Qrenlandiya ətrafındakı ərazi bizim üçün çox vacibdir ABŞ generalı
Icma.az, Bakupost saytına istinadən bildirir.
Qrenlandiya ətrafındakı dəniz və hava məkanı Amerika Birləşmiş Ştatları üçün mühüm əhəmiyyət kəsb edir.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin Avropadakı ali komandanı, amerikalı general Kristofer Kavoli ABŞ Konqresində bildirib.
“Qrenlandiya ətrafındakı hava və dəniz məkanına çıxış ABŞ üçün çox vacibdir", - deyib.
Kavolinin sözlərinə görə, Rusiya sualtı qayıqları Farer-İslandiya cinahından keçərək Atlantik okeanına daxil olur və burada “onları izləmək çox çətinləşir”.
"Onların bu mövqelərdən ABŞ-ın təhlükəsizliyini təhdid edə bilərlər" deyən general Qrenlandiyanın sözügedən ərazinin qərb sərhədini" təmsil etdiyini vurğulayıb.
Martın sonunda ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Birləşmiş Ştatlar Qrenlandiyanı əldə etmək məqsədinə nail olacaq. Ağ Ev rəhbərinin sözlərinə görə, Vaşinqtonun hərbi güc tətbiq etmədən bunu edə biləcəyi ehtimalı yüksəkdir.
Zaur,BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 03 Aprel 2025 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















