Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən Qidalar
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Soyuqdəymə və qrip zamanı düzgün seçilmiş qidalar orqanizmin bərpasını sürətləndirir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri amerikalı dietoloq Bet Çervoni deyib.
Mütəxəssis xəstəlik dövründə maye, kalori və bəsləyici maddələrlə zəngin olan bulyon və şorbalara üstünlük verməyi tövsiyə edib:
“Şorbanın temperaturu və buxarı burun tutulmasını da yüngülləşdirir. Həmçinin bu dövrdə düyü, kartof, tərəvəzlər və yumurta kimi yüngül qidalar orqanizm üçün xüsusilə faydalıdır”.
Dietoloq kəskin respirator virus infeksiyaları zamanı rasiona yulaf sıyığı, banan, kreker, alma püresi və yoqurt əlavə etməyi məsləhət görür.
“Tez sağalmaq üçün zəruri olan C vitaminini isə apelsin, kivi, çiyələk, yemiş, pomidor, brokkoli, gül kələmi və şirin bibərdən almaq mümkündür”, - deyə o əlavə edib.
Mütəxəssisin sözlərinə görə, xəstəlik müddətində energetik içkilər, qəhvə, tünd qara çay, spirtli və qazlı içkilərdən uzaq durmaq lazımdır. Şirniyyat və acı yeməklərin də qəbulu məhdudlaşdırılmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 26 Sentyabr 2026 00:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















