Icma.az
close
up
RU
Qrenlandiya ətrafında transatlantik qarşıdurma güclənir

Qrenlandiya ətrafında transatlantik qarşıdurma güclənir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Avropada Qrenlandiya ətrafında yaranmış gərginliyin NATO çərçivəsində həll olunmasına çağırış edilib. Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Qrenlandiya ilə bağlı mübahisələr Avropanın əsas prioritetindən - Ukraynada müharibənin başa çatdırılmasına dəstəkdən yayındırmamalıdır. Onun sözlərinə görə, bu mövzu alyans daxilində müzakirə edilməli və transatlantik münasibətlərə zərər vuracaq qarşıdurmaya çevrilməməlidir.

Bu bəyanat ABŞ prezidenti Donald Trampın Qrenlandiya ətrafındakı vəziyyətlə əlaqədar Avropanın səkkiz ölkəsindən idxal olunan mallara tarif tətbiq edəcəyini açıqlamasından sonra səsləndirilib. Reuters agentliyinin məlumatına görə, Trampın açıqlamasından sonra Aİ ölkələrinin səfirlərinin Brüsseldə bazar günü fövqəladə iclası təyin edilib. Belə görüşlər adətən Aİ Şurasının sonrakı nazirlər səviyyəsində iclasları üçün konkret tədbirlərin hazırlanmasına xidmət edir.

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen X sosial şəbəkəsində yazıb ki, ABŞ-ın Avropa ölkələrinə qarşı 10 faizlik gömrük rüsumları tətbiq etməsi transatlantik münasibətləri sarsıda və “təhlükəli eniş spiralına” səbəb ola bilər. O vurğulayıb ki, Avropa vahid və koordinasiyalı şəkildə öz suverenliyini qorumaqda qərarlıdır. Oxşar mövqe Avropa Şurasının sədri Antoniu Koşta tərəfindən də ifadə olunub.

Avropa liderləri ABŞ prezidentinin Qrenlandiya ilə bağlı təhdidlərini qətiyyətlə rədd ediblər. Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, nə təhdidlər, nə də iqtisadi təzyiqlər Avropanın mövqeyini dəyişə bilər- nə Ukrayna məsələsində, nə Qrenlandiya ilə bağlı, nə də digər regionlarda. Onun sözlərinə görə, tariflər qəbuledilməz vasitədir və onların tətbiqi halında Avropa İttifaqı vahid və koordinasiyalı cavab verəcək. Makron Avropa suverenliyinin qorunmasının Aİ daxilində əsas müzakirə mövzusu olacağını vurğulayıb.

İsveçin baş naziri Ulf Kristersson da oxşar mövqe sərgiləyərək bildirib ki, İsveç şantajı qəbul etməyəcək. O qeyd edib ki, Qrenlandiya və Danimarka ilə bağlı qərarları yalnız Kopenhagen və Nuuk qəbul edə bilər. Kristersson əlavə edib ki, bu məsələ ikitərəfli çərçivəni aşır və bütün Avropa İttifaqına təsir göstərir. Onun sözlərinə görə, İsveç Aİ ölkələri, eləcə də Norveç və Böyük Britaniya ilə koordinasiyalı mövqe formalaşdırmaq üçün intensiv məsləhətləşmələr aparır.

Böyük Britaniyanın baş naziri Kir Starmer də Londonun mövqeyinin dəyişməz qaldığını bəyan edib. O bildirib ki, Qrenlandiya Danimarka Krallığının tərkib hissəsidir və adanın gələcəyini yalnız qrenlandiyalılar və danimarkalılar müəyyən etməlidir. Starmer vurğulayıb ki, Arktikanın təhlükəsizliyi bütün NATO üçün strateji əhəmiyyət daşıyır və müttəfiqlər, o cümlədən Rusiyadan gələn təhdidlərə qarşı birgə tədbirləri gücləndirməlidirlər. Onun sözlərinə görə, kollektiv təhlükəsizlik çərçivəsində hərəkət edən müttəfiqlərə qarşı tariflərin tətbiqi yanlış yanaşmadır.

Bu fonda ABŞ prezidenti Donald Tramp 1 fevral 2026-cı ildən etibarən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyadan ABŞ-a ixrac olunan bütün mallara 10 faizlik gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb. O, Truth Social platformasında yazıb ki, hazırda Aİ mallarına tətbiq olunan 15 faizlik tarif 1 iyundan etibarən 25 faizə yüksələcək. Trampın sözlərinə görə, Qrenlandiyanın alınması ilə bağlı razılaşma əldə olunana qədər Avropa ölkələri bu rüsumları ödəməyə davam edəcək.

ABŞ prezidenti bildirib ki, Vaşinqton bu razılaşmanı 150 ildən artıqdır əldə etməyə çalışır və indiyədək Danimarka və Avropa ölkələrini rüsum tətbiq etmədən faktiki olaraq subsidiyalaşdırıb. Onun iddiasına görə, Çin və Rusiya Qrenlandiya üzərində nəzarəti ələ keçirməyə çalışır, Danimarka isə regionu lazımi səviyyədə qoruya bilmir. Tramp vurğulayıb ki, məsələ ABŞ-ın və bütövlükdə dünyanın milli təhlükəsizliyi ilə bağlıdır və Vaşinqton danışıqlara dərhal başlamağa hazırdır.

Trampın Qrenlandiyanı ilhaq etməklə bağlı təhdidləri fonunda Almaniya, İsveç, Fransa və Norveç də daxil olmaqla bir sıra Avropa ölkələri adanın müdafiə potensialını gücləndirmək üçün hərbi kontingent göndərmək qərarı veriblər. ABŞ prezidenti daha əvvəl də Qrenlandiyanın alınması ideyasını dəfələrlə səsləndirib və güc tətbiqini istisna etmədiyini bildirib. O, həmçinin Danimarkanı regionda xarici sualtı qayıqların fəaliyyətinə göz yummaqda ittiham edib.

Bundan əlavə, The Economist yazır ki, ABŞ-ın Qrenlandiyanı ələ keçirməsi ehtimalına cavab olaraq, Avropa İttifaqı iqtisadi sanksiyalara əl ata bilər. Bunlara sanksiyalar və tariflərin tətbiqi, 2025-ci ildə imzalanmış ticarət müqaviləsinin ləğvi və ABŞ texnologiya nəhənglərinə sanksiyalar daxildir.

Nəşr qeyd edir ki, Avropadakı hərbi bazalar da təzyiq vasitələri arasındadır. Almaniyadakı Ramşteyn həbi bazası və digər obyektlər olmadan Afrika və Yaxın Şərqə "güc proyeksiyası" mümkün olmayacaq. Nümunə olaraq, The Economist  yanvarın 7-də Britaniya bazalarına əsaslanan Venesuela tankerinin ələ keçirilməsini misal gətirir.

Bundan əlavə, ABŞ-ın Arktikadakı mövcudluğunun miqyası Avropa ölkələri ilə əməkdaşlıqdan asılıdır. Məqalədə deyilir ki, Arktikadakı təhdidlərin idarə olunması Qrenlandiya, İslandiya, Böyük Britaniya və Norveçlə əməkdaşlıq tələb edir.

Bundan əlavə, The Economist vurğulayır ki, müdafiə xərclərinin təcili artması ilə Avropa ölkələrinin daha aqressiv iqtisadi yanaşması mümkündür. Nəşrin fikrincə, yeni ticarət müharibəsi Avropa dövlətlərinin milli büdcələrinə böyük təzyiq yaradacaq.

The Economist xatırladır ki, Qrenlandiyanın ələ keçirilməsi NATO-nun kollektiv müdafiə haqqında 5-ci maddəsinin etibarlılığını sarsıdacaq. Bu, tarixində yalnız bir dəfə - 11 sentyabr 2001-ci ildə ABŞ-da baş verən terror hücumlarından sonra tətbiq edilib.

Səbuhi MƏMMƏDOV

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Yanvar 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri