Icma.az
close
up
RU
Qrenlandiya uğrunda rəqabət daha da amansız şəkilə gəlib çıxa bilər Siyasi şərhçi DANIŞDI

Qrenlandiya uğrunda rəqabət daha da amansız şəkilə gəlib çıxa bilər Siyasi şərhçi DANIŞDI

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

NATO-da ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Qrenlandiyaya mümkün hərbi müdaxiləsinin qarşısını almaq məqsədilə iki mərhələli diplomatik hücuma başlanılıb. Məlumata görə, NATO-ya üzv ölkələrin səfirləri Arktika bölgəsində müdafiə xərclərinin artırılmasını, daha çox hərbi texnikanın bölgəyə yerləşdirilməsini və hərbi təlimlərin sayının çoxaldılmasını təklif ediblər. Dövlətlər hesab edirlər ki, bu addımlar Trampı regionun kifayət qədər qorunduğuna inandırmaq üçün vacibdir. Məlumatı isə "Politico" qəzeti yayımlayıb. Ötən günlərdə isə NATO-nun baş katibi Mark Rutte bildirmişdi ki, Qrenlandiyaya əlavə ABŞ hərbçilərinin yerləşdirilməsi məsələsi müzakirəyə tamamilə açıqdır.  

Bəs mümkün gedişat necə ola bilər?

Redaktor.az-a danışan "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlünün sözlərinə görə, Qrenlandiya böyük güclərin toqquşduğu bir məkana çevrilib:

"Amerika görür ki, müəyyən təzyiqlər etməsə, müəyyən addımları atmasa, Rusiya Qrenlandiya ətrafında və Qrenlandiya üzərində nəzarəti genişləndirə bilər. Çin artıq çox sürətlə yaxınlaşır. Təbii ki, bu, Amerika maraqları üçün çox ciddi təhlükə və təhdiddir. Problemin mahiyyəti burdadır. ABŞ Prezidenti Donald Trampı da, onun administrasiyasını da, Amerikadakı aparıcı qurumları, gücləri, şəxsləri də narahat edən əsas məqam budur.

Elə bil Danimarkanın Qrenlandiyanı qoruyub saxlamaq gücü, potensialı yoxdur. Avropalı müttəfiqlər də görünür ki, zəif davranırlar, NATO da zəif davranır. Tramp Qrenlandiyanı Amerikanın növbəti ştatına çevirəcəyəm kimi hədə-qorxu mesajları ilə təzyiqi artırır. Məqsəd Qrenlandiyada ABŞ-nin hərbi, siyasi, iqtisadi və s. imkanlarını genişləndirmək, tam nəzarətə götürmək və artan Rusiya–Çin təzyiqini neytrallaşdırmaq və tamamilə aradan qaldırmaqdır. Ona görə də Tramp "Qrenlandiya qorunmur" arqumenti ilə çıxış edir".

Politoloq Trampın Qrenlandiyaya birbaşa hərbi müdaxilə ehtimalını o qədər yüksək dəyərləndirmir, yəni bunu ehtimal kimi görmür:

"Nəzarətdən çıxa biləcək situasiyalar yarana bilər və Amerika qəfil qərar verməli olar. Amerikanın bu təzyiqlərindən sonra müttəfiqlər və tərəflər onu dinləməyə məcbur olurlar. Amerikanın imkanları orada genişlənirsə, hərbi müdaxilə ehtimalı zəif ola bilər. NATO çətiri altında və digər situasiyalarda ABŞ oradakı hərbi mövcudluğunu həm genişləndirməyə, həm də legitimləşdirməyə çalışır. Əgər bunlar baş tutarsa, hərbi müdaxilə ehtimalı azalacaq. Gələcəkdə Qrenlandiya enerji, nəqliyyat marşrutları və strateji hərbi nəzarət baxımından qlobal güclərin əsas rəqabət meydanlarından biri olmaqda qalacaq. Hətta bu rəqabət daha da amansız şəkilə gəlib çıxa bilər".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Yanvar 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri