Icma.az
close
up
RU
Qu quşunun “son nəğməsi”

Qu quşunun “son nəğməsi”

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Digər adı “sona” olan Qu quşu əcəlinin çatdığını hiss edəndə son nəğməsini ifa edir və canını tapşırır.

Vəzifəsindən “sui-istifadə”. Bütün normal ölkələrdə olduğu kimi, yəqin Birləşmiş Ştatların Cinayət Prosessual Məcəlləsində də belə bir maddə var. Söhbət vəzifə səlahiyyətlərini aşaraq, dövlətin və millətin ona etibar elədiyi postun imtiyazlarından şəxsi mənafeyi naminə yararlanmaqdan gedir. Necə ki, ABŞ Prezidenti Cozef Bayden iki məhkəmə işi üzrə ittiham olunan və təqsiri sübuta yetirilən oğlu Hanteri əfv etmək qərarına gəlib. Bu barədə Ağ evin mətbuat xidməti tərəfindən yayılan rəsmi məlumatın altından qeyri-rəsmi çox şeylər boylanır. Tutaq ki, Baydenin xalqa müraciətində dediyi “Bu gün mən oğlum Hanter üçün əfv imzaladım” açıqlamasında müəyyən qədər səmimiyyət dozası var. Axı, bu hadisə özünü “demokratiyanın beşiyi”, “qanunun şahdan da üstün olduğu” bir ölkədə baş verir. ABŞ tarixində, görəsən, nə vaxtsa belə bir presedent olubmu? Cavab verməyə çətinlik çəkirik...
Təkcə Amerika xalqı yox, bütün dünya bilirdi ki, Baydenin oğlu əyyaş, narkoman, cinayət törətmiş şəxsdir. Məhkəmə hələ 2018-ci ildə onun vergidən yayınması və qanunsuz silah saxlaması ilə bağlı araşdırmaya başlamışdı. 2023-cü ilin dekabrında isə konkret ittiham irəli sürülüb və barəsində məhkəmə qərarı var. Bu ilin martında isə Hanter Bayden məhkəmə qarşısına çıxarılmalı idi. Proses bir qədər ləngisə də, məhkəmənin iyunun 3-də keçirilən iclasında prokurorlar H.Baydenə qarşı silah saxlamaqla bağlı ittiham irəli sürdülər. Bundan başqa, o, həmçinin narkotik vasitə qəbul etmədiyi barədə yazılı yalan məlumat verdiyinə, narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunu pozduğuna görə də ittiham olunur. Altı ildən sonra başa çatan istintaq və məhkəmə prosesi iyunun 11-də yekunlaşıb. ABŞ qanunvericiliyinə əsasən, narkotik vasitələrin istifadəçilərinə odlu silah saxlamaq qadağasını pozan Hanter Bayden məsuliyyətə cəlb edilib. Günahı sübuta yetiriləcəyi təqdirdə onu 25 ilədək həbs cəzası və 750 min dollar məbləğində cərimə gözləyirdi.
Prezident kreslosunda əyləşmə müddəti ayyarımdan sonra başa çatacaq Cozef Bayden öz səlahiyyətindən sui-istifadə edərək oğlunu azadlığa buraxdı. Yəni, əfv etdi. O, vaxtında tüfeyli həyat tərzi keçirdiyinə görə ictimai qınaq hədəfinə çevrilən narkoman, cinayətkar, əxlaqsız oğlunu ata kimi bağışlaya bilər. Bunu başa düşmək mümkündür. Amma, ortada ağır cinayətlərdə ittiham olunan ABŞ vətəndaşı var. Məgər dövlət başçısının oğlu belə ittihamlarla üzləşən yeganə müttəhimdir ki, ona qarşı istisna hal kimi bu boyda “xeyirxahlıq” göstərilsin, əfvlə mükafatlandırılsın?
Bəs, oxşar cinayətlərdə ittiham olunan yüzlərlə, bəlkə də minlərlə vətəndaşın həbsxanaya düşməsinin qarşısını kim alacaq? Onlara kim “atalıq qayğısı” göstərəcək?
Bu da sizə “amerikasayağı”, daha doğrusu, “baydensayağı demokratiya”. İndi kim bizə sübut edə bilər ki, demokrat Baydenin bu jesti səlahiyyətdən sui-istifadə, qanunun aliliyinin pozulması demək deyil? Elə ABŞ-nin seçilmiş prezidenti Donald Trampın sələfinin addımını məhz bu cür qiymətləndirməsi tamamilə başadüşüləndir.
Vaşintondakı Ağ evin dairəvi kabinetində əyləşib dünya ölkələrinə qanunun aliliyindən dərs keçən, altdan-altdan terrorçuları dəstəkləyən, üzdə “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə töhfələr verən”, arxada isə separatçıları, işğalçı İrəvanı maliyyələşdirən, eləcə də postsovet məkanındakı respublikalara insan hüquqlarının pozulması ilə bağlı bəyanatlar ünvanlayan Bayden özü ən ali səviyyədə qanunsuzluğa əl atdı. Qu quşu əcəlinin çatdığını hiss etdiyi kimi, Bayden də, çox güman ki, “son nəğməsi”ni oğlunun şərəfinə ifa elədi. Onun “bu ifası” ABŞ tarixinə ən uğursuz və biabırçı qanunsuzluq aktı kimi düşəcək.
İ. HƏSƏNQALA,
“Xalq qəzeti”,
3 dekabr

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://reyting.az
archiveBu xəbər 03 Dekabr 2024 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see349

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see307

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see299

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see291

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see239

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see237

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see232

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see215

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see193

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see180

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see177

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see177

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see174

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see174

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see173

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri