Quba, Ağsu, Şamaxı və İsmayıllıda ekzogen geoloji proseslərdə nisbi aktivlik olub
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yağıntılar səbəbindən Quba, Ağsu, Şamaxı və İsmayıllıda ekzogen-geoloji proseslərdə nisbi aktivlik olub. Bu barədə SİA-ya Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev məlumat verib.
Onun sözlərinə görə, son günlər ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitindən sonra bəzi ərazilərdə ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə olunsa da, bu proseslərin ümumi fonu stabil xarakterlidir.
Ə.Əliyev qeyd edib ki, intensiv yağıntılar səbəbindən Quba, Ağsu, Şamaxı və İsmayıllı rayonları ərazisində ekzogen-geoloji proseslərin nisbi aktivliyi qeydə alınıb ki, bu da bilavasitə mövsümi xarakterli iqlim faktorları ilə əlaqəlidir.
O əlavə edib ki, hazırda Agentliyin mütəxəssisləri aidiyyəti qurumlarla proseslərin inkişaf dinamikasını qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 18 Aprel 2025 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















