürdü: mümkün qədər çox insanı xilas etmək! Beləliklə, gücü çatdığı qədər insanlara kömək edir və növbəti dəfə köməyə tələsərkən özü də huşunu itirərək yıxılır. Həkimlər onun həyatını xilas edə bilmirlər. Çingiz Babayev qəhrəmancasına həlak olur. Onunla bərabər üç müdavim – Ruslan İsayev, Samir Məmmədov və Nicat Səfərov da həlak olurlar...

Bu, əsl fədakarlıq, əsl vətənpərvərlik nümunəsi idi. Bu, Çingizin evdə-ailədə, məktəbdə aldığı tərbiyədən, özünün həyatda qazandığı mənəvi keyfiyyətlərdən irəli gəlirdi. Bir də atası Adil müəllimin dediyinə görə, Çingiz İrəvan xanı Rəşid xan Makinski nəslinin davamçılarından biri idi. Adil müəllimin anası Rəşid xanın qızı olub. Onun Birinci Dünya müharibəsində həlak olmuş dayısı Çingiz Makinski də zabit olub. Balaca Çingizə də dayısının adı verilib. Çingizin digər dayısı Əsəd Cəfərov da zabit olub, polkovnik-leytenant rütbəsi daşıyıb. Təbii ki, bütün bunlar uşaq yaşlarından Çingizin mənəvi dünyasının formalaşmasında mühüm rol oynayıb.

1964-cü il oktyabrın 2-də Bakıda ziyalı ailəsində dünyaya göz açmış Çingiz Babayev Yasamal rayonundakı 20 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetində ali təhsil alsa da, həyatını hərb işinə bağlayır. Beləcə, 1992-ci ilin avqustunda torpaqlarımızın müdafiəsinə qalxır. Bir müddət ön cəbhədə Ermənistan silahlı qüvvələrinə qarşı vuruşur. 1994-cü ildə Müdafiə Nazirliyinin sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə göndərilir. Əvvəlcə taqım komandiri, sonra bölük komandirinin siyasi işlər üzrə müavini vəzifəsinə təyin olunur. 1995-ci il oktyabrın 28-də isə ... məlum metro faciəsi...

Bu gün metronun “Ulduz” stansiyasının qarşısında, eləcə də xidmət etdiyi C.Naxçıvanski adına Hərbi Liseydə Milli Qəhrəman Çingiz Babayevin büstü ucalır. Təhsil aldığı məktəbə və yaşadığı binanın önünə də xatirə lövhəsi vurulub. Hər gün minlərlə insan bu yerlərdən keçərkən Çingizlə qarşılaşır, onun unudulmaz və nəsillərə örnək olan qəhrəmanlığını xatırlayır. Heç şübhəsiz ki, İkinci Qarabağ müharibəsi zamanı böyük vətənpərvərlik və qəhrəmanlıqlar göstərib torpaqlarımızı azad edən igidlər də Çingiz kimi Milli Qəhrəmanlarımızın hünərindən ilham almışdılar. Azərbaycan xalqı da özünün bu cür qəhrəman oğulları ilə fəxr edir. Qəhrəmanlar isə heç zaman ölmürlər...

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see296

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see281

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see232

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see202

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see201

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see198

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see195

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see190

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see190

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see189

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see188

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see187

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see186

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see186

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see183

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see183

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see182

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see181

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri