Icma.az
close
up
RU
Uğursuz diplomatiya, yaxud qu quşunun son siyasi nəğməsi

Uğursuz diplomatiya, yaxud qu quşunun son siyasi nəğməsi

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, ABŞ Dövlət katibi Entoni Blinken "Azərbaycan hökumətini insan haqları sahəsində fəaliyyətlərinə görə həbs edilən" şəxsləri "dərhal azad etməyə" çağırıb.

Blinkenin bəyanatında deyilirdi: "Birləşmiş Ştatlar Azərbaycanda vətəndaş cəmiyyətinə və mediaya qarşı artan təzyiqlərdən dərin narahatdır”.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu bəyanata cavabında ABŞ Dövlət katibi Antoni Blinkenin "Azərbaycanda insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını" qətiyyətlə pisləyib və rədd edib:

“Təəssüf ki, son 4 il ərzində dövlət katibi Blinkenin rəhbərlik etdiyi ABŞ Dövlət Departamentinin Azərbaycanın daxili işlərinə müdaxilə ilə məşğul olması səbəbindən, sözügedən dövr bir çox dönəmlərdə dostluq və əməkdaşlıq ilə yadda qalan Azərbaycan-ABŞ münasibətləri üçün itirilmiş illər kimi qiymətləndirilir. Antoni Blinken tərəfindən ölkəmizdə insan hüquqları ilə bağlı mövcud vəziyyətə münasibətdə ikili standartlar mövqeyindən çıxış edilməsinin ABŞ-nin bütövlükdə Cənubi Qafqaz siyasətini iflic vəziyyətinə gətirməsi hər kəsə yaxşı məlumdur. Ümidvarıq ki, yeni ABŞ administrasiyası dövründə Azərbaycan və ABŞ arasında qarşılıqlı dostluq və tərəfdaşlıq münasibətləri yenidən bərpa olunacaq”.

Doğrudan da, son 4 il - Co Baydenin prezidentliyi, Entoni Blinkenin dövlət katibi olduğu dövr Azərbaycan-ABŞ münasibətləri üçün itirilmiş zamandır. Bu dövrdə ABŞ Azərbaycana qarşı ən haqsız və qərəzli mövqe tutub. Əlbəttə, 1992-ci ildə "Azadlığı müdafiə aktı"na 907-ci düzəliş qəbul ediləndə, eləcə də, zaman-zaman bu münasibətlərdə gərginliklər olub. Ancaq Blinkenin uğursuz diplomatiyası problemi Azərbaycanla əlaqələrin az qala qırılma nöqtəsinə qədər gətirmişdi. Xüsusilə, Prezident Bayden Əfqanıstandan qaçmağa qərar verəndən sonra ABŞ-ın Azərbaycana dair mövqeyi bir anda sərtləşib. Bu uğursuz siyasətin daha bir nümunəsi Azərbaycanda, eləcə də, bir sıra başqa ölkələrdə öz təsir agenturalarını aktivləşdirməyə cəhdlər idi. Elə qonşu Gürcüstanda bugünkü vəziyyət Blinken diplomatiyasının uğursuzluğudur. Naşı, üstəlik hikkəli "diplomatik" oyunlar ABŞ-ın və Avropa İttifaqının təbii müttəfiqi olan Gürcüstanı Vaşinqtondan və Brüsseldən zəruri məsafəyə çəkilməyə sövq etdi. Bayden-Blinken cütlüyünün "diplomatiya"sının ən mənfi cəhəti müstəqil ölkələri öz maraq poliqonuna çevirməsi oldu. Bu, müstəqil dövlətlərə Amerikanın dostları kimi yox, Amerikanın düşmənlərinin düşmənləri kimi baxmaq qəflətidir. Dost dediyi ölkələri düşmən seçdiyi ölkələrin düşməninə çevirmək kimi bir yanlışı 4 ilə yaxındır davam etdiriblər. Bunun nəticəsində Ukrayna kimi dövlət darmadağın dağıldı. Dünənə qədər Rusiya üzərində tam və qəti qələbə illüziyası quran Ukrayna hökuməti bu gün sülh danışıqlarına oturması üçün Moskvaya az qala yalvaracaq duruma düşüb.

Əvvəl də yazmışdım: Bayden-Blinken cütlüyü inkişaf etməkdə olan ölkələrə, sadəcə, ərazi kimi baxır. Bayden administrasiyasına, məsələn, Ukrayna ona görə lazımdır ki, Avrasiyanı nəzarətinə keçirmək üçün bu ərazidə hərbi bazalar qursun. Eləcə də, Gürcüstan, Ermənistan və sair.

Başqa sözlə, postsovet ölkələrinin ərazisi ABŞ-a, sadəcə, torpaq parçaları, bu torpaqlarda yaşayan əhali isə əsgər və qurban kimi lazımdır.

Eynilə Azərbaycanda, başqa ölkələrdə də Qərb özü üçün əsgər və qurban axtarır. Bəzən onları tapır da.

Əvvəl-əvvəl ölkələrin daxilində vətəndaşlardan öz hakimiyyətləri əleyhinə "siyasi təsir ordusu" formalaşdırmağa çalışır. Həmin "siyasi ordu" vasitəsilə hakimiyyətlərə hücum edib, devirir, dəyişir, yerində öz marionet rejimlərini qurur. Bundan sonra da həmin ölkənin ərazisini özünün maraq zonasına çevirir; xammal bazası, hərbi baza kimi istifadə edir. Ölkələrin vətəndaşlarını isə Rusiya kimi rəqiblərinə qarşı döyüşən orduya çevirir. Dediyimiz kimi, kişilər bu zehniyyətə əsgər, qadınlar, uşaqlar və qocalar isə qurban kimi lazımdır. Ölü kimi, əsir-yesir kimi, qaçqın-köçkün kimi lazımdır. Ukraynanı Rusiyaya qarı real müharibə meydanına, Tayvanı Çinə qarşı özü boyda sənaye zonasına, potensial ordu gücünə, hərbi bazaya çevirmək məhz bu deməkdir.

Eyni şeyi Cənubi Qafqazda, Mərkəzi Asiyada da etmək istəyirlər. Rusiyaya, İrana, Çinə qarşı. Bunları anladıq; avtorotar, klerikal, totaliyar rejimlər deyə hədəfə alıblar. Amma eyni layihəni Suriyanın şimalında demokratik Türkiyəyə qarşı da edirlər; Türkiyənin sərhədləri boyu ayrıca bir terror dövləti və ya ən azı İraqdakı statusda, amma Türkiyəyə düşmən olan etnik muxtariyyət yaratmağı hədəfləyiblər. Türkiyə kimi mühüm NATO müttəfiqinə qarşı bunu edənlər daha kimə qarşı nələr etməz?!

Əlbəttə, ABŞ-ın, Avropanın demokratiya, insan haqları, qanunun aliliyi kimi ümumbəşəri dəyərlərə sahib çıxması yaxşı haldır. Ancaq bu, həqiqətən də belədirmi?! Gerçəkçi, səmimi bir yanaşmadır, yoxsa fiksiya?! Əsas sual budur.

Əgər gerçəkdən bu dəyərləri müdafiə edirlərsə, elə həmin ölkələrin özündə insan haqlarının, demokratiyanın, ədalət mühakiməsinin xeyli problemi var. Sonuncuya ən bariz nümunə prezident Baydenin öz oğlunu əfv etməsi idi. Hətta öz partiyadaşları belə - həm də sıradan adamlar yox, Konqresmenlər - Baydenin bu qərarla ədalət məhkəməsinə güvəni sarsıtdığını dilə gətirdilər, mediada publik olaraq ifadə etdilər. Əgər qanun qarşısında hamı bərabərdirsə, niyə Co Baydenin oğluna hamıdan üstün bir imtiyaz, xüsusi haqq tanınıb?!

Blinken qanunun aliliyindən danışır. Qanunun aliliyi məgər təkcə inkişaf etməkdə olan ölkələrdə təmin olunmalıdır, amma inkişaf etmiş ölkələrdə yox?! Məsələn, Fransanı götürək. Bu yaxınlarda Fransa Ədliyyə Nazirliyinin rəsmi məlumatı açıqlanmışdı. Həmin məlumata görə, Fransa həbsxanalarında sıxlıq ölkə üçün rekord həddə çatıb: noyabrın 1-ə olan vəziyyətə görə, 62,3 min nəfərlik yerə 80 min məhbus yerləşdirilib. Bu da Avropa Şurasında Kipr və Rumıniyadan sonra üçüncü ən pis göstəricidir. Ancaq buna görə Fransaya bir söz deyən yoxdur. Eləcə də, başqa Avropa ölkələrində, ABŞ-da polis zorakılığı nəticəsində ölənlərin statistikası da qorxuncdur. Günahsız yerə həbs olunanların sayı da bu ölkələrdə əhalinin say nisbəti ilə götürəndə Azərbaycandan qat-qat çoxdur. Hələ onu demirik ki, Amerikada ölüm hökmünün qüvvədə olduğu, bu cəzanın ən qəddar formalarda icra edildiyi ştatlar var. Mən oxucunu rəqəmlərlə yormaq istəmirəm; statistika dəhşətlidir.

Bütün bunlar o demək deyil ki, başqa ölkələrdə insan haqları pozulursa, Azərbaycanda da pozulmalıdır. Qətiyyən yox! İnsan hər yerdə insandır, haqları da hər yerdə eynidir; insan hüquq və azadlıqlarına dair Konvensiyaya Amerika da qoşulub, Avropa ölkələri də, Azərbaycan da. O dövlətlər öz Konstitusiyasında vətəndaşlarına hansı haqları veribsə, Azərbaycan Konstitusiyası da eynisini verib. Bunlar universal haqlardır; hər yerdə və hamıya nəzərən qüvvədədir. Ancaq böyük dövlətlərin başqa ölkələrə qarşı bu universal dəyərlərdən təzyiq alətləri kimi istifadə etməsi tamamilə başqa vəziyyət yaradır. İran, yaxud hansısa başqa ölkə din amilindən siyasi təsir məqsədi ilə istifadə edəndə, "siyasi islam" ixrac edib, sekulyar cəmiyyətlərə qarşı inanc zorakılığına qol qoyanda həmin Qərb, elə bütün dünya bunu necə rədd edirsə, eləcə də, insan haqları, azadlıqlar, demokratiya üzərindən həmin Qərb özü başqa ölkələrin üzərinə yürüyəndə, bu da qəbul olunmur.

Odur ki, Bayden-Blinken cütıüyünün simasında ömrünə vur-tut qırx gün qalmış hakimiyyətin bu tipli bəyanatları və davranışları heç bir real nəticəyə gətirib çıxarmır. Konkret halda Azərbaycanla münasibətləri daha da gərginləşdirməkdən başqa heç nə vermir. Bir zamanlar Baydenin "Demokratiya sammiti" adlı uğursuz proyekti dünyaya qütbləşmə üzərindən qarşıdurmanı dərinləşdirməkdən başqa heç nə vermədiyi kimi...

Blinkenin son bəyanatını isə qu quşunun son nəğməsinə bənzədərdim.

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Dekabr 2024 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see184

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see137

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see129

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see127

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see127

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see125

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see124

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see123

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see122

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see122

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see119

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see119

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see118

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see118

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see118

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

16 Aprel 2025 00:19see114

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

15 Aprel 2025 19:33see114

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see112

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

15 Aprel 2025 19:37see111

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

15 Aprel 2025 22:10see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri